DVX sosial sığorta və işsizlikdən sığorta haqlarının ödəniləcəyi bank rekvizitləri barədə məlumat verib

posted in: Xəbər | 0

DVX sosial sığorta və işsizlikdən sığorta haqlarının ödəniləcəyi bank rekvizitləri barədə məlumat verib

karantin qaydalarına əməl

Sığortaedənlərin nəzərinə

Respublika üzrə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının uçotunun və yığımının mərkəzləşdirilməsi (hərbi qurumlar istisna olmaqla) məqsədilə sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları aşağıdakı bank rekvizitlərinə ödənilməlidir:

Məcburi dövlət sosial sığorta haqqı üzrə

B1.Benefisiar(alan) bank

Adı:Dövlət Xəzinədarlıq Agentliyi

Kodu:210005

VÖEN:1401555071

M/H:AZ41NABZ01360100000000003944

S.W.İ.F.T.BİK CTREAZ22

B2.Alan müştəri /Beneficiary

Adı: DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsi

H/H №: AZ89CTRE00000000000007018506

VÖEN:1300115511

Büdcə səviyyəsi kodu – 4

Təsnifat kodu: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2018-ci il tarixli, 440 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”na əsasən fəaliyyət sahənizə uyğun təsnifat kodu seçilməlidir.

Məcburi dövlət sosial sığortanın Xüsusi hesabı

(Penya,cərimə və maliyyə sanksiyaları üçün)

B1.Benefisiar(alan) bank

Adı:Dövlət Xəzinədarlıq Agentliyi

Kodu:210005

VÖEN:1401555071

M/H:AZ41NABZ01360100000000003944

S.W.İ.F.T.BİK CTREAZ22

B2.Alan müştəri /Beneficiary

Adı: DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsi

H/H №: AZ85CTRE00000000000007018578

VÖEN:1300115511

Büdcə səviyyəsi kodu – 4

Təsnifat kodu: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2018-ci il tarixli, 440 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”na əsasən fəaliyyət sahənizə uyğun təsnifat kodu seçilməlidir.

İşsizlikdən sığorta haqqı üzrə

B1. Benefisiar(alan) bank

Adı: Dövlət Xəzinədarlıq Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

M/H: AZ41NABZ01360100000000003944

S.W.İ.F.T.BİK CTREAZ22

B2.Alan müştəri /Beneficiary

Adı: DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsi

H/H №: AZ53CTRE00000000000007018572

VÖEN:1300115511

Büdcə səviyyəsi kodu – 4

Təsnifat kodu: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2018-ci il tarixli, 440 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”na əsasən fəaliyyət sahənizə uyğun təsnifat kodu seçilməlidir.

İşsizlikdən sığortanın Xüsusi hesabı

(Penya,cərimə və maliyyə sanksiyaları üçün)

B1. Benefisiar(alan) bank

Adı: Dövlət Xəzinədarlıq Agentliyi

Kodu:210005

VÖEN:1401555071

M/H: AZ41NABZ01360100000000003944

S.W.İ.F.T.BİK CTREAZ22

B2. Alan müştəri /Beneficiary

Adı: DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsi

H/H №: AZ26CTRE00000000000007018573

VÖEN: 1300115511

Büdcə səviyyəsi kodu – 4

Təsnifat kodu: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2018-ci il tarixli, 440 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”na əsasən fəaliyyət sahənizə uyğun təsnifat kodu seçilməlidir.

Yükləyin: Bank rekvizitləri (869 downloads )

Mənbə: vergiler.az

Teleqram qrupumuza üzv olun

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Əlillik” altsistemində bir sıra yeniliklər tətbiq edilib

posted in: Xəbər | 0

ƏlillikƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əlillik” altsistemində təkmilləşdirmələr aparılıb.

Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşəbbüsü ilə edilən yeniliklər nəticəsində “Əlillik” altsisteminin fuksionalllığı xeyli genişləndirilib.

Yeniliklərdən biri kimi, altsistemə Səhiyyə Nazirliyinin hemodializ, vərəm, onkoloji, peşə xəstəliyi və gözdən əlilliyi olan şəxslərlə bağlı elektron reyestri daxil edilib. Həmçinin əlilliyin qiymətləndirilməsi ilə bağlı müraciət edilən şəxsin əmək müqaviləsi barədə məlumatlar altsistemdə təkmilləşdirilib.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi, şəxsin istifadə etdiyi reabilitasiya vasitələri, müraciət edən şəxsin bundan əvvəl əsassız əlillik təyinatının olub-olmaması, müvafiq qurumların elektron informasiya ehtiyatları ilə mübadilə şəraitində şəxslərin sürücülük vəsiqələri barədə məlumatlar da altsistemə daxil edilib. 18 yaşına qədər uşaqların sağlamlıq imkanları məhdudluğunun ilkin və təkrar təyinatları zamanı onların hansı formada təhsil almaları barədə məlumatlar da altsistemdə əhatə olunacaq.

Bütün bunlar qeyd edilən məlumatlar əsasında əlilliyin qiymətləndirilməsinin daha təkmil və obyektiv, həmçinin çevik aparılmasına imkan verəcək.

Əlilliyin qiymətləndirilməsi məqsədi ilə indiyədək vətəndaşlarla bağlı edilən müraciətlərin sayı və imtina səbəbləri də xüsusi bölmədə əksini tapacaq.

Artıq iyulun 15-dən əlilliyin qiymətləndirilməsi prosesi təkmilləşdirilmiş “Əlillik” altsistemi üzərindən həyata keçiriləcək.

Mənbə: report.az

Teleqram qrupumuza üzv olun

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pullar – mahiyyəti, funksiyaları və növləri (1-ci hissə)

posted in: Xəbər | 0

PullarPullar – mahiyyəti, funksiyaları və növləri 

1-ci hissə

Pul – universal ekvivalent olaraq xidmət edən xüsusi bir əmtəədir.

Pul dövriyyəsinin ortaya çıxması.

Mal artıqlığı yarandığı zaman əmtəə dövriyyəsinin inkişafı prosesində kortəbii şəkildə yaranmışdır. Əvvəlcə istehsal olunan malların həcmi nisbətən kiçik idi və tayfalar arasında mal mübadiləsi təsadüfi xarakter daşıyırdı (istehsal olunan bütün mallar istehlak olunurdu) və təbii formada həyata keçirilirdi. Tədricən istehsal həcmi artırdı və artıq məhsullar ortaya çıxmağa başladı. Mübadilə daimi və kütləvi xarakter almağa başladı. Xüsusi dövriyyə vasitəsinə ehtiyac yaranmışdı ki, onun köməyi ilə bir məhsulu tez və minimal xərclərlə başqa əmtəəyə dəyişmək mümkün idi. Pul belə bir dövriyyə vasitəsinə çevrildi (Pulların ilk funksiyası – pul dövriyyə vasitəsi kimi).

Pulun əsas xüsusiyyəti mütləq likvidlikdir.

Likvidlik – bu, istənilən hər hansı bir aktivin nağd pula nə qədər tez dəyişdirilə biləcəyi ölçüsüdür.

Pul sistemi pul olmadan mövcud ola bilməz. O, bu və ya digər cəmiyyətdə qurulan bütün pul münasibətlərini əhatə edir.

Pul münasibətləri sistemində üç alt sistem fərqlənir:

  • funksional;
  • iqtisadi;
  • pul axını formasında.

Funksional alt sistem

Pul – bu, indiki zamanda cəmiyyətin təsərrüfat həyatında iştirak edən əmtəə resurslarının dəyərlərini ifadə edən vasitə, əmtəə münasibətlərinin bu səviyyəsinə uyğun olan formalarda dəyərlərin universal təcəssümüdür. Bu anlayış dünya elmində qəbul edilmiş pula yanaşmaya daha çox uyğun olan dəyər anlayışı üzərində qurulubdur.

Başqa bir tərifdə, pul iki xüsusiyyətə malik olan tamamilə likvid mübadilə vasitəsidir:

  • istənilən digər məhsula mübadilə edilir;
  • istənilən digər malın qiymətini ölçür (bu funksiya qiymətdə və həmin qiymətin miqyasında ifadə olunur);

Pulların mahiyyəti beş funksiyada açıqlanır:

  • Qiymət tədbirləri
  • Dövriyyə vasitələri
  • Ödəniş vasitəsi
  • Əmanət və yığım vasitəsi
  • Dünya pulu

Pullar – mahiyyəti, funksiyaları və növləri (2-ci hissə)

Teleqram qrupumuza üzv olun

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Medvedyev: Rusiyada çox tezliklə dördgünlük iş həftəsinə keçiləcək

posted in: Xəbər | 0

Rusiya dördgünlük iş həftəsinə keçidMedvedyev: Rusiyada çox tezliklə dördgünlük iş həftəsinə keçiləcək

Rusiyanın sabiq baş naziri, təhlükəsizlik Şurası sədrinin müavini Dimitri Medvedyev söyləyib ki, yaxın vaxtlarda Rusiyada çevik iş həftəsinə keçid baş verə bilər. Məsələn, dördgünlük iş həftəsinə keçid mümkündür.

Dimitri Medvedev yeni normalar və çevik iş saatları ilə bağlı əmək qanunvericiliyinə düzəlişlərin təşəbbüskarıdır. Xüsusən, o, hələ keçən ilin sentyabrında dörd günlük iş həftəsinin həll olunmasını təklif etmişdi.

Bu təklif böyük diskussiyaya səbəb olmuşdu – təşəbbüsün həm tərəfdarları, həm də əleyhdarları tapılmışdı. Bu məsələ ilə bağlı müzakirə və mübahisələrə Əmək nazirliyi nöqtə qoydu, belə ki, məsələnin müzakirəsi zamanı iş həftəsinin müddətinin məcburi azaldılmasının özündə həm risklər daşıdığını, eyni zamanda müəyyən müsbət tərəflərinin olduğunu aydınlaşdırdı.

2020-ci ildə Dimitriy Medvedyev dördgünlük iş həftəsinə keçidlə bağlı məsələni artıq təhlükəsizlik Şurası sədrinin müavini kimi şərh etmişdi. O qeyd etmişdi ki, əmək kodeksində məsafədən çalışma (distant işləmək) ilə bağlı məsələləri tənzimləmək lazımdır.

Təhlükəsizlik Şurasının sədr müavini hesab edir ki, dördgünlük iş həftəsi məsafədən çalışma ilə sıx bağlıdır.

Dimitriy Medvedyevin şərhi (Komsomolskaya Pravda)

Belə çıxır ki,  “məsafədən”  çalışan şəxsin əməyindən işəgötürən tərəfindən, demək olar ki, gecə-gündüz istifadə edilə bilər. İnsanın istirahət etməsi və zamanın müəyyən hissəsisini ailəsinə həsr etmək, ailə  ilə bağlı işləri də yerinə yetirməsindən ötrü vaxtı olmalı, eləcə də artıq işlədiyi saatlar üçün ona ödəniş edilməlidir… Əgər insan məsafədən işləməklə bağlı əmək münasibətindədisə, belədə iş həftəsi  də qısa ola bilər. Çevik iş həftəsi qrafikinə, dördgünlük iş həftəsinə  və ya digər bir qısadılmış iş rejiminə keçid çox güman ki, elə də uzaqda deyil. Lakin, buna hazırlaşmaq lazımdır və düzgün əmək qanunvericiliyi yaratmaq lazımdır.

Müstəqil həmkarlar ittifaqları Federasiyasının sədr müavini Aleksandr Şerşukov da iş formatlarının və qrafiklərinin dəyişdirilməsi ilə bağlı öz şərhini verib. O qeyd edib ki, əmək qanunvericiliyi dəyişikliklərə ehtiyac duyur və 4 günlük iş həftəsinə keçmək imkanını təklif edib.

Aleksandr Şerşukovun şərhi (TASS agentliyi)

Məsafədən çalışmanın, distant işləmək prinsipinin inkişafı göstərdi ki, səkkiz saat ərzində ofisdən çalışmaq,  heç də dəyişdirilməsi mümkün olmayan əmr və ya göstəriş deyil, əksinə çox çevik, dəyişdirilməsi mümkün olan bir şeydir. Qəfildən aşkara çıxdı ki, evdən çalışmaq mümkündür. Əvvəllər isə heç kim belə bir işgüzarlıq formasını özləri üçün təsəvvür belə edə bilmirdilər.  Bir müddət sonra dördgünlük iş həftəsinə keçid imkanlarının da mümkün ola biləcəyi artıq heç kimdə şübhə doğurmur.

Məsələ onun olub-olmayacağı ilə əlaqəli deyil, çünki bu, çox güman ki, o baş verəcək, əsas məsələ ondan ibarətdir ki, bu keçid çərçivəsində əmək haqlarının aşağı düşməsi baş verməsin. Bizim üçün başlıca məsələ, bax, budur.