» » » Özünütəcrid səbəbiylə Rusiya iqtisadiyyatının itkiləri qiymətləndirilib

Özünütəcrid səbəbiylə Rusiya iqtisadiyyatının itkiləri qiymətləndirilib

posted in: Xəbər | 0
birbank biznes

Rusiya iqtisadiyyatının itkiləriÖzünütəcrid səbəbiylə Rusiya iqtisadiyyatının itkiləri qiymətləndirilib

Koronavirus pandemiyası fonunda özünü təcrid səbəbiylə Rusiyanın həftəlik zərərləri mart ayının sonundan 10 may 2020-a qədər, federal məhdudiyyətlərin qüvvədə olduğu müddətdə 270 milyard rubl həcmində qiymətləndirilir. Bu haqda RBK nəşri məlumat verib.

Analitiklərin fikrincə, ruslar alış-veriş sayını kəskin azaldıblar (bu, 30 faizdən çox aşağı düşüb). Bundan əlavə, nəzərə alınmış biznes növlərinin orta gəliri 36 faiz azalmışdır. Ekspertlər qeyd edirlər ki, qeyri-iş günləri və digər federal məhdudiyyətlər rejiminin ləğv edilməsindən sonra göstəricilər bərpa olunmağa başlayıb. Lakin, onlar hələ də pandemiyadan əvvəlki səviyyədən xeyli aşağıdır.

Belə ki, federal məhdudiyyətlər ləğv edildikdən sonra bir ay ərzində çeklərin ümumi sayı böhrandan əvvəlki səviyyədən 17 faiz aşağı olub və ümumi gəlir 18 faiz azalıb. İqtisadiyyatın həftəlik itkiləri 270 milyarddan 133 milyard rubla düşüb. İyun ayının 10-dan sonra vəziyyət yaxşılaşmaqda davam edib: gəlir pandemiyaya qədər olan göstəricini 3 faiz üstələsə də, gündəlik satış çeklərinin sayı hələ də baza dəyərindən 5 faiz aşağıdır.

Bundan əvvəl Maliyyə Nazirliyi Rusiya büdcəsinin pandemiyadan itkiləri hesablanıb. İdarənin müdir müavini Vladimir Kolıçevin sözlərinə görə, xəzinəyə bir trilyon rubldan az vəsaitlər daxil olub.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun