Prezident Dövlət Statistika Komitəsinə yeni səlahiyyət verdi

posted in: Xəbər | 0

Prezident Dövlət Statistika Komitəsinə yeni səlahiyyət verdi

Əmək MəcəlləsiPrezident İlham Əliyev “Hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.

Fərmanda bildirilir ki, Azərbaycan Respublikası Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün tətbiqində pilot ölkə olmuş, hasilat sənayesində şəffaflıq (bundan sonra – HSŞ) və hesabatlılıq üzrə beynəlxalq səyləri dəstəkləmişdir. Beynəlxalq səviyyədə HSŞ üzrə hesabatlılığın təmin edilməsi məqsədilə Azərbaycan Respublikasında lazımi tədbirlər həyata keçirilmiş və mütəmadi hesabatlar dərc edilmişdir.

Son illərdə hesabatlılığı təşviq edən beynəlxalq prinsip və standartlarda hesabatvermə mexanizmlərinin səmərəliliyinin artırılması və daha çevik işləməsi məqsədilə mühüm dəyişikliklər edilmişdir. Bu dəyişikliklərdən biri də dövlət idarəçiliyində müasir texnologiyalardan istifadə etməklə aparılan işin səmərəliliyini artırmaq, məlumatlardan istifadə imkanlarını sadələşdirmək, məlumatları sərbəst əldə etmək üçün şəffaflıq və hesabatlılığın müntəzəmliyini təmin etmək məqsədilə hesabatlılığın aidiyyəti dövlət qurumlarının fəaliyyətinin ayrılmaz tərkib hissəsinə çevrilməsi yolu ilə tədricən onların açıqlama və hesabatvermə sistemlərinə inteqrasiya olunmasıdır.

HSŞ sahəsində beynəlxalq standartların ardıcıl tərəfdarı olaraq Azərbaycan Respublikası bu dəyişikliklərin ölkəmizdə tətbiqini təmin etməyi və onların müsbət nəticələrindən yararlanmağı zəruri hesab edir.

Fərmanla HSŞ üzrə hesabatlılığın təmin edilməsi Dövlət Statistika Komitəsinə həvalə edilib.

Dövlət Statistika Komitəsinə tapşırılıb ki, HSŞ üzrə hesabatlılıq sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirsin, Azərbaycan Respublikasında HSŞ üzrə hesabatların davamlı toplanılmasını və toplanmış hesabatlar əsasında ümumiləşdirilmiş rəsmi statistika məlumatlarının ictimaiyyətə açıqlanmasını təmin etsin.

Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarına tapşırılıb, həmçinin Azərbaycan Respublikasında hasilat sənayesi sahəsində fəaliyyət göstərən xarici şirkətlərə tövsiyə edilib ki, HSŞ üzrə hesabatlılığın təmin edilməsi ilə əlaqədar zəruri məlumatları Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi formada və müddətdə təqdim etsinlər.

“Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4, maddə 529; 2019, № 5, maddə 829) ləğv edilib.

Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünyada ofislərin lazımsız olduğu etiraf edildi

posted in: Xəbər | 0

ofisDünyada ofislərin lazımsız olduğu etiraf edildi

Dünyadakı şirkətlər koronavirus pandemiyası kontekstində fəaliyyətlərindən nəticə çıxarmaqla necə fəaliyyət göstərdiklərini yenidən nəzərdən keçirirlər. Bu barədə “Naviqator: Karantindən sonra biznes”in tədqiqatlarında söz açılır.

Sorğu iştirakçılarının demək olar ki, yarısı (47 faiz) virusun qlobal yayılması ilə əlaqədar çətinliklərə daha yaxşı hazırlaşa biləcəklərini etiraf edib. Pandemiya bir çox insanı ofislərin lazımsız olduğunu başa düşməyə məcbur edib: Respondentlərin 29 faizi onların təşkilatları tərəfindən icarəyə götürülmüş binaların bir hissəsinin gələcəkdə  lazımsız olduğunu düşünür və həmin ofisləri boşaltmağı planlaşdırır.

İş qrafikinə gəldikdə isə, işəgötürənlərin əksəriyyəti (69 faizi) ümid edirlər ki, tezliklə çevik cədvəl normaya çevriləcək, üçdə iki hissəsi (61 faizi) hesab edir ki, növbəti iki il ərzində onlayn rejimdə çalışmaq adi praktikaya çevriləcək. Həmçinin sorğu iştirakçılarının üçdə birindən bir qədər çoxu (34 faiz) uzaq ezamiyyətlərin sayının azaldılması barədə düşünürlər. Sorğu dünyanın 14 ölkəsindən olan 2600-dən çox şirkət nümayəndəsi arasında keçirilmişdir.

Bundan əvvəl Rusiyanın sosial analiz və proqnozlaşdırm İnstitutunun mütəxəssisləri belə bir qənaətə gəlmişdilər ki, hər on rusiyalıdan biri işini evindən davam etdirməyi arzulayır. Bununla yanaşı, məlum olub ki, maaş nə qədər yüksək olarsa, rəhbərlikdən təsdiq almaq şansı da bir o qədər çoxdur.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Avropa dolların dünya hökmranlığı üçün təhlükə yaradıb

posted in: Xəbər | 0

Avropa dolların dünya hökmranlığı üçün təhlükə yaradıb

dollarDünyanın əsas ehtiyat valyutası kimi dolların hökmranlığı Avropa ittifaqı (AI) liderlərinin Avropa iqtisadiyyatının xilası ilə bağlı razılığa gəlməsindən sonra təhlükə altına düşə bilər. Bloomberg yazır ki, “Credit Agricole” və “Mizuho International Plc.” analitikləri bu cür nəticələrə dair qərar veriblər.

Dünya valyuta ehtiyatlarının 60 faizindən çoxu dolların payına (valyuta ehtiyatlarında avronun payı isə 20 faiz təşkil edir) düşür. O, beynəlxalq tranzaksiyalarda digər valyutalardan daha çox istifadə olunur.

Lakin, Aİ tərəfindən təsdiqlənmiş stimullar paketi vahid Avropa valyutasının cəlbediciliyini artırır. Ekspertlər hesab edirlər ki, qlobal iqtisadiyyat pandemiyadan bərpa olunmağa başlayınca, avro getdikcə daha da möhkəmlənəcək. Bundan başqa, Avropa İttifaqının birgə borc öhdəlikləri ABŞ-ın xəzinədarlıq istiqrazlarına alternativ ola bilər. Analitiklər hesab edirlər ki, əgər bu, baş verərsə, dolların ehtiyatlardakı payı 1990-cı illərdəki minimuma qayıda bilər.

A.G. Bisset Associate şirkətinin baş direktoru Ulf  Lindal proqnozlaşdırır ki, bu göstərici üzrə avro növbəti 16 ay ərzində dollara nisbətdə 30 faizdən çox qalxa bilər. Ancaq belə bir perspektiv üçün başlıca maneə, bütün valyuta əməliyyatlarının 85 faizinin dolların iştirakı ilə baş verməsidir.

Bundan əvvəl beynəlxalq valyuta fondunun (BVF) ekspertləri bildirmişdilər ki, dünya ticarətində və maliyyəsində dolların hökmranlığı təhlükə törədir. Və bu koronavirus pandemiyasının iqtisadi nəticələrini daha da ağırlaşdıra bilər.

İyulun 21 – də Aİ liderləri bir neçə gün davam edən danışıqlardan sonra Avropa iqtisadiyyatının 750 milyard avro məbləğində xilas olunması planını razılaşdıra biliblər.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

BirBank-ın “Ürəklər”inə qoşulmaq daha rahat oldu

posted in: Bank, Xəbər | 0

Kapital Bank BirbankBirBank-ın “Ürəklər” loyallıq proqramına qoşulmaq indi daha asan və rahat oldu. Proqrama qoşulmaq istəyənlər partnyorlar hesab açmadan, POS terminal quraşdırmadan BirBank mobil tətbiqinin hədiyyələr bölməsində öz təkliflərini verə bilərlər. Bunun üçün banka yaxınlaşmadan www.kapitalbank.az/birbank/hearts linkinə keçid edərək, əməkdaşlıqla bağlı sorğunu göndərmək lazımdır.

Bununla da partnyorlar təklif edəcəyi xidmət və ya məhsulla geniş auditoriyanın diqqətini cəlb edərək, xidmətlərin və məhsulların tanınmasına, brendin möhkəmlənməsinə, müştəri vizitlərinin sayını artmasına nail olacaqlar.

Məlumat verdiyimiz kimi, BirBank tətbiqinin istifadəçiləri POS terminal, İnternet və BirBank vasitəsilə ödənişlər edərək, “ürəklər” qismində olan bonuslar qazana bilərlər. Sonra həmin bonusları toplayıb, müxtəlif hədiyyələrə dəyişmək mümkündür.

Qeyd edək ki, BirBank vasitəsilə Kapital Bank-a aid olan kartlarla yanaşı, digər istənilən bankların kartları ilə də ödənişlər edib, bu proqrama qoşularaq hədiyyələr qazanmaq mümkündür. Bonusların hesablanması qaydası ilə saytdan tanış ola bilərsiniz – www.kapitalbank.az/tariffs.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 1 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, yerinde digital kartın aktivləşdirilməsi, NFC odənişlər, bonuslarin toplanılması və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun