Əsas vergi nəzəriyyələri və onların müasir şərhi (6-cı hissə)

posted in: Xəbər | 0

əsas vergi nəzəriyyələriƏsas vergi nəzəriyyələri və onların müasir şərhi

6-cı hissə

Məqalənin 5-ci hissəsini buradan oxuya bilərsiniz
Vergi nəzəriyyələri vergilərin mahiyyəti və əhəmiyyəti haqqında elmi biliklərin müəyyən sistemini, yəni, bu və ya digər təyinatlı verginin tanınmasından asılı olaraq dövlətdə vergitutma modellərinin müxtəlif variantlarını nəzərdə tutur.

Neokeyns nəzəriyyəsində vergi problemlərinə əhəmiyyətli yer verilmişdir. Belə ki, ingilis iqtisadçıları M. Fişer və N. Kaldor vergitutma obyektlərini istehlaka (bu halda istehlak edilən məhsulun son dəyərini müəyyən etməklə) və əmanətə (əmanətə görə yalnız faiz dərəcəsi ilə məhdudlaşdırmaqla) ayırmağı zəruri hesab edirdilər. Eyni zamanda, əmanətlərin təşviqi metodu və inflyasiyaya qarşı mübarizə vasitəsi kimi istehlaka vergi ideyası da buradan ortaya çıxıb. Əvvəllər istehlak mallarının alınması üçün nəzərdə tutulan pul indi ya investisiyalara, ya da əmanətlərə yönəldilə bilərdi. Bu pullar həmin büdcə siyasəti – artıq əmanətlərin götürülməsi vasitəsilə kapital qoyuluşuna çevrilə bilərdi. Uzunmüddətli qənaət artıq öz-özlüyündə gələcək iqtisadi artımın amilinə xidmət edir.

Lakin, istehsal tənəzzülü zamanı istehlak bazarında xərclər gəlirlərin azalmasından daha yavaş azalır və bununla da ajiotaj tələbinə səbəb olur. Buna görə də istehlak vergisindən daxilolmalar gəlir vergisi tutulduğundan daha yüksəkdir. Beləliklə, vergi sistemi daxili stabilləşdirici rolunu oynaya bilməz. Eyni zamanda, N. Kaldor hesab edirdi ki, malların ayrı-ayrı növləri üçün güzəşt və endirimlərdən (məsələn, gündəlik istifadə predmetlərindən) istifadə etməklə proqressiv dərəcələrlə tətbiq edilən istehlak vergisi aşağı gəlirli insanlar üçün sabit satış vergisindən daha ədalətlidir. Bundan başqa, gəlir vergisindən fərqli olaraq, bu vergiyə gələcək investisiya qoyuluşu üçün lazım olan qənaət cəlb edilmir ki, bu da onların artımını stimullaşdırır.

Hazırda iqtisadi tənzimlənmənin yeganə düzgün nəzəriyyəsi mövcud deyil. Bir çox ölkələrdə hökumətlərin praktikada tətbiq etdiyi tənzimləmə metodları üç başlıca konsepsiyanın qarşılıqlı təsiri altında baş verir: müxtəlif keyns variasiyaları, tələb iqtisadiyyatı nəzəriyyəsi və monetarizm. Neoklassik cərəyanlar daha çox dövlət tənzimlənməsi üçün nəzəri əsas kimi istifadə edilsə də, alimlər artıq bu metodları keyns cərəyanlarından ayırmırlar. Öz işlərində onların qarşılıqlı nüfuzunu getdikcə daha çox aşkar edirlər.

Tanınmış iqtisadçı P. Samuelson “İqtisadiyyat” əsərində dövlətin müəyyən israfçılığını qeyd edir. Onun fəaliyyətinin effektivliyinin artırılması üçün konkret yollar təklif edir ki, onların arasında vergilər sonuncu yer tutmur. Eyni zamanda, vergitutmada mütərəqqiliyin tərəfdarı olaraq, o, vergitutmada “Qazanc və ianələr” prinsiplərindən danışır və hesab edir ki, vergi strukturu elə olmalıdır ki, onun köməyi ilə bazarın mexanizmi ilə müəyyən edilən gəlirlər müvafiq olaraq cəmiyyətin maraqlarına uyğun olaraq yenidən bölüşdürülsün. P. Samuelsonun klassik və keyns baxışları bir-birinə sıx bağlıdır. Lakin toplanmış nəzəri təcrübəni ümumiləşdirməklə, ona dövlət tərəfindən fiskal siyasətin aparılmasına dair tövsiyələr verməsinə mane olmur. Vergitutma (bərabər, mütənasib, mütərəqqi) prinsiplərinə görə müxtəlif spesifik vergilərin xüsusiyyətlərini öyrənərək P. Samuelson müəyyən hallarda onların mümkün reqressiv nəticələrinə işarə edir: məhz bu, insanların fəaliyyətində əsas motivlərin zəifləməsinə, cəmiyyətin resurslarından istifadənin səmərəliliyinin azalmasına səbəb ola bilər.

Vergilər sahəsində dövlət siyasəti müasir iqtisadi təhlilin alət və metodlarından istifadə etməklə düşünülmüş şəkildə  və balanslı olmalıdır. Eyni zamanda, ikiqat vergitutmanın pisliyini, eləcə də vergilərin köçürülməsinin mənfi təsirini də unutmaq olmaz. Vergi sistemi ümumi iqtisadi sistemin bir hissəsi olduğundan dolayı yolla, bəzi hallarda isə qiymətlərə və digər iqtisadi göstəricilərə birbaşa təsir göstərməklə, vergilərin təsirini onların mütərəqililiyi baxımından qiymətləndirmək lazımdır.

Vergilər sahəsində xarici tədqiqatlar, göründüyü kimi, konkret, tətbiqi xarakter daşıyır. Çünki onların hazırladıqları nəzəri müddəalar ənənəvi olaraq bu dövlətlərin maliyyə qanunvericiliyinin fiskal siyasətinin əsasını təşkil edir. Alimlər vergilərin mahiyyəti, iqtisadi kateqoriya kimi, obyektiv mövcudluğu və hamının razı olduğu zərurətlə bağlı deyil, onların iqtisadiyyatda oynadığı rolla bağlı mübahisələr aparırlar.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycan bankları pandemiya güzəştlərinə niyə getmir?

posted in: Xəbər | 0

banklar pandemiyaKoronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış iqtisadi böhran davam etdikcə Azərbaycan dövləti və hökuməti əhalinin sağlamlığının qayğısına qalmaq, ölkə iqtisadiyyatını aşağı neft qiymətlərinin təsirindən qorumaq, makroiqtisadi sabitliyi təmin etmək üçün daha çox güc sərf etməli, daha geniş “əl-qol açmalı” olur.

Bu da səbəbsiz deyil. Çünki pandemiyadan təsirlənən iqtisadi sahələrin əhatə dairəsi getdikcə genişlənir və Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovun qeyd etdiyi kimi, dövlətdən dəstək və yardım istəyənlərin sayı artır. Bu baxımdan banklardan kredit götürmüş fiziki və hüquqi şəxslər də istisna deyil.

Odur ki, bir çox ekspertlər dövlətin dəstək siyahısına bank sektorunu da daxil etməyi vacib bilirlər ki, sektor kredit ödənişlərində müştərilərinə güzəşt etsin. Amma hələ ki, bu məsələ müzakirə olunmur və heç ehtiyac da yoxdur.  Əksinə, yaranmış vəziyyətdə bank sektorunun özünün bir sıra güzəştlərə getməsi tələb olunur ki, əslində, bu daha düzgün yoldur. Hansı ki, bu, özünü bankların müştəriləri ilə aralarındakı münasibətlərdə büruzə verməlidir.

Belə ki, ya kreditlərin verilməsi prosedurunda, ya da geri ödənişdə müxtəlif güzəştlərin tətbiqi yolu ilə… Odur ki, dövlətin bank sektoruna dair hər hansı güzəşt paketinə və sairəyə baxmasına heç bir ehtiyac yoxdur.

Lakin sual olunur ki, banklar özləri, heç olmasa, hər hansı güzəştlərə getməyə hazırdırlarmı? Xeyr. Məsələ bundadır ki, real vəziyyət göstərir ki, təəssüf, hətta pandemiya şəraitində də banklar buna hazır deyillər !..

Əvvəla, bank sektoruna pandemiya təsirini belə tez göstərə bilməz. Bunun üçün bir az vaxt lazımdır. Bundan əlavə, lap əgər hansısa göstəricilərdə mənfi fəsadlar və meyllər ortaya çıxmış olsa da belə, bu, koronavirus səbəbindən deyil, sektorun vəziyyətindən irəli gəlir.

Bizdə, bank sektorunu sağlamlaşdırmağa hələ əvvəldən ehtiyac var idi.

Mövcud iqtisadi şərait isə hər şey daha əyani üzə çıxartdı.

Üçüncüsü, lap tutaq ki, pandemiya hər şeyi korlayıb. Bank sektoru iqtisadiyyatın spesifik sahəsidir və o əgər sağlam vəziyyətdədirsə, kənar və subyektiv təsirlər ucbatından dərhal pis vəziyyətə düşə bilməz. Sözügedən sektor və yaxud sistem gərək “xəstə vəziyyətdə” olsun ki, kənar mənfi şoklar da sektoru dərhal silkələnsin.

Azərbaycanda bank sektoru isə əvvəldən sağlam vəziyyətdə deyildi.

2015-2016-cı illərdəki böhrandan sonra ölkənin bank sistemində 11-dən çox bank bağlanmışdı. Proses hələ davam edəcəkdi, sadəcə hökumətin və dövlətin üzləşdiyi problemlər və çətinliklər digər bankların ləğvi prosesini dayandırdı.

Çünki başqa əlac yox idi.

Böhrandan sonra ölkə iqtisadiyyatı 2017-ci ildən etibarən bərpa olunmağa başlasa da, bank sektoru iflic vəziyyətində qalmaqda davam etdi.

Yalnız dövlət başçımızın təşəbbüsü və birbaşa müdaxiləsi yolu ilə problemli kreditlər məsələsi həllini tapdıqdan sonra banklar özlərinə gəlməyə başladılar ki, bu, bir növ onların koma vəziyyətindən çıxmalarına bənzədi.

Bəli, bank sektorunun ən böyük problemi vaxtı ötmüş kreditlər məsələsi idi ki, dövlət keçən buna müdaxilə etdi və Prezident tərəfdən bir növ xalqa hədiyyə yolu ilə bu məsələ həllini tapdı.

Xatırladım ki, problemli kreditlərin həcmi həmin vaxt 2 milyard manata çatırdı.

Problemli kreditlər azalıbmı?

Və indi hansı tendensiya əsasında dinamika nümayiş etdirməkdədir?

Məsələ bundadır ki, sektorda problemli kreditlər məsələsi gah azalan, gah da artan tendensiya üzrə dinamika nümayiş etdirir ki, bunu cari ilin yanvar-may aylarının göstəriciləri də təsdiq edir. Bu il yanvarın 1-nə vaxtı ötmüş kreditlərin həcmi 1273.1 milyon manat təşkil edirdi ki, fevralın 1-nə bu rəqəm 1306.9 milyon manat, martın əvvəlinə 1297.8 milyon, aprelin əvvəlinə 1386.8 milyon, may və iyun aylarına görə isə müvafiq olaraq 1232.4 milyon və 1084.8 milyon manat olub.

Ümumiyyətlə, ilin əvvəlinə nisbətən problemli kreditlər artsa da, son 1 ildə azalıb.

İş bundadır ki, banklar qeyri-neft sektorunu maliyyələşdirə bilmirlərsə və bu sahəyə kredit vermirlərsə, yenidən “koma”ya düşə bilərlər.

Çünki onları bu vəziyyətə istehlak kreditləri salmışdı.

“Mən əvvəlki illərdə bunu demişəm ki, bizim portfelimizdə istehlak kreditləri üstünlük təşkil edir və bank sektorunun böhranının səbəblərindən biri də məhz o idi. İndi də mənə məlumat verilir ki, yenə də bu meyillər artır, iqtisadiyyatın real sektoruna yox, yenə də istehlaka, yəni istehlak mallarının alınmasına kreditlər verilir. Əgər bu davam edərsə, yenə də bir neçə ildən sonra xoşagəlməz problemlərlə üzləşə bilərik”,- deyə, Prezident müşavirələrin birində vurğulamışdı.

Yeri gəlmişkən, daha bir fakt ondan ibarətdir ki, ölkədə fəaliyyət göstərən 26 bankdan 21-i verdiyi kreditlərin 58 faizə qədərini təminatsız ötürüb…

Belə şəraitdə, koronavirusla bağlı dövlətin banklara kreditlərin geri ödənişi ilə bağlı güzəşt paketindən söhbət gedə bilərmi?

Lazımdırsa, bunu banklar özləri niyə etməsinlər ki?!

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Yüz iyirmi min şəxsə elektron qaydada fərdi hesab açılıb

posted in: Xəbər | 0

elektron qaydada fərdi hesabYüz iyirmi min şəxsə elektron qaydada fərdi hesab açılıb

İlk dəfə əmək müqaviləsi ilə işə qəbul olunan şəxslərə avtomatik qaydada sosial sığorta nömrəsi (SSN) açılması elektron xidməti bu ilin yanvarında fəaliyyətə başlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həmin e-xidməti vasitəsilə iyulun 1-dək 120 min şəxsə avtomatik olaraq SSN və bununla da elektron qaydada fərdi hesab açılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, ilk dəfə işə qəbul olunan hər hansı şəxslə bağlı əmək müqaviləsi bildirişi “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilərək qeydiyyatdan keçdiyi andan ona avtomatik olaraq SSN açılması təmin edilir. Daimi xarakter daşıyan SSN ilə də həmin şəxsin fərdi uçot sistemində fərdi şəxsi hesabı yaranır.

Nəticədə o, sosial sığorta sisteminin iştirakçısı kimi, fərdi hesabında gələcək sosial təminatı üçün pensiya kapitalı toplamaq imkanı qazanır.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda orta aylıq əmək haqqı 25% artıb

posted in: Xəbər | 0

Azərbaycanda orta aylıq əmək haqqı 25% artıb.

əmək haqqıBu il iyunun 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 91 min nəfər və yaxud 5,7% artaraq 1 681,7 min nəfər olub, onlardan 930 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 751,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Məlumata görə, muzdla işləyənlərin 19,8%-i təhsil, 17,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8%-i sənaye, 8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,8%-i tikinti, 6,7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 14%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Bu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 24,9% artaraq 728,9 manata çatıb. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun