Daha çox8
Daha çox8

Əmək Məcəlləsinə bir sıra dəyişikliklər ediləcək

posted in: Xəbər | 0

Beynəlxalq Əmək Təşkilatının (BƏT) tələblərindən irəli gələrək Əmək Məcəlləsinə bir sıra dəyişikliklər ediləcək.

Bununla bağlı təklif layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunub.

Qeyd edilib ki, Azərbaycan BƏT-in ratifikasiya etdiyi bir neçə konvensiyanın tələblərinə uyğun olaraq Məcəlləyə “ailə vəzifələri olan işçi”, “minimum əmək haqqı” anlayışı daxil edilir.

Həmçinin, BƏT-in 165 nömrəli Tövsiyəsinə uyğun olaraq Əmək Məcəlləsinin 94-cü maddəsinin yenidən işləməsi təklif edilir. Dəyişikliyə əsasən, işəgötürən vakant vəzifə (peşə) yarandıqda və əvvəllər natamam iş vaxtını yaradan zəruri amillər dəyişdikdə, natamam iş vaxtında çalışan işçinin tam iş vaxtında çalışması üçün tədbir görməlidir.

“Analığın mühafizəsi” Konvensiyasının tələblərinə əsasən isə Əmək Məcəlləsinə yeni hissə əlavə edilir. Təklifə əsasən, hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılır və bu halda məzuniyyətin doğuşdan sonrakı hissəsi qısaldılmayacaq. Həmçinin uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.

Məcəlləyə edilən daha bir dəyişikliyə görə isə işəgötürənin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlığından sonra işçi əmək məzuniyyətinin növbəlilik cədvəlinə və əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və qaydasına riayət etməyərək əmək məzuniyyətindən istifadə etmək (tam, yaxud bir hissəsindən) üçün işəgötürənə ərizə ilə müraciət etmədikdə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə müvafiq iş ilinin əmək məzuniyyətinə göndərilir.

Mənbə: banker.az

Əmək Məcəlləsinə bir sıra dəyişikliklər ediləcək

Bəzi şəxslərin məzuniyyət günlərinə əlavə olunacaq

posted in: Xəbər | 0

Bəzi şəxslərin məzuniyyət günlərinə əlavələr olunacaq.

Sözügedən məsələ Milli Məclisin Regional siyasət komitəsinin bugünkü iclasında bir sıra qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri, ümumxalq hüzn günü və səsvermə günü məzuniyyət günləri hesab edilmir və ödənilmir, lakin məzuniyyətin müddəti bu günlərin sayı qədər uzadılır. Bu halda, Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə və bu hal əmək məzuniyyəti dövrünə təsadüf etdikdə üst-üstə düşən günlər bir gün hesabı ilə nəzərə alınacaq.

Mövcud qanunvericiliyə görə, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir.

Mənbə: banker.az

İşçilərin işdən çıxarılma qaydalarında dəyişikliklər edilir

İşçilərin işdən çıxarılma qaydalarında dəyişikliklər edilir

posted in: Xəbər | 0

Azərbaycanda işçilərin işdən azad olunması qaydalarına dəyişiklik edilir.

Bununla bağlı təklif layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunub.

Dəyişikliyə əsasən, icbari tibbi müayinə ilə bağlı verilmiş tibbi rəydə işçinin əmək funksiyalarının yerinə yetirilməsinə əks göstərişlər aşkar edildikdə o, işdən azad edilə bilər.

Həmçinin, işçi müəyyən olunmuş qaydada əməyin mühafizəsi üzrə təlimdə iştirak etməkdən və biliyinin yoxlanılmasından boyun qaçırdıqda və əmək vəzifələrinin pozulması halının araşdırılmasına maneçilik törətdikdə də işdən azad edilə biləcək.

Bununla bərabər, işçinin işdən kənarlaşdırıldığı müddət hər bir konkret halın xarakterinə, işçinin işdən kənarlaşdırıldığı müddətdə həmin halın aradan qalxmasına və ya davam etməsi ondan asılı olan hallarla bağlı işçinin etdiyi hərəkətlərə (hərəkətsizliklərə) uyğun olaraq işəgötürən tərəfindən müəyyən edilir.

İşəgötürən işçinin işdən kənarlaşdırılması barədə əmrini (sərəncamını, qərarını) vaxtından əvvəl ləğv edə biləcək.

Mənbə: banker.az

“mygov” platforması üzərindən dövlət qurumlarına birbaşa rəsmi müraciət imkanı

“mygov” platforması üzərindən dövlət qurumlarına birbaşa rəsmi müraciət imkanı

posted in: Xəbər | 0

Artıq vətəndaşlar “mygov” platforması üzərindən dövlət qurumlarına birbaşa rəsmi məktub göndərə biləcəklər. Eyni zamanda dövlət qurumları da vətəndaşlara rəsmi məktub və bildirişlər ünvanlaya biləcək.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin məlumatına görə, yeni imkan vətəndaşlara rəsmi məktubu düzgün şəkildə hazırlayıb, nəzərdə tutulan dövlət qurumuna elektron formada təqdim etmək imkanı yaradır. Vətəndaşlar “mygov” vasitəsilə sorğu başlatmaq, məlumat təqdim etmək və ya hər hansı məsələ ilə bağlı aydınlıq əldə etmək üçün dövlət qurumlarına rəsmi məktub ünvanlaya bilərlər.

Hər bir göndərilən məktub “Göndərilən” bölməsində saxlanılır. Vətəndaş məktubun statusunu — yəni məktubun qəbul olunması, baxılması və cavablandırılması mərhələlərini real vaxt rejimində izləyə bilər. Dövlət qurumlarından istifadəçiyə daxil olan məktublar isə “Gələn” bölməsinə əks olunur.

Bu funksiya çərçivəsində sistemə inteqrasiya olunan dövlət qurumlarının sayı 59-dur və yaxın günlərdə bütün qurumların inteqrasiyasının tamamlanacağı gözlənilir.

Qeyd edək ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu çərçivəsində dövlət qurumları tərəfindən vətəndaş müraciətləri ən geci 15 iş günü ərzində (araşdırma tələb edərsə 30) cavablandırılmalıdır.

1 82 83 84 85 86 87 88 2. 382
error: Content is protected !!