Dördgünlük iş həftəsinin çatışmazlıqları açıqlanıb
Dördgünlük iş həftəsinin tətbiqi rusiyalıların gəlirlərinin azalmasına gətirib çıxara bilər. Bu haqda TASS agentliyinə RF hökuməti yanında Maliyyə universitetinin rektoru Aleksandr Safonov məlumat verib.
Mütəxəssisin fikrinə görə, hazırkı şəraitdə iş yerlərinin sayının azalması təkcə əmək haqqının aşağı düşməsinə gətirib çıxarmayacaq, bu həm də əmək məhsuldarlığının enişinə səbəb olacaq. O, həmçinin qeyd edib ki, dördgünlük iş həftəsinə keçid Rusiya iqtisadiyyatının rəqabətə davamlılığına da neqativ təsir göstərəcək.
Dövlət qulluğu və idarəetmə İnstitutunun (DQİİ) əmək və sosial siyasət kafedrasının professoru Aleksandr Şerbakov öz növbəsində, hesab edir ki, iş günlərinin sayının azaldılması halında əməyin intensivliyinin yüksəlməsi, başlıca problem kimi qarşıya çıxacaq. Belə ki, rusiyalılar gün ərzində on saata kimi işləməli olacaqlar. Onun sözlərinə görə dördgünlük iş həftəsinə keçid həm peşə, həm də ümumi xəstəliklərin artımına gəirib çıxara bilər ki, bu da öz növbəsində yeni epidomoloji xəstəliklərə yol aça bilər.
Bundan əvvəl Dövlət Dumasının əmək və sosial siyasət komitəsinin rəhbəri Yaroslav Nilov (LDPR) bəyan etmişdi ki, koronavirus pandemiyası Rusiyada dördgünlük iş həftəsinin təyin olunmasına yol aça bilər. O, epidemiyanı və məsafədən çalışmaların rusiyalıların iş qrafikinə baxılması ilə bağlı kiçik bir addım ola biləcəyini söyləmişdi.

Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev: “Agile” sadəcə yeni idarəetmə modeli deyil, bu tamamilə fərqli bir mədəniyyət və düşüncə tərzidir”
Ümumiyyətlə “Agile” idarəetmə üslubu nədir? Kapital Bank-a hansı üstünlükləri gətirəcək?
İqtisadiyyat Nazirliyinin xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə sahibkarlıq subyektlərində iyulun 20-də keçirdiyi monitorinqlərdə Səbail rayonunda “İlqar Market”də, “Qafqaz İndastri” MMC-yə məxsus “Şərab Evi”ndə, “Radima Beauty Center” xidmət obyektində, Nəsimi rayonunda Asif Cəfərova məxsus elektrik malları mağazasında, Ayaz Möhnətova məxsus geyim mağazasında, Xətai rayonunda Kamal Fətullayevə məxsus inşaat materialları mağazasında, Tünzalə Əbilovaya məxsus “Təndir Evi”ndə, Binəqədi rayonunda “24 Saat Market”də, Balış Rüstəmova məxsus mağazada, Elvin Axundova məxsus şirniyyat evində, Sabunçu rayonunda “Araz Market”də, “Bazarstore”da, Məhəmməd Hüseynova məxsus marketdə, Nərimanov rayonunda “Alfa Term elektrik avadanlığı” mağazasında, “Şah ət” dükanında, Lənkəran rayonunda “RVO Market”də, “Ruslan Market”də, “Şovu Market”də, “Stil İnşaat” və Naib Babayevə məxsus “İnşaat” ticarət obyektlərində, Füzuli rayonunda “Mandarin market”də, “Oba market”də, Tamilə Qarayevaya məxsus geyim mağazasında, Zaqatala rayonunda “ETİ Market”də və Nizami Abdurahmanova məxsus xidmət obyektində, ümumilikdə, monitorinq aparılmış 581 obyektin 95-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.
Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanuna edilən son dəyişikliklərdən sonra 2019-cu ilin əvvəlindən bütün işəgötürən və işçiləri vacib bir məsələ – istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiyadan gəlir vergisinin hesablanması çox maraqlandırırdı. Məsələ ilə bağlı Vergilər Nazirliyi tərəfindən aşağıdakı şəkildə aydınlıq gətirilib: “Bildiririk ki, fiziki şəxsin iş yerindən əldə etdiyi əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən, istifadə edilməyən əmək məzuniyyətinə görə kompensasiya onun muzdlu işlə əlaqədar alınan gəlirlərinə aid edilir. Eyni zamanda işəgötürən işçiyə əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları hər il üzrə hesablanmaqla həmin ildə (illərdə) qüvvədə olmuş vergi qanunvericiliyinə uyğun olaraq gəlir vergisinə cəlb edilir.”