Qeyri-adekvat baş mühasibin qeydləri (1-ci hissə)

posted in: Xəbər | 0

baş mühasibQeyri-adekvat baş mühasibin qeydləri: niyə biz hələ də mühasibik və ya peşənin sevincləri barədə

1-ci hissə

Biz niyə mühasib işləyirik? Hazırkı şəraitdə bu peşə mazoxizmin bir növünə çevrilmişdir: qüvvədə olan qanunvericilik daim dəyişir və onun təkmilləşdirilməsi üçün son hədd yoxdur. İlllik, rüblük, aylıq olaraq verilməsi zəruri olan hesabatların sayı həndəsi silsilə ilə artır – və yalnız buna vaxt çatdırmaq qalır. Hesabat dövrləri arasında isə vergi müfəttişlərinin tələb və soğularına cavab verməlisən. Gəlin, etiraf edək ki, belə bir  əməyin müqabilində ödənilən əmək haqqı da adekvat deyil. Bu bizim nəyimizə lazımdır?

Şəxsən məni çox vaxt bütün bunları tərk etmək və evlərin idarə olunması ilə bağlı ixtisasa yiyələnmək fikirləri məşğul edir. Xüsusilə də qanunvericilərin növbəti dəfə hansısa dəyişiklər üzərində “çalışmalarını” eşitdikdə tüklərim biz-biz olur. Bütün bunların üzərinə işəgötürənlərin bir nəfər kimi nəsə qəribə istəklərini də əlavə etmək lazımdır. Hər bir uğursuz şeyə görə cərimə sanksiyalarının böyük bir siyahısını gördükdə isə artıq susuram.

Bəs, biz niyə buranı tərk etmirik?

1C. Mühasibatlıq həyatı fiskal orqanlar tərəfindən əziyyətlərə qatlaşan moskvalı baş mühasib Lena Mixalevanın qeydlərini dərc edib.

Mən baş mühasib vəzifəsində çoxdan işləyirəm – hərdən mənə gəlir ki, bu qədər heç yaşamaq mükün deyil. 8 müxtəlif şirkətlərdə, müxtəlif  rejimlərdə və çox müxtəlif rəhbərlərlə işləyirəm.

Keçmiş həyatımda təbiət elmləri ilə məşğul olduğum üçün fərqli insanların davranış və qavrayışının xüsusiyyətləri məndə canlı maraq doğurur.

Mənim direktorlarım arasında  bir-birinə bənzəyən ikinci birisi yoxdur.

Biri bütün mühasibatlığı mənim üzərimə yüklədikdən sonra rahatlamışdı – təki mən onun işinə mane olmayım. İkincisi əksinə, mənim etdiyim hər bir işlə maraqlanırdı, əvəzimdən Vergi Kodeksi ilə mübahisə edirdi və büdcəyə ödənilən hər bir qəpiyə görə mənim başımı qoparmağa hazır idi.

Hələ də donquldamağı bacardığıma görə utancaqlıq hissi keçirirəm. Lakin, artıq susmaq çox çətindir.

Mənim qeydlərim – debeti kreditdən fərqləndirən hər bir kəsə tanış olan bizlərin sevincləri və problemləri barədədir.

Birincisi, bu qədər illərimi mühasibatlığa verdikdən sonra əlimi ürəyimə qoyub başqa bir ixtisasa, özü də tamamilə yad birinə yiyələnmək, nəsə düzgün alınmır. Ali məktəbdə neçə illər ərzində aldığın təhsili, ixtisasartırma kurslarını, tər və əzm sayəsində əldə etdiyin təcrübəni bir anda yoxluğa çevirməyə təəssüflənirsən.


Qeyri-adekvat baş mühasibin qeydləri (2-ci hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Fransızların həyatında nələr dəyişdi (1-ci hissə)

posted in: Xəbər | 0

2020-ci il yanvarın 1-dən fransızların həyatında nələr dəyişdi

1-ci hissə

Vergilərin azaldılması, 10 avro dəyərində siqaret qutusu, minimum əmək haqqının 15 avro artırılması, eynək və diş protezlərinə xərclərin azaldılması, eləcə də pambıq “qulaq təmizləyicələrinin”dəstəyinin  yalnız ağacdan və ya kartondan hazırlanması  –  2020-ci il üçün Fransanın həyatında baş verən bu və digər yeniliklər.

Birdəfəlik istifadə edilən plastik məmulatlarla bağlı qadağanın genişləndirilməsi

2020-ci il yanvarın 1-dən Fransada birdəflik istifadə edilən plastik məmulatlar – boşqablar, stəkanlar və qulaq təmizləyən çöplərdən istifadə qadağan edilib. Bu cür məmulat ehtiyatlarından yaxa qurtarmaq üçün ticarət şəbəkələrinə altı ay vaxt verilib.  Yaxın il yarımda isə birdəfəlik istifadə edilən bütün plastik qablar (borucuqlar, yeməkxana dəstləri, qarışdırmaq üçün çubuqlar) qadağan altına düşəcək. İstifadədə yalnız ağacdan və ya kartondan düzəldilən birdəfəlik istifadə məmulatları qalacaq. Xatırladaq ki, plastik torbalar Fransa mağazalarından 2017-ci ildə yoxa çıxıb.

 10 avroya bir qutu siqaret!

2020-ci ilin sonuna kimi Fransada bir qutu siqaretin qiyməti 10 avroya kimi yüksələcək. Siqaret çəkənlərin xərcləri tütünə tətbiq edilən aksiz üzündən indi ildə durmadan iki dəfə artır. Yanvarın 1-dən Fransada bəzi siqaret markalarının qiyməti yenidən bahalaşıb – ötən ilin noyabrında 50 sentlik artımdan sonra bu dəfə bir qutu siqaretin qiyməti 9,10 və ya 9,20 avroya kimi yüksəlib. Mart ayında növbəti artım müşahidə edilib, noyabr ayında isə növbəti artım gözlənilir.

Gəlir vergisinin azaldılması

Yeni ildə fransızların böyük əksəriyyəti gəlir vergisinin azalmasını gözləyir. Prezident Emmanuel Makron “sarı jiletlilər” in etirazına cavab olaraq, onu 5 milyard avroya qədər endirəcəyini vəd edib. 2020-ci il üçün büdcə haqqında qanuna mütərəqqi gəlir vergisinin şkalasında dəyişikliklər edilməsi nəzərdə tutulub. Verginin minimal stavkası 14%-dən 11%-ə endiriləcək və nəticədə 12 milyon ev təsərrüfatının (vergi ödəyicələrinin ən böyük qrupu) hər biri bu islahatdan 350 avro uduşda olacaq.

30% dərəcəsi ilə gəlir vergisi ödəyənlər də öz kateqoriyasında aşağı və yuxarı gəlir sərhədlərinin azaldılması səbəbiylə qənaət edəcəklər (27794 – 74 517 avro əvəzinə 25 659 – 73 369 avro).

Fransada gəlir vergisini illik qazancları 10 000 avrodan yüksək olanlar ödəyirlər. 16,5 milyon ev təsərrüfatı vergiyə cəlb edilmir.


Fransızların həyatında nələr dəyişdi (2-ci hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank tender qarantiyalarına endirimlər elan etdi

posted in: Bank, Xəbər | 0

tender qarantiyaları Kapital BankKapital Bank kiçik və orta sahibkarlığın inkişafına, həmçinin bu sahədə çalışanlara endirimli şərtlər təklif etməklə öz töhfəsini verir. Bu dəfə Kapital Bank-a müraciət edən sahibkarlar tender qarantiyaları üzrə komissiyalara endirimlər əldə edə biləcəklər.

Şərtlərə görə, tender qarantiyaların birdəfəlik komissiyasına 50% endirim tətbiq edilir. Belə ki, müştərilər tender təminat məktubu əldə etdikləri zamanı isə cari birdəfəlik komissiyanın yalnız 50%-ni ödəyəcəklər. Aksiya 24 avqust 2020-ci il tarixədək davam edəcək.

Sahibkarlar tender qarantiyalarını Kapital Bank-ın istənilən filialından 1 iş günü ərzində təminatsız şəkildə əldə edə bilərlər. Tender qarantiyalarını Kapital Bank-dan əldə etməyin əsas üstünlüklərindən biri də təqdim olunan təminat məktublarının istənilən benefisiar tərəfindən tanınıb, qəbul edilməsidir.

Qeyd edək ki, Kapital Bank kiçik və orta sahibkarlar üçün hər zaman yeni məhsullar, kampaniyalar təqdim edir və müştərilərə xidmət keyfiyyətinin yüksək səviyyədə saxlanılması istiqamətində davamlı işlər aparılır.

Kapital Bank-ın KOS müştəriləri üçün nəzərdə tutulan Biznes Mərkəzləri Xətai, Səbail, Nəsimi, Gənclik, Yasamal, Mərkəz, 28 May filiallarında, həmçinin Sədərək TM-də yerləşən Ticarət filialı və Binə TM-dəki Lökbatan şöbəsində fəaliyyət göstərir. Biznes mərkəzlərində KOS müştərilərə xüsusi xidmət bölməsi ilə yanaşı fərdi müştəri menecerləri də vardır. Onlar sahibkarlara bankın təqdim etdiyi məhsullar barədə məlumat verməklə yanaşı, kredit, qarantiya, overdraft, faktorinq və digər maliyyələşmə məhsullarının sifarişlərini qəbul edirlər, biznesin inkişafı üçün maliyyə məsləhətləri və bir sıra digər xidmətlər də göstərirlər.

Bankın KOS seqmenti üçün təqdim etdiyi məhsul və xidmətlər barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytında “Biznes üçün” bölməsinə, (012) 310 09 99 korporativ məlumat mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Daha 2 600 əlillik ləğv olundu

posted in: Xəbər | 0

əlillik ləğvƏlilliyin qiymətləndirilməsi sisteminin şəffaflaşdırılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən görülən tədbirlər 2020-ci ilin ötən dövründə davam etdirilib.

Nazirlikdən verilən məlumata görə, müvafiq işçi qrupu tərəfindən xəstəlik sənədləri şübhə doğuran əlillik təyinatları üzrə aparılan araşdırmalar zamanı daha 2 min 600 əlillik təyinatının reallığı əks etdirməyən saxta tibbi sənədlərlə tərtib olunmuş əsassız göndərişlər əsasında aparıldığı aşkar edilib.

Həmin əlillik təyinatları ləğv olunub və təyin olunan sosial təminat növləri üzrə ödənişlər dayandırılıb. Bunun da nəticəsi olaraq, büdcə vəsaitinin həmin ödənişlər üzrə qeyri-qanuni istiqamətə xərclənməsinin qarşısı alınmaqla, illik 9,5 milyon, ümumi gözlənilən xərclər üzrə 225 milyon manat dövlət vəsaitinə qənaət edilib.

Ümumilikdə isə son iki ildə aparılan araşdırmalar nəticəsində 6 min 300 əlillik təyinatının əsassız göndərişlər əsasında aparıldığl aşkar olunaraq ləğv edilib. Nəticədə illik 29 milyon, ümumi gözlənilən xərclər üzrə 735 milyon manat büdcə vəsaitinə qənaət olunub.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun