Bu hesabatları son tarixə təqdim edə bilməyən vergi ödəyicilərinə qarşı maliyyə sanksiyaları tətbiq edilməyəcəkdir
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatı
Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” Qanununa edilmiş dəyişikliklərlə bağlı hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron vergi idarəsində hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi”ndə müvafiq düzəlişlər aparılır.
Dövlət Vergi Xidməti bu prosesi qısa bir zaman çərçivəsində həll edəcəyini bildirir və vergi ödəyicilərinin nəzərinə çatdırır ki, hesabatları son tarixə təqdim edə bilməyən vergi ödəyicilərinə qarşı maliyyə sanksiyaları tətbiq edilməyəcəkdir.
Mənbə: vergiler.az


Kapital Bank-ın təsisçi olduğu “BirKart BOKT” MMC-nin növbəti Elmlər Akademiyası filialı olan “BirKart Mərkəzi” fəaliyyətə başladı. Filial Bakının Yasamal rayonunda, 556/57-ci məhəllə, H.Cavid pr. A-da (Elmlər Akademiyası metro stansiyasının çıxışında) yerləşir. Filial hər gün saat 10:00-dan 18:00-dək müştərilərə xidmət göstərir. Mərkəzdə 24 saat fəaliyyət göstərən ATM və Cash-in ödəniş terminalı da müştərilərin xidmətindədir.
İyulun 1-nə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 983,8 mini ötüb.