» » » Avtomobil nəhənginin xilası üçün rekord məbləğ xərclənəcək

Avtomobil nəhənginin xilası üçün rekord məbləğ xərclənəcək

posted in: Xəbər | 0

Avtomobil nəhənginin xilası Avtomobil nəhəngiAvtomobil nəhənginin xilası üçün rekord məbləğ xərclənəcək

İtaliya Maliyyə nazirliyi beynəlxalq avtomobil nəhəngi, Fiat Chrysler Automobiles (FCA) konsernini iflasdan xilas etmək üçün rekord məbləğdə – 6,3 milyard avro kredit verəcəkdir. Bu haqda Bloomberg agentliyi məlumat verib.

Kredit, COVİD-19 pandemiyasının başlanğıcından bəri Avropanın avtomobil istehsalçılarının hər biri tərəfindən əldə edilən vəsaitlərdən belə, ən böyük  məbləğ olacaq. Maliyyələşdirmə müstəsna olaraq, yalnız Fiat Chrysler-in italyan bölməsinə yönəldiləcək. Vəsaitlər əməkdaşların maaşlarının, təchizatçıların xidmətlərinin ödənişinə, eləcə də milli filiallar üçün planlaşdırılan investiyalar yatırımına yönəldiləcəkdir.

İtaliyada avtomobil sənayesinin tədarük zənciri 200 min kiçik və orta müəssisəni əhatə edir. Milli avtomobil sənayesi il ərzində 100 milyard avrodan çox gəlir gətirir. Birinci rübdə FCA 5,5 milyard avro itki ilə üzləşib.

May ayında italyan-amerikan şirkəti və fransız avtomobil istehsalçısı PSA Group (Peugeot, Citroen,Opel şirkətlərinin sahibi) birləşmə haqqında saziş çərçivəsində nəzərdə tutulan dividend şəklində 1,1 milyard avro vəsaiti verməkdən imtina edib. Həmin saziş 2019-cu il dekabr ayının sonunda imzalanmışdı. Əgər həmin sazişi razılaşdırmaq mümkün olarsa, onda yeni şirkət öz həcminə görə dünyanın dördüncü avtomobil nəhənginə çevriləcək.

Biznes hesabi

Dünya iqtisadiyyatına şok təsir göstərən və avtomobillərə tələbatı aşağı salan koronavirus pandemiyası səbəbindən avtomobil sənayesi böyük itkilər verir. Ayaqda qalmaq üçün bir çox dünya konsernləri, o cümlədən Daimler, BMW və Renault kütləvi ixtisarlar barədə anons veriblər.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun