KOB subyektləri arasında sorğu keçirilir

posted in: Xəbər | 0

KOB subyektləri arasında sorğu keçirilir

KOB subyektləri

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara müraciət edib.

KOBİA-dan bildirilib ki, koronavirus (COVID-19) pandemiyasının işgüzar fəallığa təsirinin öyrənilməsi və real sektorun monitorinqi məqsədilə sahibkarlıq subyektləri arasında sorğu keçirilir. Sorğunun keçirilməsində məqsəd ölkə iqtisadiyyatının sabitliyinin, davamlılığının və xarici təsirlərə dayanıqlılığının təmin edilməsi və iqtisadiyyatın inkişaf perspektivlərinin qorunmasıdır.

https://forms.gle/GP2KRdFafGxs91dZA linki vasitəsilə sorğuda iştirak etmək olar.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ünvanlı yardım və işsizlikdən sığorta ödənişinin müddəti uzadılıb

posted in: Xəbər | 0

işsizlikdən sığortaÜnvanlı yardım və işsizlikdən sığorta ödənişinin müddəti uzadılıb

Koronavirus pandemiyası ilə mübarizə şəraitində aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsi proseduru sadələşdirilib.

Baş Nazir Əli Əsədovun bununla bağlı imzaladığı Qərara əsasən, ölkədə martın 1-dən etibarən xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə bu yardımın verilməsi 2020-ci il 1 iyul tarixinədək uzadılır.

Bundan başqa, 2020-ci il 1 aprel tarixindən etibarən işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta ödənişi iki ay, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün ödənişi 2020-ci il 1 iyul tarixinədək olan müddətə davam etdiriləcək.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasib keçmişdə və gələcəkdə (6-cı hissə)

posted in: Xəbər | 0

MühasibMühasib keçmişdə və gələcəkdə

6-cı hissə

Məqalənin 5-ci hissəsini buradan oxuya bilərsiniz

Budur, sizdən ötrü tarix, budur, sizin üçün elmlə birlikdə təcrübə. Buradan belə nəticə çıxır: ideyaların tarixi də  lazımdır. Veksel – bu, kreditin formalarından birinin həyata keçirilməsi ideyasıdır və o, əbədidir, bu veksellərin quş lələklərinin köməyilə necə doldurulması texnika tarixinin öyrənilməsidir – bu isə artıq keçmiş mahnıdır.

Elə tarix lazımdırmı sualına cavab buradan çıxır. Əgər biz sadəcə mükəmməl işləyə və yaxşı qazana bilən ixtisaslı mühasib hazırlayırıqsa, lazım deyil, söhbət problemləri başa düşən səlahiyyətli mütəxəssislərdən gedirsə, onda tarix olmadan bir addım da atmaq olmaz.

Mühasibi necə öyrətməli?

Mühasib peşəsini öyrətməzdən əvvəl, yaxşı bir insan və işinin bacarıqlı bilicisi olması üçün ona yaxşı istirahət etməyi öyrətmək lazımdır. Əgər mühasib asudə vaxtında pivə barına getməyib, evində oturub Baxın musiqisini dinləyərsə, bu daha yaxşı istirahət hesab olunacaq. Əgər mühasib Valentin Pikulun kitablarının əvəzinə Aristotelin “Etika” əsərini oxuyursa və bu zaman həyəcanlanırsa, onun yerinə sevinmək olar. Mühasib çimərlikdə özünün günəşə verib qaraltmaq əvəzinə Marsda həyatın olub-olmaması barədə düşüncələrə dalırsa, onda belə bir şəxsi yolundan çıxarmaq heç kimə nəsib olmayacaq.

Belə bir şəxsi necə tərbiyə etmək və necə öyrətmək olar? Əgər tərbiyə edə bilsək, öyrətməyə ehtiyac qalmayacaq. İnan özü öyrənəcək, axı, ən yaxşı təhsil elə özünütəhsildir.

Bir insanın tərbiyəsi və borc duyğularının aşılanması nizam-intizamın ardıcıl şəkildə həyata keçirilməsi ilə nəticələnir. Hər bir şagird müəllimə tabe olduğunu və aralarındakı bərabərliyin yalnız qəbiristanlıqda olacağını başa düşməlidir. Əgər qəbiristanlıqdan auditoriyaya keçsək, onda görərik ki, bütün təlimlərimiz bir neçə mümkün üsulu nəzərdə tutur. Əvvəlcə, XIX əsrin sonuna qədər gələcək mühasibləri yalnız mühasibat proseduruna öyrətməyə çalışırdılar: blanklar, uçot registrləri – kitablar verirdilər və müəllimin rəhbərliyi altında “debet nədir” kimi boş suallar müzakirə olunmurdu. Müəllimin diktəsi ilə bu uçot kitablarında qeydlər aparılırdı. Güman edilirdi ki, bu cür məşğuliyyətlərin bir neçəsindən sonra gənc praktikaya gedəcək, idarədə oturacaq və eyni işi artıq dərsdə deyil, həyatda da görəcəkdi. Sonra bu üsul onları məyus etdi:

a) hər bir mühasibatlıqda kitabların özünəməxsusluğu var idi;

b) əməliyyatlar saysız-hesabsızdır, hər şey sinifdə öyrənilə bilməz;

c) təsərrüfat qeydlərinin məntiqi dağılmış vərəqlərdə əriyib yoxa çıxır;

ç) gələcək mühasibdə səliqəlilik tərbiyə olunur, lakin beyin inkişaf etmir.

Bir çox müəllimlər başqa yollar axtarmağa başladılar. Onların təkliflərinin mahiyyəti mühasibat uçotunun məntiqinin onun həyata keçirilməsi mühitindən ayrılmasına gətirib çıxardı. O vaxtdan bəri t-modellərindən (təyyarəciklər) və qraf-sxemlərindən geniş şəkildə istifadə etməyə başladılar. Məntiq mənimsənilirdi, amma, mühasibat işinin mahiyyətini yeni şagirdlər unudurdular.

Beləliklə, indiki dövrə kimi gəlib çıxmışıq: bəziləri şagirdləri blankları və registrləri doldurmağa məcbur edirlər, belə deyək, məsələn, jurnal-orderlərdə qeydləri aparmaq; digərləri problemi T-modellərdə (təyyarıciklər)  həll edirlər; üçüncülər isə E. Şmalenbaxın (1873-1955) notasiya qraf-sxemlərində müxabirləşmələri öyrədirlər.

Birinci halda blankların rolu tələbələrə aydın deyil, registrlərdə isə sütunların sayı həddindən artıq çoxdur və onların diqqəti yayınır;

İkincidə – müxabirləşmələrin çılpaq sxemi qalır, onların praktiki və məzmunlu əks olunması kompleksi isə aşağı düşür;

Üçüncüdə – bütün mühasibat uçotu sistemi abstrakt simvollara çevrilir, insan onları asanlıqla yadında saxlayır. Amma, hər kəs onların arxasındakı gizli bir mənanı görmür. Kompüter texnikası isə yalnız işi bir qədər də çətinləşdirir. Çünki  mühasibat biliklərinə hesablama texnikasının mənimsənilməsinin çətinlikləri də əlavə olunur.


Mühasib keçmişdə və gələcəkdə (7-ci hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamovun müsahibəsi

posted in: Bank, Xəbər | 0

Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamov: “Növbələri azaltmaq məqsədilə müştərilərimizə onlayn bank xidmətlərindən istifadəni tövsiyə edirik”

Son aylar ölkə ərazisində xüsusi karantin rejimi ilə bağlı bir sıra xidmət sahələrində növbələr yaranıb. İnsan kütləsinin qapalı məkanlarda toplanmasının qarşısını almaq məqsədilə müştərilər mərkəzlərə növbəli şəkildə buraxılır. Ən çox növbələrin olduğu xidmət sahələrindən biri də kommersiya banklarıdır.

Bunun baş vermə səbəbləri, ümumiyyətlə banklarda olan vəziyyətlə bağlı ölkənin ən böyük banklarından olan Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamovdan müsahibə aldıq.
  • Son zamanlar pandemiya ilə əlaqədar bir sıra xidmət mərkəzlərində olduğu kimi bankların da qarşısında insan kütləsinin toplanmasını və uzun növbələri müşahidə edirik. Kapital Bank filiallarının da qarşısında olan növbələr diqqətdən kənar qalmır. Hazırki durumda, bunun başvermə səbəbini şərh etməyinizi xahiş edərdik.
  • Bildiyiniz kimi cari ilin mart ayından başlayaraq, koronavirusla mübarizə tədbirləri çərçivəsində ölkədə xüsusi karantin rejimi tətbiq olunub. Bununla da bir sıra yerlər kimi, bank filiallarında da sosial məsafəyə riayət olunması, qapalı məkanlarda insan sıxlığının aradan qaldırılması və bəzən qeyri-iş günlərində, həmçinin bayramlarda filialların işləməməsi tövsiyə olunur. Qeyd edim ki, Kapital Bank ölkə üzrə 3 milyondan artıq fiziki şəxslərə və 22 mindən artıq hüquqi şəxslərə xidmət göstərir. Bankımız, həmçinin bir sıra dövlət əhəmiyyətli sosial layihələrdə tərəfdaş qismində çıxış edir. Bu sırada təqaüd kartlarını, sosial kartları, fermer kartlarını və digər ödənişləri qeyd edə bilərəm. Bankımız hazırda filial şəbəkəsinin genişliyinə görə ölkədə liderdir. Bir neçə gün əvvəl müştərilərimizin istifadəsinə verdiyimiz İnşaatçılar filialı sayca 118-ci xidmət nöqtəsidir.

Filiallar önündə olan növbələrə gəlincə isə bildirirəm ki, ölkə üzrə olan xidmət nöqtəmizdə yalnız əməkdaşların 50%-i işə çıxır. Yəni filialda əməliyyat üzrə əvvəl təqribən 8 əməkdaş var idisə, hazırda bu sahəyə 4 əməkdaş cəlb olunub. Digər tərəfdən ölkə başçısının göstərişi ilə əhalinin işsiz təbəqəsinə, həmçinin kiçik və orta sahibkarlara birdəfəlik müavinətlərin ödənilməsinə başlanıldı. Bu sahədə də Kapital Bank digər banklardan fərqlənərək daha çox işsizə və sahibkara müavinətlərin ödənilməsində vasitəçilik etdi. Bu səbəbdən də filiallar önündə növbələr yaranıb.

  • Bəs çıxış yolunu nədə görürsünüz?
  • Sadaladıqlarımla yanaşı filiallara, həmçinin valyuta alqı-satqısı, pul köçürməsi, kart və ya cari hesab açmaq, əmanət yerləşdirmək, bitmiş ödəniş kartını uzatmaq üçün gələn müştərilərimizi qeyd etmək istərdim. 50% işçi personal ilə bu əməliyyatları həyata keçirmək daha çox zaman alır və filialların önündə növbələrə səbəb olur. Biz ənənəvi bank əməliyyatları üçün filiallara gələn müştərilərə onlayn və rəqəmsal xidmətlərimizi tövsiyə edirik. Artıq müştərilər bir sıra xidmətləri BirBank tətbiqi vasitəsilə həyata keçirə bilir ki, bununla da onların filiallara gəlməyinə ehtiyac qalmır.
  • Bildiyimiz kimi hazırda, həmçinin bağlanan banklarda olan qorunan əmanətlərin ödənilməsində də Kapital bank müvəkkil bank olaraq seçilib. Bu da filiallara əlavə insan kütləsinin axını deməkdir…
  • Tam doğrudur. İyun ayının 1-dən başlayaraq Bakı şəhəri üzrə AtaBank və Amrahbank-da qorunan əmanəti olanlar məhz Kapital Bank vasitəsilə ADİF tərəfindən ödənilən vəsaitlərini geri alıblar və hazırda da bu proses davam edir. Bugünkü qanunvericilik tələblərinə uyğun təəssüf ki, bu prosesi rəqəmsal müstəviyə keçirmək hələ ki, mümkün deyil. Lakin bu tip layihələr üçün rəqəmsal kanallardan istifadə, vəsaitin digital kart vasitəsilə geri qaytarılması fəal müzakirə olunan mövzulardandır.

Filiallarımızın önündə olan növbələrə gəlincə isə, bu növbələr Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən tənzimlənir. Bundan başqa vətəndaşların sosial məsafəyə riayət etmələri üçün filialların qarşısında xüsusi nişanlar qoyulub və bu işlər hazırda da aparılır. Ümid edirik ki, tezliklə ölkədə olan xüsusi karantin rejimi bitəcək və biz əvvəllər olduğu kimi öyrəşdiyimiz iş şəraitinə qayıdacağıq.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun