İcarə haqqından ÖMV tətbiqi: Vergi ödəyicisi üçün şərtlər

posted in: Xəbər | 0

Əgər icarəyə verən vergi ödəyicisi kimi vergi orqanında uçotda olan (VÖEN-i olan) fiziki şəxsdirsə, o zaman icarəyə götürən vergi ödəyicisi (rezident müəssisə və ya VÖEN-i olan fiziki şəxs) Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən aylıq icarə haqqından 14 faiz dərəcəsi ilə ödəmə mənbəyində vergi tutmalıdırmı? Bu zaman icarəyə verənin və icarəyə götürənin vergi ödəyicisi olaraq hansı vəzifələri icra etmək öhdəliyi yaranır? 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.

Qeyd olunanlara əsasən, rezident fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir.

Qeyd olunanlara əsasən, rezident fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü və ya onun təyin etdiyi vergi agenti 14 faiz dərəcə ilə vergini ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir.

Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Hesablanmış vergi məbləğləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.

Mənbə: vergiler.az

Audit yoxlamaları zamanı üzə çıxan problemlər

Birbanklı olmaq üstünlükdür

posted in: Xəbər | 0

Kapital Bank yerli maliyyə bazarında yenilikçi yanaşması ilə milyonlarla müştərisinə əlverişli və sərfəli innovativ həllər təqdim edir. Birbank-la rəqəmsal dünyanın üstünlüklərini müştərilərinə əlçatan edən bank, maliyyə savadlılığının artırılması istiqamətində də addımları ilə seçilir. Çünki məlumatlı müştəri ona yaradılan imkanları fürsətə çevirir və banka dəyər qatır. Bəs hansı üstünlüklərdən xəbərdar olmaq müştərilər üçün sərfəli ola bilər?

Limitsiz və komissiyasız köçürmələr

Banka məxsus 10 milyona yaxın kartdan Birbank kartlarına köçürmələr tamamilə limitsiz və komissiyasızdır. Birbanklılar öz kartlarından Birbank kartlarına istədikləri qədər vəsaiti heç bir məhdudiyyət olmadan rahatlıqla göndərə bilərlər. Bu isə müştərilərə maliyyə azadlığı qazandıraraq onların vaxt və pul itirmədən sürətli və səmərəli köçürmələr etmələrini təmin edir.

Digər bank kartlarına köçürmə imkanı

Digər yerli bank kartlarına köçürmə edənlər individual qaydada şəxsi vəsaitlərindən 10 000 manatadək məbləği heç bir komissiya ödəmədən köçürmək şansına sahibdilər. Bu, müştərilərə maliyyə dünyasının sərhədlərini genişləndirmək və daha sərfəli şərtlərlə əməliyyatlar aparmaq imkanı verir. Eyni zamanda onların rəqabətədavamlı bank xidmətlərindən faydalanmalarını təmin edir.

Maliyyə davranışlarına nəzarət

Birbanklılar Birbank mobil tətbiqindəki şəxsi kabinetlərində bank əməliyyatlarını icra etməklə yanaşı, limitlərinə və xərclərinə nəzarət edə bilərlər. Bunun üçün mobil tətbiqdə kart məlumatları bölməsinə daxil olmaq yetərlidir. Maliyyə davranışlarını nəzarətdə saxlamaq xərcləri optimallaşdırmaq üçün ilk şərtlərdən biridir. Birbanklılar isə bu üstünlüyə sahibdir.

Əlçatan xidmət şəbəkəsi

Ölkə ərazisində yerləşən 1190 ədəd Kapital Bank/Birbank bankomatı müştərilərə hər yerdə maliyyə əlçatanlığı təqdim edir. Bu bankomatlarda 10 milyona yaxın Birbank kartlarındaki şəxsi vəsaitdən 10 000 manatadək nağdlaşdırma komissiyasızdır. Mədaxil funksiyalı bankomatlar isə Birbanklılara limitsiz və komissiyasız mədaxil etmək üstünlüyü verir.

Fürsətlər və güzəştlər

Birbank taksit kart sahibləri QR ödənişlərdə ikiqat ƏDV bonusu, 24 ayadək taksit və birdəfəlik ödənişlərdə nağdlaşdırma, eləcə də köçürmələrdə 63 günədək güzəşt müddəti kimi fürsətlərə malikdir. Birbank Star kredit kartı isə sahibinə maliyyə azadlığı verir. Bu kartla ürəyincə xərcləyən hər kəs, məbləği həmin ay qaytararaq əlavə heç bir ödəniş etmir.

Birbanklı olmağın rahat üsulu

Birbank kartlarını birbank.az saytından, bir sıra supermarketlərdən, “Wolt” tətbiqindən, partnyor mağazalardan və iri ticarət mərkəzlərində yerləşən xüsusi stendlərdən əldə edib Birbank tətbiqində aktivləşdirmək olar. Birbanklı olub rəqəmsal maliyyə dünyasında fürsətlərin qapısını açmaq bu qədər asan və rahatdır.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz

Audit yoxlamaları zamanı üzə çıxan problemlər

posted in: Xəbər | 0

Qanunvericiliyin tələbinə görə məcburi audit yoxlamalarından keçməli olan subyektlərin çoxu bundan yan keçir. Auditorlar Palatasının açıqladığı son statistikaya əsasən, 2024-cü ildə respublika üzrə müəyyən edilmiş 5.432 məcburi audit subyektindən yalnız 2.256-sı və ya 41,5%-i maliyyə hesabatlarını müstəqil auditdən keçirib. Onların sırasında yer alan 403 səhmdar cəmiyyətindən cəmi 62-si (15,4 %), 3.368 MMC-dən 1.384-ü (41,1 %), 135 publik hüquqi şəxsdən isə yalnız 48-i (35,6 %) bu tələbi yerinə yetirib. Rəqəmlər də auditə və qanunvericiliyin tələblərinə münasibətin ürəkaçan olmadığını göstərir. Məcburi auditdə iştirak edən auditorların məlumatlarına görə, sahibkarların, müəssisələrin çoxu hələ də cərimə ödəyərək auditdən yan keçməyə üstünlük verirlər. Bu isə ağır nəticələrə səbəb ola bilər.

Bakı Hesabat Mərkəzinin direktoru, auditor Mehdi Babayev  bu məqamlara toxunub, eyni zamanda audit yoxlamaları zamanı üzə çıxan problemləri sadalayıb. Onun sözlərinə görə, maliyyə uçotu və hesabatları ilə bağlı problemlər daha çox kiçik və orta sahibkarlıq subyektlərində müşahidə edilir. Onların əksəriyyəti maliyyə hesabatlarını ya hazırlamır, ya da tam hazırlamırlar. Bəzi hallarda isə yanlış olaraq hesab edirlər ki, hesabatı auditor etməlidir.

“Auditor xidməti haqqında” Qanunun 2-ci maddəsinə əsasən, audit – əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Qanuna görə, öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunvericiliklə bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsində nəzərdə tutulur ki, məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda, audit həmin yoxlamanı tələb edən iştirakçının hesabına həyata keçirilir. Mülki Məcəllənin 107.6-cı maddəsində isə göstərilib ki, bu Məcəllənin 99-cu maddəsində göstərilən sənədlərin dərci zamanı səhmdar cəmiyyəti illik maliyyə hesabatlarının yoxlanılması üçün müstəqil auditor cəlb etməyə borcludur. Nizamnamə kapitalında məcmu payı on faiz və ya daha çox olan səhmdarların tələbi ilə səhmdar cəmiyyətinin fəaliyyətinin auditor yoxlanışı vaxtaşırı keçirilməlidir. Auditor yoxlanışının keçirilməsi qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir.

Bu tələblərin bir çox hallarda pozulduğunu deyən M.Babayev müəssisələrin bir qismində uçot siyasətinin olmamasını, inventarizasiyaların, debitor və kreditor borcları üzrə üzləşdirmələrin aparılmadığını vurğulayıb: “Əsas vəsaitlərin kateqoriyalar üzrə təsnifatının düzgün aparılmamasına tez-tez rast gəlinir. Müşahidələr göstərir ki, məcburi auditə cəlb olunan müəssisələrdə amortizasiya siyasəti yoxdur, yalnız vergi məqsədli amortizasiya tətbiq olunur. Mənfəət vergisi bəyannaməsinin 1№-li Əlavəsi düzgün tərtib edilmir. Sənəd dövriyyələrinin təsdiqlənməməsi də əsas nüanslardan biridir. Yoxlama zamanı daxili yerdəyişmə sənədlərində maddi məsul şəxslərin imzalarının olmaması da müşahidə olunur. Giriş təlimatı, maddi məsuliyyət haqqında müqavilələr, təhlükəsizlik, əmək intizamı barədə sənədlər, yəni daxili qaydalar mövcud deyil. Bu da auditorun işini çətinləşdirir”.

Binalar üzrə yenidən qiymətləndirməyə ehtiyac olduğunu deyən mütəxəssis əmlakların ədalətli dəyərlə təqdimatının zəif aparıldığını bildirib, digər mühüm nüansın isə bank kartları ilə bağlı olduğunu vurğulayıb: “Demək olar ki, fərdi sahibkarların və ya müəssisə rəhbərlərinin əksəriyyəti biznesə məxsus korporativ kartlardan sahibkarlıq məqsədləri üçün istifadə etmək istəyirlər. Bu da sonda mənfi nəticələrə gətirib çıxara bilir. Əslində, biznes kartlarına bəzi vacib məqamlarda zərurət yaranır. Məsələn, ezamiyyətə gedən işçiyə ezamiyyə xərclərini yerində ödəmək, gömrük orqanlarında yerində gömrük haqlarını ödəmək, vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alışların əvəzinin yerində ödənilməsi, korporativ bayram, şənlik tədbirlərinin haqqının ödənilməsi, işçilərə, yubilyarlara hədiyyələrin alınması və digər asan ödəniş məqsədləri ilə korporativ kartlardan istifadə edilir. Eyni zamanda, sahibkarın biznes məqsədləri üçün lazım olan malın, işin və ya xidmətin dəyərini yerində ödəmək zərurəti yaranarsa, yəni o faydanı əldən buraxmamaq üçün anında ödəmək məqsədi daşıyırsa, bu zaman kartın əhəmiyyəti mütləqdir. Çünki yerində ödəniş edilməzsə, alış baş tutmaya bilər və fayda da əldən çıxar. Lakin reallıqda görürük ki, biznes kartlarından daha çox fərdi-şəxsi məqsədlər üçün istifadə olunur. Yoxlama zamanı isə həmin kartlardan nağdlaşdırmalar üzrə məxaric sənədləri təqdim olunmur”.

M.Babayev audit zamanı üzə çıxan problemlər sırasında xidmət müqavilələri ilə bağlı alt sənədlərin olmaması və ya sadə məzmunlu aktların olmasını, mənfəət və zərərlər haqqında hesabatda xərclərin funksional təsnifatının düzgün aparılmamasını, ümidsiz debitor borclar və iddia müddəti ötmüş kreditor borcların müəyyən edilməməsini, yanacaq silinmələri cədvəllərinin tərtib olunmamasını, eləcə də yol vərəqələri və əmtəə nəqliyyat qaimələrinin tam işlənmədiyini bildirib: “Bəzi sahibkarlıq subyektləri yanlış olaraq hesab edirlər ki, maliyyə hesabatlarını təqdim etməli olduqları tərəf qanunla nəzərdə tutulmayıb. Buna görə də hesabatı ya hazırlamırlar, ya da açıqlamaqda çətinlik çəkirlər. Halbuki “Mühasibat uçotu haqqında” Qanun və digər qanunvericilik aktlarında bununla bağlı tələblər mövcuddur”.

Qeyd edək ki, qanunvericiliklə həm də auditdən yayınma halına görə cərimələr mövcuddur. İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə uyğun olaraq, “Auditor xidməti haqqında” Qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməli məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər isə 1.500 manatdan 2.500 manatadək məbləğdə cərimə edilirlər. Lakin təcrübə göstərir ki, bəzi subyektlər bu cərimələri ödəməklə öhdəliklərindən yayınmağa davam edirlər. Bu da qeyri-şəffaf fəaliyyətin, vergidən yayınmaların və çirkli pulların yuyulması risklərinin artmasına səbəb olur.

Mənbə: vergiler.az

2026-cı ildən kirayə gəlirlərinə tətbiq olunan vergi azalacaq

“Black Friday”də Birbank taksit kartları ilə 70%-dək endirimlə alın, 24 ayadək taksitlə ödəyin

posted in: Xəbər | 0

Noyabr ayının sonuncu cümə gününü bütün dünya səbirsizliklə gözləyir. Birbank taksit kartları isə bu həyəcana daha bir həyəcan qatır. Belə ki, 30 noyabr tarixinədək Birbank taksit kartları ilə partnyorlarda ödənişlər 70%-dək endirim qazandırır. Üstəlik də məbləği 24 ayadək bölərək hissə-hissə ödəmək mümkündür.

Dünya trendini fürsətə çevirmək bu qədər asandır. Arzuladığınız hər şey – geyim, elektronika, məişət avadanlıqları, ev əşyaları indi daha əlçatandır. İndi 70%-dək endirimlə alın, 24 ayadək taksitlə ödəyin.

Ətraflı məlumat üçün: www.b-b.az/tkpk

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün Birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Məzuniyyətdə olan işçilərin müqaviləsinin ləğvi

1 85 86 87 88 89 90 91 2. 382