Məsafədən işləyən işçiyə ödənilən əmək haqqı

posted in: Xəbər | 0

Məsafədən işləyən işçiyə ödənilən əmək haqqı

əmək haqqıÖzəl sektorda fəaliyyət göstərən işəgötürən karantin dövründə məsafədən işləyən işçisinin əmək haqqını azalda bilərmi?

İqtisadçı ekspert Anar Bayramov bu suala cavab olaraq bildirib ki, “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli, 122 nömrəli qərarına əsasən karantin dövründə dövlət orqanlarında və qurumlarında işə cəlb edilməyən işçilərin əməkhaqqı saxlanılır, fəaliyyətinə icazə verilən sahələrdən başqa, digər sahələrdə işə cəlb edilməyən işçilərin əmək haqlarının saxlanılması işəgötürənlərə ciddi tövsiyə edilir.

Misal 1. Tutaq ki, Maliyyə sektorunda fəaliyyət göstərən işəgötürən işçinin məsafədən işləməsini təmin etsə də, ona bildirir ki, evdən işlədiyi üçün əmək haqqını tam yox, 80 faiz həcmində ödəyəcək.

Bu halda əməkhaqqının qeyd olunan səbəbdən azaldılması qaydalara uyğun deyil və işçilərin əmək şəraitinin şərtlərinin pozulması kimi qiymətləndirilməlidir.

Misal 2. Tutaq ki, sığorta sektorunda fəaliyyət göstərən işəgötürən evdən işləyən işçilərin əməkhaqqının 20 faiz azaldılmasına və əmək şəraitinin dəyişməsi ilə əlaqədar işçilərə xəbərdarlıq olunmasına qərar verib.

Əmək Məcəlləsinin 56-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, əmək şəraitinin şərtləri dəyişdirilməmişdən azı bir ay əvvəl işçi yazılı məlumatla və ya əmrlə (sərəncamla) xəbərdar edilməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilməlidir.

Göründüyü kimi, işçi evdən işləyən zaman əməkhaqqının azaldılmasına razılıq verməklə işinə davam edə və ya əmək şəraitinin dəyişməsi nəticəsində əmək müqaviləsinə xitam verilməsi səbəbindən işdənçıxma müavinəti əldə edə bilər.

Eyni hal pandemiya ilə əlaqədar işçilərin əməkhaqqının azadılmasına da tətbiq oluna bilər.

İşəgötürən işçilərini pandemiyanın təsirindən qorumaq üçün növbəli iş rejiminə və ya natamam iş vaxtına keçməyə qərar verdiyi halda işçiləri öncədən məlumatlandırmaqla onların razılığını almalıdır.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda bu il muzdlu işçilərə 95 milyon manat kompensasiya ödənilib

posted in: Xəbər | 0

kompensasiyaPandemiya və neftin qiymətinin aşağı düşməsinin ölkə iqtisadiyyatına mənfi təsirlərinin minimallaşdırılması məqsədilə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində bu ilin 1 iyul tarixinə muzdlu işçilərin əməkhaqlarının kompensasiyası çərçivəsində 24 300 vergiödəyicisi üzrə 210 min muzdlu işçiyə 95 mln. manat kompensasiya ödənilib.

Bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxış edərkən deyib.

Onun sözlərinə görə, bundan başqa, fərdi, o cümlədən mikrosahibkarlara maliyyə dəstəyi paketi çərçivəsində 105,6 min vergiödəyicisinə 63 mln. vəsait verilib.

“Tədbirlər Planının mühüm istiqamətlərindən biri də pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək 500 mln. manat yeni bank kreditləri üzrə dövlət zəmanətlərinin verilməsi, yeni və 1 mlrd. həcmində mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasıdır. Hazırda hər iki mexanizm İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan və ölkədə ilk dəfə tətbiq olunan rəqəmsal kredit platforması vasitəsilə həyata keçirilir. Sahibkarlar tərəfindən kredit təşkilatlarına 318 mln. manat kredit əldə olunması üçün artıq 820 müraciət olunub”, – deyə M. Cabbarov qeyd edib.

Nazir əlavə edib ki, 3 mln. manat məbləğində kreditlərin rəsmiləşdirilməsi prosesinə başlanıb. Yəni banklar tərəfindən də müvafiq qaydalara uyğun olaraq razılıq verilib. Avqust ayının 1-dək isə platformada sahibkarlara eyni vaxtda 3 bank seçmək imkanı yaradılacaq.

Mənbə: apa.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Özəl sektorda əmək müqaviləsi ilə işləyənlərin sayı 751 minə çatıb

posted in: Xəbər | 0

əmək müqaviləsiSosial rifah və məşğulluğa dəstək Tədbirlər Planının ikinci əsas istiqaməti məşğulluq tədbirləri idi və bu çərçivədə işimiz iki istiqamətdə qurulmuşdu. Birinci istiqamət bu gün əmək müqaviləsi ilə işləyənlərin iş yerlərinin qorunması və işsizliyin artmasına imkan verilməməsi ilə bağlı işlərdir. Bu sahədə aparılan həm dəstək tədbirləri, həm də inzibati tədbirlər nəticəsində çox müsbət dinamika əldə edildi. Qeyd edim ki, dövlət sektoru üzrə 900 min iş yeri qorundu, onların hər birinin əməkhaqqısı ödənildi. Eyni zamanda, özəl sektorda 110 min əmək müqaviləsi, 17 faizlik bir artım meydana çıxdı.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev iyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Nazir, həmçinin deyib: “Bu gün əmək müqaviləsi ilə özəl sektorda işləyən insanların sayı 751 minə çatıb. Əlbəttə ki, burada da qeyri-formal məşğulluqla mübarizə ilə bağlı Sizin verdiyiniz tapşırıqların icrası nəticəsində əldə edilən bu göstəricini vurğulamaq lazımdır. Eyni zamanda, özəl sektorumuzun Sizin çağırışlarınıza səs verməsi və mövcud iş yerlərinin formallaşdırılması, leqallaşdırılması sahəsində də aparılan tədbirlər qeyd olunmalıdır. Bu əmək müqavilələrinin sayının artımı nəticəsində əməkhaqqı fondunda da 8 faizlik artım yaradıldı. Özəl sektorda artım 14 faizdən yuxarıdır”.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sərt karantin rejimi daha iki həftə uzadılacaq

posted in: Xəbər | 0

Operativ Qərargah: Sərt karantin rejimi daha iki həftə uzadılacaq

KarantinAzərbaycanın bir sıra şəhər və rayonlarında tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimi yenidən iki həftə uzadılması nəzərdə tutulub.

Bu barədə Prezidentin köməkçisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov Azərbaycan Televiziyasının efirində çıxışı zamanı bildirib.

“Təəssüf hissi ilə deməliyəm ki, Operativ Qərargahda bir çox müzakirələrdən sonra karantin rejiminin uzadılması haqqında və onun uzadılmasının qaçılmaz olduğu haqqında müəyyən qərarlar qəbul edilib. Karantin rejiminin əlavə 2 həftə – 15 gün uzadılması nəzərdə tutulub. Buna məcburuq”, – deyə Ş.Mövsümov bildirib.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun