İstehsalda zay olan xammalın dəyərindən ƏDV hesablanmalıdırmı?

posted in: sual-cavab, Xəbər | 0

ƏDVİstehsalda zay olan xammalın dəyərindən ƏDV hesablanmalıdırmı?


Sual: Şirkətimiz məhsul istehsalı ilə məşğul olur. İstehsal zamanı bir çox adda xammal (şəkər, banka, kardon vitamin qarışığı ve.s) zay olur. Bilmək istəyirik ki, istehsalda zay olan xammalın dəyərini gəlirdən çıxılan xərcə silə bilərikmi? İstehsalda zay olan xammalın dəyərindən ƏDV hesablanıb ödənilməlidirmi?

Cavab: Bildiririk ki, sorğunuzda qeyd edilən halda vergi ödəyicisi məhsulları Əlavə Dəyər Vergisini ödəməklə əldə etmişdirsə və müvafiq əvəzləşdirmə almışdırsa və ya almaq hüququ olmuşdursa, fövqəladə hallardan başqa belə malların xarab olması ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyat sayılır və malların alışı zamanı ödənilmiş ƏDV məbləği dövlət büdcəsinə hesablanır.

Yararsız mallarının uçotdan silinməsi gəlirin əldə edilməsi ilə bağlı olmadığına görə həmin malların dəyəri mənfəət (gəlir) vergisinin ödəyicisi tərəfindən gəlirdən çıxılmır.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 109-cu və 159.5-ci maddələri.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İcaze.e-gov.az portalında icazələrin bir hissəsi ləğv edilib

posted in: Xəbər | 0

icaze.e-gov.az portalında icazələrin bir hissəsi ləğv edilib

icaze.e-gov.azMəlum olduğu kimi, xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərara əsasən fəaliyyətinə icazə verilmiş sahələrdəki işçilərin 50 faizinin işə çıxmasına icazə verilir.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib ki, 25 iyun 2020-ci il tarixində bununla bağlı Dövlət Agentliyi tərəfindən daxil edilən icazələrin nəzərdə tutulan həddi aşdığı təqdirdə avtomatik olaraq ləğv ediləcəyi barədə xəbərdarlıq olunub.

Artıq sistem vasitəsi ilə müvafiq Qərara uyğun olmayan icazələrin bir hissəsinin portalda ləğvi həyata keçirilib.

“Bir daha fəaliyyətinə icazə verilən sahələrdən xahiş olunur ki, icaze.e-gov.az portalına daxil olmaqla onlara aid məlumatların müvafiq Qərara uyğun tənzimləməsini həyata keçirsinlər. Çünki sistemdə nəzərdə tutulan həddi aşan icazələrin ləğvi davam edəcək.

İcazələrin tənzimlənməsi ilə bağlı yaranan xüsusi hallarla bağlı hüquqi və fiziki şəxslər İqtisadiyyat Nazirliyinə müraciət edə bilər”, – deyə xəbərdə bildirilir.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Təhsil haqqını nağd alan müəssisələr məsuliyyət daşıyırlar

posted in: Xəbər | 0

təhsil haqqıTəhsil haqqını nağd alan müəssisələr məsuliyyət daşıyırlar.

Son illər ölkəmizdə müxtəlif formalı kursların təşkili ilə məşğul olan sahibkarlıq subyektlərinin sayı artıb. Sahibkarlar həm məktəbəqədər, həm məktəb proqramı, həm də mühasibat, proqram təminatı kimi hazırlıq kursları təşkil edirlər. Bu kursların əsas müştəriləri isə vətəndaşlar – fiziki şəxslərdir. Bəs həmin kurslar təhsil müəssisələri sayılırmı? Kurslarda ödənişlər hansı formada aparılmalıdır? Sualları sərbəst auditor Altay Cəfərov cavablandırıb.

“Təhsil Haqqında” Qanunun 1.0.43-cü maddəsində göstərilib ki, təhsil – sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Həmin Qanunun 1.0.31-ci maddəsində isə qeyri-formal təhsil – müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil forması kimi təsbit olunub. Qanunun maddələrindən aydın olur ki, təhsil təkcə ali, orta, orta ixtisas və bu yönümlü təhsil digər müəssisələrində verilən xidmətlərdən ibarət deyildir. Göründüyü kimi kurslar da təhsilin bir növüdür.

Hazırlıq kurslarında təhsil haqlarının ödənilməsi “Nağdsız hesablaşmalar haqqında” Qanunla tənzimlənir. Bu qanunun 3.4.8-ci maddəsinə əsasən, 3.3-cü maddənin müddəalarından asılı olmayaraq təhsil haqlarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir. Həmin müddəadan aydın görünür ki, təhsil haqları nağdsız formada aparılmalıdır.

“Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.1-ci maddəsində nağdsız hesablaşmaların bir neçə forması göstərilib və təhsil haqqı həmin formalarda ödənilə bilər. Ən azı vəsaitləri kursları təşkil edən şəxslərin birbaşa bank hesablarına ödəniş terminallarından köçürmək mümkündür.

Hazırlıq kurslarında təhsil haqlarının nağd formada qəbul edilməsi isə Vergi Məcəlləsi ilə tənzimlənir. Məcəllənin 58.7-1-ci maddəsinə əsasən, “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinin pozulmasına görə vergi ödəyicilərinə qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 58.7-1.7-ci maddədə bu tələbin həmin Qanunun 3.4.8-ci maddəsinin tələblərini pozmaqla təhsil haqlarını nağd qaydada qəbul edən şəxsə aid olduğu göstərilib.

Odur ki, tövsiyə edərdim ki, kursları təşkil edən şəxslər ödənişləri nağdsız formada qəbul etsinlər.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək müqaviləsinin forması təkmilləşdirilir

posted in: Müqavilələr, Xəbər | 0

əmək müqaviləsinin formasıAzərbaycanda əmək müqaviləsinin – FORMASI DƏYİŞDİRİLİR

Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən hazırlanmış yeni qanun layihəsində əmək müqaviləsinin forması ilə bağlı da Məcəllədə təkmilləşdirmənin aparılması nəzərdə tutulub.

Nazirlikdən bildirilib ki, Məcəlləyə əsasən, əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunmaqla, onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılmalıdır.

Lakin işçinin əmək müqaviləsinin bir nüsxəsini alması faktını müəyyən edən qayda nəzərdə tutulmayıb. Həmçinin əmək müqaviləsinin həcmi böyük olduğu üçün bu müqavilə bir vərəqdə yerləşmir və bir neçə səhifədən ibarət olur. İşəgötürən və işçi əmək müqaviləsinin yalnız sonuncu səhifəsini imzalayırlar.

Belə olan halda, təcrübədə müqavilənin bir nüsxəsinin işçiyə verilmədiyi zaman işəgötürən tərəfindən bundan sui-istifadə edilməklə müqavilənin əvvəlki səhifələrində dəyişiklik (məsələn, müqavilənin müddəti ilə bağlı) edilə bilməsinə şərait yaranır.

Belə sui-istifadə hallarına imkan yaranmaması üçün layihədə Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-cü hissəsinin təkmilləşdirilməsi nəzərdə tutulur.

Yəni həmin hissədə əmək müqaviləsinin iki nüsxədən az olmayaraq tərtib olunması, işçi və işəgötürən tərəfindən müqavilənin sonunci deyil, bütün səhifələrinin imzalanması, son səhifənin işəgötürənin möhürü (möhür olmadıqda imzası, VÖEN-i qeyd edilməklə) ilə təsdiqlənməsi, müqavilənin bir nüsxəsinin işçidə, digər nüsxəsinin işəgötürəndə saxlanılması, işçinin əmək müqaviləsinin nüsxəsini aldığını işəgötürəndə saxlanılan nüsxədə bu barədə müvafiq qeydi imzalaması ilə təsdiq etməli olduğunun qeyd edilməsi təklif olunur.

Mənbə: fed.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun