BirBank mobil tətbiqi vasitəsilə www.edvgerial.az portalındakı şəxsi kabinetinizi idarə edin!

posted in: Bank, Xəbər | 0

Xəbər verdiyimiz kimi, Kapital Bank-ın maliyyə partnyorluğu ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, bir neçə ay əvvəl www.edvgerial.az portalını istehlakçıların ixtiyarına verdi. Alış-veriş zamanı təqdim edilən çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə isə 10%-i alıcının elektron kabinetindəki virtual “pul qabı”na yerləşdirilir. Dövlət Vergi Xidmətindən verilən məlumata görə 10 iyul 2020-ci il tarixinədək təqribən 365 min nəfər portaldan qeydiyyatda keçib, 5 milyon manata yaxın vəsait çeklər əsasında müştərilərə geri qaytarılıb.

Layihə çərçivəsində BirBank mobil tətbiqi istifadəçiləri üçün daha bir mühüm yenilik təqdim edilib. Belə ki, BirBank mobil tətbiqinin “Bonuslar” hissəsində “ƏDV geri al” bölməsi yaradılıb. Artıq müştərilər portalda olan şəxsi kabinetlərini BirBank vasitəsilə idarə edə biləcəklər. Həmçinin virtual “pul qabı”na yerləşdirilən vəsaitləri ölkədaxili bank kartlarına köçürmək və nağdsız ödənişlər zamanı istifadə etmək mümkündür.

Qeyd edək ki, istehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində portal vasitəsilə müraciət etməli və çek barədə məlumatları – çekinin 12 simvollu fiskal İD-sini elektron kabinetə daxil olmaqla əlavə etməlidir. Eyni zamanda istehlakçı BirBank mobil tətbiqinin QR Pay xidmətindən istifadə edərək, çekin üzərində olan QR kodu skan edib, onu daha tez və rahat şəkildə portala əlavə edə bilər. Bu xidmətindən yararlanmaq üçün həm portal, həm də BirBank eyni mobil nömrə ilə qeydiyyatdan keçirilməlidir.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 1 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, yerinde digital kartın aktivləşdirilməsi, NFC odənişlər, bonuslarin toplanılması və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pullar – mahiyyəti, funksiyaları və növləri (3-cü hissə)

posted in: Xəbər | 0

PullarPullar – mahiyyəti, funksiyaları və növləri

3-cü hissə

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz

Pul – universal ekvivalent olaraq xidmət edən xüsusi bir əmtəədir.

Pul dövriyyəsinin ortaya çıxması.

İqtisadi alt sistem

Maliyyə sistemi:

  • ölkədə pulların bölüşdürülməsi;
  • ölkə büdcəsinin formalaşdırılması.

Kredit alt sistemi:

  • daxili və xarici borcları tənzimləyir;
  • ssuda kapitalını formalaşdırır;
  • qiymətli kağızlar dövriyyəsi ilə bağlıdır;
  • beynəlxalq kredit-valyuta münasibətləri ilə əlaqəlidir.

Hazırda büdcə defisitinin bağlanılması üçün pul çapından istifadə olunmur. Lakin, büdcə defisiti yarandıqda, hökumət onun aradan qaldırılmasından ötrü mənbələr axtarıb tapmalıdır.

Bazar mexanizmlərindən istifadə, defisitin qapadılması üçün mənbələri təmin edir və bunları nəzərdə tutur:

  • dövlət borc istiqrazlarını buraxır, yəni, iqtisadiyyat subyektlərindən alınmış dövlət krediti azalır;
  • qiymətli kağızların satışından əldə edilən pulları dövlət büdcə defisitinin maliyyələşdirilməsinə yönəldir, pullar yenidən iqtisadiyyata qayıdır.

Dövlət qiymətli kağızlarının buraxılması nəticəsində iqtisadiyyatın subyektləri arasında pulun yenidən bölüşdürülməsi baş verir:

  • sərbəst pul vəsaitlərinə malik şəxslər, həmin vəsaitlərə istiqrazları alır, yəni, öz pullarını dövlətə kredit kimi verir;
  • büdcə təşkilatları bu pulların hesabına öz xərclərinin maliyyələşdirilməsini əldə edirlər.

Büdcə defisitini qapatmaqla, nəsə dəyişmir, inflyasiya güclənmir, amma, dövlət borcu yüksəlir.

Dövlət borcunun ödənilməsinə yönələn vəsaitlər büdcədə “Xərclər” maddəsində nəzərdə tutulur.


Pullar – mahiyyəti, funksiyaları və növləri (4-cü hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Startap”lar üçün vergi güzəştləri barədə

posted in: sual-cavab, Xəbər | 0

“Startap”lar üçün vergi güzəştləri barədə

Startap vergi güzəştləriSual: Fərdi sahibkar kimi “Startap” şəhadətnaməsi alan şəxs üçün hər hansı vergi güzəşti nəzərdə tutulurmu?

Cavab: Mikro və ya kiçik sahibkarlıq subyekti olan, yaxud fərdi sahibkar kimi fəaliyyət göstərən startapların innovasiya fəaliyyətindən əldə etdikləri gəlir “Startap” şəhadətnaməsi alındığı tarixdən 3 il müddətinə gəlir və mənfəət vergisindən azaddır.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməsi hallarının qarşısı alınacaq

posted in: Vergi, Xəbər | 0

Elektron qaimə-fakturaAzərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, iqtisadi münasibətlərdə şəffaflığın təmin edilməsi, qanunsuz sahibkarlıqla mübarizənin gücləndirilməsi istiqamətində tədbirləri davam etdirir. Bu sahədə aparılan işlərin mühüm bir istiqaməti də iqtisadi dövriyyələrin şəffaflaşdırılması, elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatlar üzərində nəzarətin təmin edilməsidir. Bu sahədə əldə olunan əhəmiyyətli irəliləyişlərə baxmayaraq, bəzi hallarda vergi ödəyiciləri tərəfindən əməliyyatlarının mahiyyətinin dəyişdirilməsi yolu ilə vergidən yayınma hallarına yol verilməsinə cəhdlər müəyyən edilir.

Belə ki, son zamanlar Dövlət Vergi Xidməti tərəfindən aparılmış təhlillər nəticəsində yeni nəsil nəzarət-kassa aparatı quraşdırılmış ticarət obyektlərində ticarət fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən nəzarət-kassa aparatına bir çek üzrə istehlakçının istehlak edə biləcəyi məbləğdən yuxarı həddə pul vəsaitlərinin mədaxil olunması halları aşkar edilib.

Vergi xidmətinin tətbiq etdiyi risk qiymətləndirməsinə əsasən, sözügedən hallar faktiki olaraq topdansatış qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirililməsi yolu ilə əqdin faktiki mahiyyətinin dəyişdirilməsi kimi qiymətləndirilir.

Beləliklə, iri həcmli malın fiziki şəxslərə nəzarət-kassa aparatının çeki ilə rəsmiləşdirilməklə satılması digər sahibkarlıq subyektlərinə və ya ayrı-ayrı şəxslərə elektron qaimə-faktura tərtib edilmədən malların satışı əməliyyatının pərdələnməsidir. Faktiki olaraq topdan qaydada satılan mallar bu yolla qeyri-leqal dövriyyəyə daxil olur və “kölgə iqtisadiyyatı”nın genişlənməsinə xidmət edir. Nəticədə vergi orqanı tərəfindən bu malların hərəkətinin izlənməsi və sonrakı satış dövriyyəsindən vergilərin hesablanması mümkün olmur və dövlət büdcəsi əsaslı itkilərə məruz qalır.

Bu kimi halların aşkar olunması məqsədilə dövlət vergi orqanları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı qanunun tələblərini pozan vergi ödəyiciləri müəyyən edilib və onlar barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Xatırladaq ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən, elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim olunmasına görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

İqtisadiyyat Nazirliyi sahibkarları lüzumsuz maliyyə sanksiyalarına məruz qalmamaq üçün malların topdansatışı zamanı qanunvericiliyin tələblərinə əməl olunmaqla elektron qaimə-faktura tərtib etməyə dəvət edir və bildirir ki, vergidən yayınma hallarına yol verən vergi ödəyicilərinə qarşı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun