Taksi fəaliyyətinə görə ödənilən dövlət rüsumunda artım olubmu?
Taksi fəaliyyətinə görə ödənilən dövlət rüsumunda artım olubmu?
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli müvafiq Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, “Fərqlənmə nişanı” almaq üçün vergi ödəyicisinin ərizəsinə həm də məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir.
Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova məlumat verib.
Onun sözlərinə görə, sözügedən Qanunun 2.4-cü maddəsində məcburi dövlət sosial sığorta haqqının ödənilməsi ilə bağlı dəyişikliklərin “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” və “Fərqlənmə nişanı” ilə bağlı ediləcək dəyişikliklərlə eyni gündə qüvvəyə minəcəyi qeyd olunurdu:
“Bildiririk ki, 2020-ci il 8 may tarixli “Azətaxi rbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunlar qəbul edilib. Sözügedən qanunlarda “Fərqlənmə nişanı”nın alınması üçün vergi ödəyicisinin ərizəsinə eyni zamanda məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədinin əlavə edilməsi bir daha təsbit olunub. Yuxarıda qeyd olunanlardan irəli gələrək qeyd edim ki, əvvəlki qanunvericiliyə uyğun olaraq “Fərqlənmə nişanı”nın alınması üçün sadələşdirilmiş vergi və reysqabağı texniki və tibbi müayinə üçün ödəniş edilirdi. Lakin mövcud qanunvericiliyə əsasən isə “Fərqlənmə nişanı”nın alınması üçün əlavə olaraq məcburi dövlət sosial sığorta haqqı da ödənilməlidir. Odur ki, sadələşdirilmiş verginin məbləğində hər hansı dəyişiklik edilməyib”.
Mənbə: report.az

Azərbaycanda COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı çağırışlar, bu istiqamətdə Mərkəzi Bankın qərar və tövsiyyələri elektron xidmət vasitələrindən istifadənin əhatə dairəsini genişləndirib.
Sovetlər Birliyi dönəmində maaşların ABŞ-dakı əmək haqlarına daha yaxın olduğu vaxtlar 1950-ci il ilə 1960-cı illər arası dövrə təsadüf edib. Belə ki, həmin zamanlarda RSFSR-də o vaxtkı əmək haqqı ilə ABŞ-dakı maaşlar arasında nisbi fərqi 1,8 dəfə olub, – “Neskuçnaya ekonomika” saytının yaradıcısı, iqtisad elmləri namizədi Mixail Solovyev belə söyləyir. – Lakin, 1961-ci ildə SSRİ-də pul islahatı ilə yanaşı, həm də rublun devalvasiyası həyata keçirildi. Sovet pul vahidi məzənnəsinin dollara qarşı aşağı salınması, xammal ixracından rublla gəlirləri artırmağa imkan verdi. Lakin iki ölkənin nominal (hesablanmış) əmək haqqı arasında dollar ekvivalentində ifadə edilmiş fərq dərhal yüksəldi. 1970-ci ildə həmin fərq RSFSR-də artıq 3,8 dəfəyə yüksəlmişdi. Müasir Rusiyada isə bu fərq 2019-cu ilin yekunlarına görə, 6 dəfəyə yüksəlib.
Vergi Məcəlləsinə əlavə edilən 18-ci fəslin 224.4-cü maddəsinə əsasən, müvəqqəti vergi rejimi müddətində əhalinin sağlamlığının və zəruri ərzaq məhsulları ilə ehtiyaclarının təmin edilməsi məqsədilə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məhsul (mal) növlərinin idxalı əlavə dəyər vergisindən (ƏDV) azad edilib.