» » » ABŞ Avropa neft bazarında Rusiyanı sıxışdırıb

ABŞ Avropa neft bazarında Rusiyanı sıxışdırıb

posted in: Xəbər | 0
birbank biznes

ABŞ Avropa neft bazarında Rusiyanı sıxışdırıb

ABŞOPEK+ sövdələşməsindən istifadə edən ABŞ Rusiyanı Avropa neft bazarında sıxışdıra bilib. Bu haqda Reuters agentliyi, Refinitiv Eikon və Avropa treyderlərinin məlumatlarına istinadən yazıb.

Sözügedən müqavilədə iştirak edən ölkələr, o cümlədən Rusiya hasilatın azaldılması ilə bağlı sövdələşmələrə görə ixracını azaldıb ki, bu da onların neftini bahalaşdırıb. Lakin bu, sazişin iştirakçısı olmayan Birləşmiş Ştatlar üçün imkanlar açmışdı. İyul ayında ABŞ neftinin Avropaya nəqli may ayında sazişin qüvvəyə minməsindən bəri ilk dəfə artıb. İyul ayında tədarük 2020-ci ilin iyun ayı ilə müqayisədə 600 min ton artaraq 3,1 milyon tona çatıb.

Agentlik yazır ki, Amerika xammalı yerli emalçılar üçün ənənəvi olan sortları, o cümlədən Rusiyanın Urals neft markasını sıxışdırıb. Rusiyanın Avropaya ixracı artıq 20 il ərzində minimuma enib.

Əvvəllər analitiklər xəbərdarlıq edirdilər ki, neftin qiymətinin artması fonunda ABŞ-ın şist neft istehsalçıları kotirovkaların yaz iflasından ciddi zərər görmüşlər, amma, indi qiymətin yüksəlişi onlara hasilatı bərpa etməyə imkan verəcək. Şist xammalı istehsalçılarının əksəriyyəti üçün qiymət bir barreldən ötrü 40 dollardan aşağı olduqda istehsal faydasız olur.

Bununla yanaşı, OPEC + sazişinin və kotirovkanın bərpa olunması fonunda, Amerika WTI-nin neft markasının qiyməti London İCE birjasında ticarətə görə bu nişandan yuxarı qalxıb. ABŞ-ın Continental Resources Inc., EOG Resources Inc., Parsley Enerji Inc. kimi əsas istehsalçıları artıq qapalı quyularda istehsalın bərpa olunacağını elan ediblər.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun