Kapital Bank yenilənən Mingəçevir filialını istifadəyə verdi

posted in: Bank, Xəbər | 0

Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Korporativ standartlara uyğun təmir edilərək müştərilərə təqdim edilən Mingəçevir filialı, Mingəçevir şəhəri, M.Ə. Rəsulzadə küçəsi, ev 1A ünvanında fəaliyyət göstərir. Artıq müştərilər yenilənən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

Kapital Bank-ın Mingəçevir filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Cari ildə biri Mingəçevir şəhər filialı olmaqla 4 struktur bölmənin relokasiya və əsaslı təmiri həyata keçirilib, 5 yeni struktur bölmənin isə fəaliyyətə başlaması təmin edilib.

Eyni zamanda, ötən illər ərzində 50-dən çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 30-dan çox yeni filial və şöbə istifadəyə verilib. Transformasiya layihəsinin davam olaraq bu və gələcək illərdə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 17 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Kapital Bank


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sosial xarakterli xərclər hansılardır?

posted in: sual-cavab, Xəbər | 0

sosial xarakterli xərclərSosial xarakterli xərclər hansılardır?


Sual: Vergi Məcəlləsinin 109.3-cü maddəsində işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmədiyi göstərilir. Zəhmət olmasa digər sosial xarakterli xərclər deyildikdə hansı xərclərin nəzərdə tutulduğunu detallı şəkildə qeyd edəsiniz. Həmçinin, hər hansı bir digər qanunvericilikdə sosial xarakterli xərclərin açıqlaması mövcuddurmu?

Cavab: Bildiririk ki,  Əmək Məcəlləsinin müddəalarına əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusu əmək haqqı hesab olunur.

Vergi Məcəlləsinin müddəalarına əsasən isə gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Müvafiq olaraq əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, işçinin maddi marağının artırılması məqsədilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsinə görə işəgötürən tərəfindən kollektiv müqavilələrdə, əmək müqavilələrində qeyd olunan əməyin ödənilməsi sisteminə uyğun olaraq pul mükafatının məbləği və ya qiymətli əşya şəklində verilən hədiyyənin dəyəri əmək haqqının tərkib hissəsi olaraq gəlirin əldə olunması ilə əlaqədar çəkilən xərc kimi gəlirdən çıxılır.

Əyləncə və yemək xərclərinin, habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin (misal olaraq işçinin istirahət, idman, musiqi, reabilitasiya, incəsənət tədbirləri kimi xərclərinin ödənilməsi) gəlirdən çıxılmasına yol verilmir.

Maddədə işçilərin sosial ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan bütün digər xərclər (misal olaraq musiqi, mədəniyyət, incəsənət, şəxsi inkişaf və s.) gəlirdən çıxılmayan xərclərə aid edilir.

Əsas:  Vergi Məcəlləsinin 98.1-ci, 101.1-ci, 108-ci, 109-cu və Əmək Məcəlləsinin  3-cü, 154-cü, 157-ci, 185.1-ci maddələri.

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pandemiyadan sonra hansı ölkələr iqtisadiyyatda uğur qazana biləcək? (1-ci hissə)

posted in: Xəbər | 0

iqtisadiyyat pandemiyaPandemiyadan sonra hansı ölkələr iqtisadiyyatda uğur qazana biləcək?

1-ci hissə

Koronavirus pandemiyası müxtəlif ölkələri fərqli şəkildə vurub. Nəticədə onların dünya iqtisadi reytinqlərindəki mövqeləri dəyişəcək. Ancaq bu, uğur sayıla bilərmi?

İqtisadçıların proqnoza görə, 2020-ci ildə Rusiya ilk dəfə alıcılıq qabiliyyəti pariteti ilə hesablanan ÜDM-in həcminə görə dünyada 5-ci yeri tutacaq. Koronaböhranın  geri çəkilməsindən sonra hansı ölkələrin iqtisadiyyatı real surətdə güclənəcək?

Liberallar uduzacaq?

“Pandemiya nəticəsində ortaya çıxan yeni dünyada başqa liderlər olacaq” – Rusiya elmlər akademiyasının şərqşünaslıq İnstitutunun Cənub-Şərqi Asiya, Avstraliya və Okeaniyanın öyrənilməsi Mərkəzinin rəhbəri Dmitri Mosyakov belə hesab edir. – Əvvəllər demokratik siyasi sistemi və liberal iqtisadiyyatı olan ölkələr liderlik edirdilər. İndi isə öz ərazilərini, əhalisini, biznesini daha yaxşı idarə edən və buna görə də qlobal təhlükələrə qarşı təhlükəsizliyini daha yaxşı təmin edə bilən dövlətlər qazanır.

Onların arasında demokratiyanın formal xarakter daşıdığı və iqtisadiyyatda dövlətin rolu yüksək olan Cənub-Şərqi Asiya ölkələri var. Çin və Cənubi Koreya dövlətləri koronavirusu başqalarından daha sürətli cilovlaya bildilər.

Vyetnamda isə ümumiyyətlə, heç bir ölüm hadisəsi baş vermədi. Pandemiyanın bitdiyi zaman bu ölkələr iqtisadi çəkilərini artırmaq üçün hər bir şansa sahibdirlər”.

Bəs iqtisadçılar nə deyir? “Bəzi hallarda dövlət tənzimlənməsi və dəstəyi ölkəni böhran zamanı daha dayanıqlı edə bilər. Lakin böhrandan sonra bazarların və özəl biznesin daha çox inkişaf etdiyi yerlərdə bərpaolunma daha tez baş verir. Çinin və digər Cənub-Şərqi Asiya ölkələrinin perspektivləri hər iki inkişaf kanalından necə istifadə edə biləcəklərindən asılıdır”, – Rusiya iqtisadiyyat məktəbinin professoru Natalya Volçkova dəqiqləşdirir.

Çin irəli gedə biləcəkmi?

Çin – müxtəlif inkişaf mənbələrinin tarazlığının olduğu bir ölkədir. Dünya bankının analitikləri 2020-ci ildə Çinin iqtisadiyyatına ÜDM-in 1% -i qədərində simvolik artım vəd edirlər. Lakin Çin iqtisadçıları hesab edirlər ki, hökumətin böhran əleyhinə tədbirləri sayəsində hətta 3-4 faizlik artım da ola bilər. Hamı yekdilliklə Çinin gələcəkdə dünyanın lokomotivi kimi rolunun güclənəcəyini bəyan edir. Bununla yanaşı, Çin dövləti iqtisadiyyatı dəstəkləmək üçün Almaniya, ABŞ və ya Yaponiyadan xeyli az pul ayırır.


Pandemiyadan sonra hansı ölkələr iqtisadiyyatda uğur qazana biləcək? (2-ci hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Almaniyanın vergi sistemi, formalaşması və inkişafı (1-ci hissə)

posted in: Xəbər | 0

Almaniyanın vergi sistemiAlmaniyanın vergi sistemi, formalaşması və inkişafı

1-ci hissə

Almaniya Federativ Respublikası bir dövlət kimi siyasi və iqtisadi quruluşun müxtəlif mərhələlərini keçmiş, dəfələrlə dünya müharibələrinin yaratdığı dağıntılardan qalxmış, iqtisadi cəhətdən güclü, sosial yönümlü dövlətə çevrilmişdir.

1871-ci ildə Alman imperiyasının yaranması zamanı bütün əsas birbaşa vergilərin müəyyən edilməsi ona daxil olan dövlətlərin (indiki torpaqların) ixtiyarında idi. İmperiyaya yalnız gömrük rüsumları və əmtəələrə: tütün, pivə, araq, şəkər, duz üçün ümumimperiya vergiləri təyin etmək hüququ verildi. Gömrük rüsumları və aksiz rüsumları toplamaq hüququnun möhkəmləndirilməsi vahid iqtisadi məkanın yaranmasına zəmin yaratdı. Ancaq, təbii ki, bu ümumi xərcləri maliyyələşdirmək üçün kifayət deyildi. Vəsait mənbəyi, poçt və teleqraf şöbələrindən və seçki vergisi xüsusiyyətinə malik olan ayrı-ayrı torpaqların adambaşına paylarından daxil olan gəlir idi. Fövqəladə ehtiyacları ödəmək üçün istiqrazlara müraciət etmək imkanı nəzərdə tutulmuşdu.

Ayrı-ayrı dövlətlərin müntəzəm üzvlük haqları imperiyanı onlardan ciddi asılı vəziyyətə gətirib çıxarmışdı. Elə, almaniya vergi sistemi -nin inkişafını bu müəyyənləşdirdi. Ötən əsrin doxsanıncı illərində qiymətli kağızlara, veksellərə, oyun kartlarına gerb yığımları, 1906 – cı ildə mirasdan vergi, 1913 – cü ildə əmlak vergisi və eyni zamanda əmlak artımı vergisi tətbiq edilmişdir. 1916-cı ildən Almaniya artıq birbaşa vergitutma imkanlarından fəal istifadə edib. 1918-ci ilin iyul ayında Almaniya ilk növbədə 0.5% dərəcəsi ilə dövriyyə vergisini tətbiq etdi. O, əlavə edilmiş və ya yeni yaradılan əmlakın altmışıncı illərdə baş vermiş vergiyə keçməsinə qədər mövcud idi.

1919-cu ilin dekabr ayında maliyyə naziri Erzberger tərəfindən hazırlanan imperiya vergi qaydalarının təsdiqi ilə ən böyük vergi islahatı başladı. Onun əsas əhəmiyyəti ondan ibarətdir ki, torpaqların maliyyə suverenliyi ləğv edildi. Dövlət vergi tutulması və onların idarə edilməsi üçün müstəsna hüquq əldə etdi. Dövriyyə vergisi artırıldı, zinət əşyalarına vergi tətbiq olundu, böyük sərvət sahibləri əlavə vergi ödədilər. Gəlir vergisi haqqında qüvvədə torpaq vergisi ilə bağlı 26 qanun differensiallaşdırılmış şkala və maksimum vergitutma dərəcəsi olan olan 60%-lik imperiya gəlir vergisi ilə əvəz edilmişdi. Bu və digər tədbirlər dövlətin sosial ehtiyaclara olan xərclərini beş dəfə artırmağa imkan vermişdir.

Birinci Dünya müharibəsinin iqtisadi və sosial nəticələri nəticəsində yaranmış böyük maliyyə çətinlikləri vergitutma sahəsində mərkəzləşmənin güclənməsinə gətirib çıxardı. Nəticədə, Veymar Respublikasında vergilərin sonrakı paylanmasından asılı olmayaraq, bütün növlərinə nəzarət edən vahid maliyyə idarəetməsi yaradılmışdır. Bu maliyyə idarəsi 1945-ci ilin may ayına qədər fəaliyyət göstərmişdir.

Müharibədən sonrakı Almaniyada dövlət vəzifələrinin federasiya ilə onun tərkibinə daxil olan torpaqlar arasında bölüşdürülməsi qanunvericiliklə təsdiq olunmuşdu. Eyni zamanda, federasiyalar və torpaqlar öz funksiyalarını yerinə yetirərkən yaranan xərcləri ayrı-ayrılıqda daşımalı idilər; öz büdcə quruluşu məsələlərində isə federasiyalar və torpaqlar müstəqil idilər. Federal dövlət və torpaqlarla yanaşı, yerli büdcələrə malik olan icmalar da müəyyən ictimai-sosial funksiyaların daşıyıcıları sayılırdılar. Vergi qanunvericiliyində əsas vəzifələr federasiyalara məxsus idi. Eyni zamanda, Almaniyanın vergi sisteminin idarə edilməsinin bütün üç səviyyəsinin maliyyələşdirilməsini təmin etmək üçün ən böyük qaynaqlar bir anda üç və ya iki büdcəni təşkil edən bir şəkildə qurulmuşdu. Belə ki, fiziki şəxslərdən gəlir vergisi aşağıdakı kimi bölüşdürülürdü: daxilolmaların 42.5% – i federal büdcəyə, 42.5% – i müvafiq torpağın büdcəsinə və 15% – i yerli büdcəyə göndərilirdi. Korporasiyalar üzrə vergi federal və torpaq büdcələri arasında 50%/50%  nisbətində bölünürdü. Sahibkarlıq fəaliyyəti üzrə vergi yerli idarəetmə orqanları tərəfindən tutulurdu, lakin bunun yarısı onlara qalırdı, ikinci yarısı isə federal və torpaq büdcələrinə köçürülürdü. Əlavə dəyər vergisi də üç büdcəyə bölünürdü. Bu vergi bölgüsünün nisbəti ən müxtəlif ola bilərdi və vaxt keçdikcə dəyişirdi, çünki bu, tənzimləyici gəlir mənbəyi kimi xidmət edirdi.


Almaniyanın vergi sistemi, formalaşması və inkişafı (2-ci hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun