Vergilərin hesablanması zamanı tez-tez buraxılan səhvlər

posted in: Xəbər | 0

“Müəssisələr öz maliyyə və vergi uçotunu mühasiblərə etibar edirlər. Bu məsuliyyətli işin öhdəsindən gəlmək üçün onlar bütün bacarıqlarını sərf edirlər. Ancaq bəzən vergilərin hesablanmasında müəyyən yanlışlıqlara yol verirlər”. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Səyyar vergi yoxlamaları şöbəsinin əməkdaşı İsmayıl Bağırov vergilərin hesablanmasında yol verilən yanlışlıqlardan danışarkən belə deyib. Onun sözlərinə görə, kassa metodu ilə çalışan vergi ödəyicilərində gəlir və xərclərin hesablanmasında müəyyən istisnalar mövcuddur.  bunları bilmədikdə hesablamalarda yanlışlıqlara yola verirlər: “Biz adət etmişik ki, kassa metodunda vəsait vergi ödəyicisinin bank hesabına daxil olduqda, bu, vergi ödəyicisinin gəliri, bank hesabından çıxdıqda isə onun xərci hesab olunur. Amma icarə gəlirləri və borc öhdəlikləri ilə bağlı kassa metodunun ümumi qanunauyğunluğu ilə ziddiyyət təşkil edən məqamlar var. Tutaq ki, A şirkəti istifadə etdiyi ofisi 2024-cü ilin noyabrında 10 ay müddətinə icarəyə götürüb. Onun ümumi icarə haqqı 20.000 manatdır. Şirkət həmin məbləği qabaqcadan 2024-cü ilin noyabr ayında tam şəkildə əmlak sahibinə ödəyib. Qaydaya görə, həmin əməliyyat göstərilən tarixdə kassa metodu ilə işləyən vergi ödəyicisinin xərci kimi nəzərə alınmalıdır. Ancaq bu qayda icarə gəlirlərinə aid deyil. Göstərdiyimiz nümunədə aylıq icarə haqqı 2.000 manatdır. 2024-cü il üçün 4.000 manat (noyabr və dekabr ayları üçün) xərc olacaq. Qalan 16.000 manat məbləğ isə 2025-ci ildəki xərclərə aid ediləcək. Bu halda mühasiblər ancaq 2024-cü ilə düşən hissəni həmin ildə xərc kimi nəzərə ala bilərlər. Qalan 16.000 manatlıq hissə isə 2025-ci ildəki xərclərdə nəzərə alınacaq”.

İ.Bağırov əlavə edib ki, mühasiblərin ən çox səhvə yol verdiyi məqamlardan biri də Vergi Məcəlləsinin 166-cı maddəsi ilə bağlıdır. Mühasiblər hesab edirlər ki, vəsait şirkətin hesabına daxil olduqda vergi hesablanıb ödənilməlidir. Ancaq 166-cı maddə bir çox məqamlara aydınlıq gətirir. Burada əsas məqam odur ki, ancaq vəsaitin daxil olması deyil, əvəzləşmələr, bağışlanmalar da vergi tutulan əməliyyat kimi tanınır:

“Vergi Məcəlləsinin 166.1.2-ci maddəsinə əsasən, qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt vergi tutulan əməliyyatın vaxtı hesab olunur. Fərz edək ki, A vergi ödəyicisi qarşı tərəfə 100.000 manatlıq mal təqdim edib. Qarşı tərəf olan B vergi ödəyicisi 130.000 min manatlıq malı A vergi ödəyicisinə verib. Bunlar qarşılıqlı surətdə həmin malları əvəzləşdirərsə, A vergi ödəyicisi yalnız 30.000 manatı ödəməli olacaq. Bu halda A vergi ödəyicisinin bank hesabına heç bir vəsait daxil olmur. Ancaq onun vergi öhdəliyi yaranır. Buna baxmayaraq, qarşılıqlı surətdə malların əvəzləşdirilməsi olduğu üçün mühasiblərin diqqətindən kənarda qalır”.

Belə halların ƏDV ödənişləri ilə yoxlanılaraq üzə çıxarıldığını deyən İ.Bağırov həmin məqamlarda da vergilərin hesablanmalı olduğunu vurğulayıb: “Vergi Məcəlləsinin 166.1.2-ci maddəsinə əsasən, vəsaitin bank hesabına daxil olmasına gərək yoxdur. Əvəzsiz təqdimetmə zamanı da ƏDV tutulan əməliyyatın vaxtı hesab olunur. Fərz edək ki, müəssisə 2024-cü ilin mart ayında öz işçisinə əvəzsiz olaraq hədiyyə edib. Burada ƏDV tutulan əməliyyatın vaxtı 2024-cü ilin mart ayı olacaq. Həmin tarixdə vergini ödəməlidir. Burada da bank hesabına heç bir vəsait daxilolmasından söhbət getmir. Bu səbəbdən vergi ödəyiciləri hesab edirlər ki, bu əməliyyata görə vergi ödəməməlidirlər. Ancaq bu da yanlış yanaşmadır”.

İ.Bağırov bu halların kameral vergi yoxlamaları zamanı deyil, səyyar vergi yoxlaması zamanı üzə çıxarıldığını vurğulayıb. Belə hallardan biri kimi vergi ödəyicisinin qarşı tərəfə möhlət verməsini göstərib: “Bəzən elə hallar olur ki, vergi ödəyiciləri vəsaitin ödənilməsi üçün qarşı tərəfə möhlət verə bilirlər. Tutaq ki, yanvar ayında imzalanan alqı-satqı müqaviləsində alınan mallara görə ödənişin may ayında köçürülməsi nəzərdə tutulub. Lakin may ayında qarşı tərəf ödəmək qabiliyyətində olmadığını deyir və əlavə möhlət istəyir. Vergi ödəyicisi bu halda ona sentyabr ayınadək möhlət verə bilər. Lakin may ayında artıq ƏDV-ni hesablayıb dövlət büdcəsinə ödəməlidir”.

Mənbə: vergiler.az

Azərbaycanda vergi orqanlarına məlumat göndərilməli olan icazələrin siyahısı dəyişib

Azərbaycanda vergi orqanlarına məlumat göndərilməli olan icazələrin siyahısı dəyişib

posted in: Xəbər | 0

Nazirlər Kabineti “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərilməli olan icazələrin siyahısı”nda dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, sənaye, texnologiyalar parklarının rezidenti, idarəedici təşkilatı və operatoru, investisiya təşviqi sənədi almış hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə işğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, xammal və materialların idxalı üçün təsdiqedici sənəd siyahıya əlavə edilib.

Bu dəyişiklik, işğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, xammal və materialların idxalı üçün təsdiqedici sənədə münasibətdə 2023-cü il yanvarın 1-dən tətbiq edilməklə 2033-cü il yanvarın 1-nə qədər qüvvədə olacaq.

Mənbə: report.az

İcarə haqqından ÖMV tətbiqi: Vergi ödəyicisi üçün şərtlər

Azərbaycanda həyat sığortası üzrə ödənişlər artıb

posted in: Xəbər | 0

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 710,702 milyon manat sığorta haqqı toplanılıb.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16,5 % çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 34,5 % artaraq 546,87 milyon manata çatıb.

Beləliklə, 10 ayda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 76,9 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 66,6 manat təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 255,973 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,9 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 772,602 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 24,2 % çoxdur.

10 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,5 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56 manat olub.

Mənbə: report.az

2026-cı ildən kirayə gəlirlərinə tətbiq olunan vergi azalacaq

Birbank Yığım hesabı: Pulunuz hər gün gəlir gətirir

posted in: Xəbər | 0

Birbank Yığım hesabı ilə müştərilərin pul vəsaitlərini idarə etmək və gəlir əldə etməklə bağlı stereotiplərini qırır. Bankın bu sərfəli məhsulu istifadəçilərə illik 7% gəlir qazanmaq, üstəlik hesablanmış faizə də faiz əldə etmək şansı yaradır. Dollar valyutası üzrə isə bu qazanc illik 2.5%-dir. Yığım hesabının ən böyük özəlliyi isə gəlirlərin gündəlik hesablanmasıdır. Yəni, müştərilər vəsaitin hesabda qaldığı hər gün daha çox qazanırlar.

Məhsulun şərtləri olduqca sadə və rahatdır. Minimum məbləğ tələbi yoxdur, hesabı hətta 0.00 AZN/USD ilə də açmaq mümkündür. Hesaba istənilən zaman əlavə vəsait yatırmaq sərbəstdir. Faiz gəliri gündəlik hesablanır və günün sonunda balansa yüklənir. Eyni zamanda qazanılan faiz gəlirinə də faiz hesablanaraq qazancı daha da artırır. Ən əsası isə pulu istənilən an heç bir faiz və ya komissiya ödəmədən çıxarmaq mümkündür. Bütün bu proseslərə isə müştərilər Birbank mobil tətbiqi ilə rahat və etibarlı şəkildə nəzarət edə bilərlər.

Bu məhsul, xüsusilə uzunmüddətli depozit hesabı açmaq istəməyən, aşağı risklə yüksək gəlir qazanmağı hədəfləyən hər kəs üçündür. Minimum məbləğ tələbinin olmaması onu hamı üçün əlçatan edir. Birbank Yığım hesabı müştərilərə büdcələrini səmərəli idarə etmək, aylıq və ya illik gəlirlərdən asılı olmayaraq, vəsaitlərini istədikləri zaman artırmaq şansı verir. Hesabı sizə ən yaxın Birbank filialından və ya Birbank mobil tətbiqində “Əmanətlər” bölməsinə keçərək “Yığım hesabı aç” seçimi ilə asanlıqla açmaq mümkündür.

Ətraflı məlumat üçün: http://b-b.az/yhpr.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün Birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

İcarə haqqından ÖMV tətbiqi: Vergi ödəyicisi üçün şərtlər

1 84 85 86 87 88 89 90 2. 382