» » » Fransızların həyatında nələr dəyişdi (1-ci hissə)

Fransızların həyatında nələr dəyişdi (1-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

2020-ci il yanvarın 1-dən fransızların həyatında nələr dəyişdi

1-ci hissə

Vergilərin azaldılması, 10 avro dəyərində siqaret qutusu, minimum əmək haqqının 15 avro artırılması, eynək və diş protezlərinə xərclərin azaldılması, eləcə də pambıq “qulaq təmizləyicələrinin”dəstəyinin  yalnız ağacdan və ya kartondan hazırlanması  –  2020-ci il üçün Fransanın həyatında baş verən bu və digər yeniliklər.

Birdəfəlik istifadə edilən plastik məmulatlarla bağlı qadağanın genişləndirilməsi

2020-ci il yanvarın 1-dən Fransada birdəflik istifadə edilən plastik məmulatlar – boşqablar, stəkanlar və qulaq təmizləyən çöplərdən istifadə qadağan edilib. Bu cür məmulat ehtiyatlarından yaxa qurtarmaq üçün ticarət şəbəkələrinə altı ay vaxt verilib.  Yaxın il yarımda isə birdəfəlik istifadə edilən bütün plastik qablar (borucuqlar, yeməkxana dəstləri, qarışdırmaq üçün çubuqlar) qadağan altına düşəcək. İstifadədə yalnız ağacdan və ya kartondan düzəldilən birdəfəlik istifadə məmulatları qalacaq. Xatırladaq ki, plastik torbalar Fransa mağazalarından 2017-ci ildə yoxa çıxıb.

 10 avroya bir qutu siqaret!

2020-ci ilin sonuna kimi Fransada bir qutu siqaretin qiyməti 10 avroya kimi yüksələcək. Siqaret çəkənlərin xərcləri tütünə tətbiq edilən aksiz üzündən indi ildə durmadan iki dəfə artır. Yanvarın 1-dən Fransada bəzi siqaret markalarının qiyməti yenidən bahalaşıb – ötən ilin noyabrında 50 sentlik artımdan sonra bu dəfə bir qutu siqaretin qiyməti 9,10 və ya 9,20 avroya kimi yüksəlib. Mart ayında növbəti artım müşahidə edilib, noyabr ayında isə növbəti artım gözlənilir.

Gəlir vergisinin azaldılması

Yeni ildə fransızların böyük əksəriyyəti gəlir vergisinin azalmasını gözləyir. Prezident Emmanuel Makron “sarı jiletlilər” in etirazına cavab olaraq, onu 5 milyard avroya qədər endirəcəyini vəd edib. 2020-ci il üçün büdcə haqqında qanuna mütərəqqi gəlir vergisinin şkalasında dəyişikliklər edilməsi nəzərdə tutulub. Verginin minimal stavkası 14%-dən 11%-ə endiriləcək və nəticədə 12 milyon ev təsərrüfatının (vergi ödəyicələrinin ən böyük qrupu) hər biri bu islahatdan 350 avro uduşda olacaq.

30% dərəcəsi ilə gəlir vergisi ödəyənlər də öz kateqoriyasında aşağı və yuxarı gəlir sərhədlərinin azaldılması səbəbiylə qənaət edəcəklər (27794 – 74 517 avro əvəzinə 25 659 – 73 369 avro).

Fransada gəlir vergisini illik qazancları 10 000 avrodan yüksək olanlar ödəyirlər. 16,5 milyon ev təsərrüfatı vergiyə cəlb edilmir.


Fransızların həyatında nələr dəyişdi (2-ci hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun