» » » Avropa dolların dünya hökmranlığı üçün təhlükə yaradıb

Avropa dolların dünya hökmranlığı üçün təhlükə yaradıb

posted in: Xəbər | 0
birbank biznes

Avropa dolların dünya hökmranlığı üçün təhlükə yaradıb

dollarDünyanın əsas ehtiyat valyutası kimi dolların hökmranlığı Avropa ittifaqı (AI) liderlərinin Avropa iqtisadiyyatının xilası ilə bağlı razılığa gəlməsindən sonra təhlükə altına düşə bilər. Bloomberg yazır ki, “Credit Agricole” və “Mizuho International Plc.” analitikləri bu cür nəticələrə dair qərar veriblər.

Dünya valyuta ehtiyatlarının 60 faizindən çoxu dolların payına (valyuta ehtiyatlarında avronun payı isə 20 faiz təşkil edir) düşür. O, beynəlxalq tranzaksiyalarda digər valyutalardan daha çox istifadə olunur.

Lakin, Aİ tərəfindən təsdiqlənmiş stimullar paketi vahid Avropa valyutasının cəlbediciliyini artırır. Ekspertlər hesab edirlər ki, qlobal iqtisadiyyat pandemiyadan bərpa olunmağa başlayınca, avro getdikcə daha da möhkəmlənəcək. Bundan başqa, Avropa İttifaqının birgə borc öhdəlikləri ABŞ-ın xəzinədarlıq istiqrazlarına alternativ ola bilər. Analitiklər hesab edirlər ki, əgər bu, baş verərsə, dolların ehtiyatlardakı payı 1990-cı illərdəki minimuma qayıda bilər.

A.G. Bisset Associate şirkətinin baş direktoru Ulf  Lindal proqnozlaşdırır ki, bu göstərici üzrə avro növbəti 16 ay ərzində dollara nisbətdə 30 faizdən çox qalxa bilər. Ancaq belə bir perspektiv üçün başlıca maneə, bütün valyuta əməliyyatlarının 85 faizinin dolların iştirakı ilə baş verməsidir.

Bundan əvvəl beynəlxalq valyuta fondunun (BVF) ekspertləri bildirmişdilər ki, dünya ticarətində və maliyyəsində dolların hökmranlığı təhlükə törədir. Və bu koronavirus pandemiyasının iqtisadi nəticələrini daha da ağırlaşdıra bilər.

İyulun 21 – də Aİ liderləri bir neçə gün davam edən danışıqlardan sonra Avropa iqtisadiyyatının 750 milyard avro məbləğində xilas olunması planını razılaşdıra biliblər.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun