Dünya qızıl bazarı geniş planda bu qiymətli metalın dünya miqyasında dövriyyə sistemini – istehsal, paylama, istehlak sistemini əhatə edir. Bəzən bu anlayış daha dar planda – milli və beynəlxalq səviyyələrdə qızılın alqı-satqısına xidmət edən bazar mexanizmi kimi də nəzərdən keçirilir. Bu zaman nəzərə almaq lazımdır ki, söhbət qızıl bazarlarının əsas xüsusiyyətlərindən və parametrlərindən getdikdə, adətən, birincisi, nağd metalın külçə formasında alışı-satışı və ikincisi, bu külçələrlə topdan ticarət üsulları nəzərdə tutulur. Müvafiq olaraq, “kağız qızıl” adlandırılan ticarətin xüsusiyyətləri qızıl birjalarının fəaliyyəti çərçivəsində təhlil edilir.
Qızıl bazarının xüsusiyyətləri ondan ibarətdir ki, birincisi, qızıl faktiki olaraq bütün dövlətlər tərəfindən sığorta və ehtiyat fondu kimi istifadə olunur. Mərkəzi banklarda və BVF-nin ehtiyatlarında cəmlənmiş dövlət qızıl ehtiyatları bu gün 31500 tondan çoxdur. Bu ehtiyatların əhəmiyyətli bir hissəsi satışa təqdim edilə bilər. İkincisi, daha böyük həcmdə qızıl əhalidədir (zərgərlik məmulatları, sikkələr və s.). Bu qızılın bir hissəsi də – ən azından lom şəklində – həmçinin bazara daxil olur.
Daha ətraflı oxumaq üçün aşağıdakı keçidlərə daxil olun
-
Dünya qızıl bazarı (1-ci hissə)
-
Dünya qızıl bazarı (2-ci hissə)
-
Dünya qızıl bazarı (3-cü hissə)
-
Dünya qızıl bazarı (4-cü hissə)
-
Dünya qızıl bazarı (5-ci hissə)
-
Dünya qızıl bazarı (6-cı hissə)
-
Dünya qızıl bazarı (7-ci hissə)
-
Dünya qızıl bazarı (8-ci hissə)