» » » Avropada dövriyyəyə yeni pullar buraxılacaq

Avropada dövriyyəyə yeni pullar buraxılacaq

posted in: Xəbər | 0
birbank biznes

Avropada dövriyyəyə yeni pullar buraxılacaq

yeni pullarAvropa mərkəzi bankı (AMB) beş və on avro dəyərində yeni çap banknotlarının dövriyyəyə buraxılacağını elan edib. Çox tezliklə Avropa iqtisadi məkanında dövriyyədə olacaq yeni pullarda AMB-nin indiki rəhbəri Kristin Laqardın imzası olacaq. Bu haqda informasiya tənzimləyicinin rəsmi Twitter səhifəsində yerləşdirilib.

Yeni əskinaslar dövriyyəyə növbəti həftədən daxil ediləcək. Həmin ana kimi avrozona ölkələrində AMB-a Laqardan öncə rəhbərlik etmiş üç nəfərin: Vima Duyzenberq, Jan-Klod Trişe və Mario Draqinin imzaları olan pullarla ödəniş edirdilər. Laqard AMB-ə 2019-cu ildən sədrlik dir. Köhnə pullar da qanuni ödəniş vasitəsi kimi dövriyyədə qalacaq.

2007-2011-ci illərdə Laqard Fransanın maliyyə naziri olub və qlobal böhran şəraitində ölkə iqtisadiyyatına səriştəli rəhbərlik etdiyinə görə bu vəzifədə özünü beynəlxalq səviyyədə bacarıqlı rəhbər kimi tanıdıb. 2011-ci ildən isə o, beynəlxalq valyuta fonduna rəhbərlik edirdi.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun