Nəzərdə tutulmuş həddi aşan icazələr ləğv ediləcək

posted in: Xəbər | 0

Nəzərdə tutulmuş həddi aşan icazələr ləğv ediləcək – RƏSMİ

icazəPrezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sərt karantin tətbiq edilən şəhər və rayonlarda fəaliyyətinə icazə verilmiş təşkilatlara müraciət edib.

Dövlət Agentliyindən bildirilib ki, xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərara əsasən fəaliyyətinə icazə verilmiş sahələrdəki işçilərin 50 faizinin işə çıxmasına icazə verilir.

Qeyd olunub ki, həmin sahələr üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı isə əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır:

“Fəaliyyətinə icazə verilən təşkilatlara əməkdaşlarının icazələrini icaze.e-gov.az portalında tənzimləmələrini xahiş edirik.

Əks halda daxil edilən icazələr nəzərdə tutulan həddi aşarsa avtomatik olaraq ləğv ediləcəkdir”.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda icazə verilən işçi sayına məhdudiyyət tətbiq ediləcək

posted in: Xəbər | 0

karantinFəaliyyətinə icazə verilən bir sıra sahələrdə işə cəlb olunan işçilərin sayı 50 faizdən çox olmamalıdır.

Bu barədə Nazirlər Kabinetinin qərarında bildirilir.

Qeyd edilib ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində gündəlik baxım və gigiyena vasitələrinin istehsalı; tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri; mühəndislik və layihələndirmə xidmətləri; qablaşdırma məhsullarının istehsalı; daş, metal və taxta məhsullarının istehsalı; mebel istehsalı və təmiri; zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri; tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri; onlayn satışlar; kimyəvi təmizləmə; mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi; avtomobillərin təmiri; avtomobil yuyulma məntəqələri; heyvan sığınacaqları; tərcümə xidmətləri sahəsində fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır.

Qeyd olunan iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı isə əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır.

Mənbə: apa.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Çin dolların qadağan olunmasına hazırlaşır

posted in: Xəbər | 0

dollarÇin istisna etmir ki, ABŞ sanksiya təzyiqini gücləndirmək məqsədilə onun dollar ilə hesablaşma vasitəsi kimi istifadə etməsinə qadağa qoyuması ilə bağlı qərar verə bilər. Bunu ÇXR qiymətli kağızlara nəzarət Komitəsinin sədr müavini Fan Sinhay bəyan edib.

Onun sözlərinə görə, Pekin, həqiqətən, yalnız psixoloji baxımdan deyil, Banklararası məlumat transferi və SWIFT ödəniş sistemi və banklararası elektron hesablaşma sistemindən ayrılmağa hazırlaşmalıdır.

Fan Sinhay əlavə edib ki, mövcud asılılıq Çini iki ölkə arasındakı qarşıdurmanın kəskinləşəcəyi təqdirdə yarana biləcək sanksiyalara qarşı həssas edir.

Qurum rəsmisi, həmçinin dolların dəyərdən düşməsinin Çinə problem yarada biləcəyini qeyd edib. Bunun nəticəsində Pekinin xaricdəki qeyri-maliyyə investisiyaları zərər görə bilər ki, onların həcmi isə təxminən, iki trilyon dollar təşkil edir. Aktivlərin yuana köçürülməsi xarici maliyyə təzyiqini aradan qaldırmağa imkan verəcəkdir.

İyunun 22-də axşam ABŞ prezidentinin ticarət müşaviri Peter Navarro, Trampın bu ilin yanvar ayında imzalandığı ticarət razılaşmasını pozduğunu söyləyib. Belə bir qərarın qəbul olunmasına səbəb kimi o, koronavirus pandemiyasını misal göstərmişdir. Lakin, sonradan Ağ ev rəhbərinin özü müşavirinin sözlərini tamamilə təkzib edib və bəyan edib ki, saziş qüvvədə qalır.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda karantin rejimi daha da sərtləşdirilir

posted in: Xəbər | 0

Azərbaycanda karantin rejimi daha da sərtləşdirilir

karantin“Son günlərdə koronavirus infeksiyasına yoluxanların sayında ciddi artım müşahidə olunur. Təhlil və müşahidələr göstərir ki, müəyyən olunmuş xüsusi karantin qaydaları, sanitar-epidemioloji tələblər gözlənilən nəticələri vermir”.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, bir sıra hallarda sahibkarlıq subyektləri, Operativ Qərargahın mümkün qədər işə az əməkdaş çıxarmağa dair tövsiyələrinə baxmayaraq, bütün işçi heyətini tam tərkibdə, yaxud da böyük əksəriyyətini “İcazə.e-gov.az” portalından qeydiyyatdan keçirərək işə çıxmaları üçün birdəfəlik icazələr alır:

“Eyni zamanda fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslər də, bəzi hallarda mühafizə və texniki təhlükəsizliyin təmin edilməsi üçün zəruri olandan xeyli artıq sayda əməkdaşları qeydiyyatdan keçirirlər.

Belə yanaşmaların müəyyən olunmuş məhdudiyyət tədbirlərinin səmərəsini azaldır, əhalinin sağlamlığı üçün ciddi təhlükə yaradır.

Bununla əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantın rejimində işə çıxmasına icazə verilənlərin sayı ilə bağlı müəyyən olunmuş bir sıra məhdudiyyətlərin sərtləşdirilməsi məsələsinə yenidən baxılmasını zəruri hesab edir və bu istiqamətdə vacib olan bütün qərarları qəbul edəcək”.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun