» » » Mark Zukerberg bir gün ərzində 7 milyard dollar itirdi

Mark Zukerberg bir gün ərzində 7 milyard dollar itirdi

posted in: Xəbər | 0
birbank biznes

Mark ZukerberqMark Zukerberg bir gün ərzində 7 milyard dollar itirdi.

Milyarder, Facebook-un yaradıcısı Mark Zukerberg bəzi iri şirkətlərin sosial şəbəkədə reklam yerləşdirməkdən imtina etməsindən sonra gün əzində 7,2 milyard dollar kasıblayıb. Bu haqda Bloomberg agentliyi məlumat verib.

Cümə günü, iyunun 26-da, dünyanın ən böyük reklam şirkətlərindən biri olan Unilever, ilin sonuna qədər bütün Facebook məhsullarında, o cümlədən İnstaqramda reklam xərcləməmək qərarını elan etdikdən sonra şirkətin səhmlərinin qiyməti 8,3 faiz aşağı düşüb.

Facebook-da reklamlardan həmçinin telekommunikasiya nəhəngi Verizon və dünyanın ən nəhəng konditer məhsulları istehsalçısı Hershey kimi şirkətlər də imtina ediblər. Coca-Cola şirkəti də reklam yerləşdirilməsini dayandırıb. Onlar bəyan ediblər ki, Facebook ABŞ-da baş verən etirazların fonunda “platformada nifrət və dezinformasiyanın yayılması təzahürlərinə kifayət qədər nəzarət edə bilməyib”.

Bloomberg Billionaire Index-nə görə Zukerbergin sərvətinin xalis dəyəri 82,3 milyard dollara qədər düşüb.  Hazırda o, dünyanın ən varlı insanları sıralamasında dördüncü pillədədir.

Məlum olduğu kimi, 2020-ci ilin may ayında qaradərili Corc Floydun polis tərəfindən saxlanılarkən, sərt davranış nəticəsində ölümündən sonra ABŞ-ı etiraz dalğası bürümüşdü. Həyəcanlar və kütləvi iğtişaşlar onlarla ABŞ şəhərlərini öz ağşuna almışdı. Bəzi ştatlarda isə həmin iğtişaşlar talan, qarət, atışma və yanğınlarla müşaiyət olunmuşdu.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun