Daha çox8
Daha çox8

Natamam iş saatı olanlara tam maaş imkanı

posted in: Xəbər | 0

Qanunvericilikdə natamam iş vaxtı anlayışı təkmilləşdiriləcək.

Bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, natamam iş vaxtı əməyin ödənilməsi ya əmək funksiyasının icrasına sərf olunan vaxta mütənasib, ya da tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.

Layihəyə əsasən, işəgötürən vakant vəzifə (peşə) yarandıqda və əvvəllər natamam iş vaxtını yaradan zəruri amillər dəyişdikdə natamam iş vaxtında çalışan işçinin tam iş vaxtında çalışması üçün tədbir görməli olacaq.

Mövcud qanunvericiliyə görə, Əmək Məcəlləsində nəzərdə tutulan qaydada natamam iş günü və ya natamam iş həftəsi ilə işləyən işçilərə əmək haqqı işə sərf edilmiş vaxta mütənasib və ya görülən işin faktik hasilatına görə ödənilir.

Layihəyə əsasən, həmin işçilərə əmək haqqı eləcə də tərəflərin razılığı ilə tam məbləğdə ödəniləcək.

Mənbə: banker.az

Bu işçilərə öz xahişləri ilə ödənişsiz məzuniyyətlər veriləcək

ƏDV qeydiyyat limiti artırılır

posted in: Xəbər | 0

“Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib. Dəyişikliklər çərçivəsində nağdsız əməliyyatların stimullaşdırılması, şəffaflığın təmin edilməsi istiqamətində atılan növbəti addımlardan biri də “kölgə iqtisadiyyatı”nın xarakterik olduğu biznes – əhali münasibətlərində belə əməliyyatların təşviq edilməsidir. Belə ki, vergi qanunvericiliyinə görə, ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcmi 200 min manatdan çox olan vergi ödəyiciləri məcburi qaydada ƏDV qeydiyyatına alınmalıdırlar. 2026-cı ildən etibarən pərakəndə ticarət və əhaliyə xidmət sahələrində ƏDV qeydiyyat limitinin POS-terminal vasitəsilə nağdsız qaydada aparılan əməliyyatlar nəzərə alınmaqla iki dəfə – 200 min manatdan 400 min manata qədər artırılması nəzərdə tutulur.

Nümunə 1.

Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ardıcıl 12 aylıq dövr ərzində POS-terminal vasitəsilə nağdsız qaydada aparılan əməliyyatlar üzrə 250 min manat, nağd qaydada aparılan əməliyyatlar üzrə isə 50 min manat məbləğində dövriyyəsi formalaşıb. Fərdi sahibkarın ardıcıl 12 ay üzrə ümumi dövriyyəsi 300 min manat olsa da, təklif edilən dəyişikliyə görə, POS-terminal vasitəsilə nağdsız qaydada aparılan əməliyyatlar 50% nisbətində nəzərə alındığı üçün ƏDV məqsədləri üçün hesablanan dövriyyə 175 min manat məbləğində müəyyən ediləcək. Bu halda, vergi tutulan dövriyyə məbləği məcburi ƏDV qeydiyyat həddi olan 200 min manatdan aşağı olduğu üçün fərdi sahibkarın ƏDV məqsədləri üçün qeydiyyata alınmaq öhdəliyi yaranmır.

Nümunə 2.

Vətəndaşlara hüquq xidməti göstərən şirkət ardıcıl 12 aylıq dövr ərzində yalnız POS-terminal vasitəsilə nağdsız satış əməliyyatları həyata keçirib və şirkətin həmin əməliyyatlar üzrə 400 min manat məbləğində dövriyyəsi formalaşıb. Fərdi sahibkarın ardıcıl 12 ay üzrə ümumi dövriyyəsi 400 min manat olsa da, Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliyə uyğun olaraq, POS-terminal vasitəsilə nağdsız qaydada aparılan əməliyyatlar nəticəsində ƏDV məqsədləri üçün hesablanan dövriyyə 200 min manat məbləğində müəyyən ediləcək. Bu halda, vergi tutulan dövriyyə məbləği məcburi ƏDV qeydiyyat həddi olan 200.000 manatı keçmədiyi üçün fərdi sahibkarın ƏDV məqsədləri üçün qeydiyyata alınmaq öhdəliyi yaranmır.

Nümunə 3.

Vətəndaşlara tərcümə xidməti göstərən fərdi sahibkarın ardıcıl 12 aylıq dövr ərzində nağdsız qaydada POS-terminal vasitəsilə həyata keçirdiyi əməliyyatlar üzrə 250 min manat, nağd qaydada aparılan əməliyyatlar üzrə isə 100 min manat məbləğində dövriyyəsi formalaşıb. Fərdi sahibkarın ardıcıl 12 ay üzrə ümumi dövriyyəsi 350.000 manat olsa da, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, POS-terminal vasitəsilə nağdsız qaydada aparılan əməliyyatlar nəticəsində ƏDV məqsədləri üçün hesablanan dövriyyə 225.000 manat məbləğində müəyyən ediləcək. Bu halda vergi tutulan dövriyyə məbləği məcburi ƏDV qeydiyyat həddi olan 200.000 manatı keçdiyi üçün fərdi sahibkar məcburi qaydada ƏDV qeydiyyatına alınmalıdır.

Bu işçilərə öz xahişləri ilə ödənişsiz məzuniyyətlər veriləcək

posted in: Xəbər | 0

İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərə əlavələr ediləcək.

Bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, işçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər veriləcək:

  • əsas iş yerində ezamiyyətə gedən işçiyə – əlavə iş yerində əsas iş yeri üzrə ezamiyyə müddətində;
  • əlavə iş yerində ezamiyyətə gedən işçiyə – əsas iş yerində əlavə iş yeri üzrə ezamiyyə müddətində.

Mənbə: banker.az

Əmək müqaviləsinin və dəyişikliklərin hüquqi qüvvəyə minməsi

Əmək müqaviləsinin və dəyişikliklərin hüquqi qüvvəyə minməsi

posted in: Xəbər | 0

Əmək Məcəlləsinin 49-cü maddəsinin birinci hissəsinə əsasən, bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.

İqtisadçı ekspert Anar Bayramov bu maddə ilə bağlı diqqət yetirilməli olan məqamlara aydınlıq gətirir. 

Birinci məqam elektron əmək müqaviləsinin imzalanmasında istisnaların olmasıdır. Əmək Məcəlləsinin 49-cu maddəsinin ikinci və üçünçü hissələri, müvafiq olaraq, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2014-cü il tarixli 206 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) siyahısı” üzrə halları tənzimləyir. Qeyd edilən qanunvericiliyə uyğun olaraq, əmək müqavilələrinin hüquqi qüvvəyə minməsi ilə bağlı fərqli yanaşmalar tətbiq edilir.

İkinci məqam əmək müqaviləsi və ya ona dəyişikliklərin hər iki tərəfdən gücləndirilmiş elektron imza ilə imzalanması tələbinin olmasıdır. Əmək Məcəlləsində edilmiş son dəyişikliyədək işəgötürən və işçi arasında əmək müqaviləsi kağız formada imzalanırdı. İşəgötürən ƏMAS altsistemində tələb olunan məlumatları daxil etdikdən sonra sənədi yalnız özü elektron imza ilə imzalayırdı. Həmin prosesdən sonra dövlət qurumu tərəfindən əmək müqaviləsi bildirişi göndərilməsi ilə əmək müqaviləsi hüquqi qüvvəyə minirdi.

Yeni dəyişiklikdən sonra prosesin həyata keçirilməsi ardıcıllığı aşağıdakı kimi müəyyən edilib:

  • işəgötürən ƏMAS altsistemində elektron əmək müqaviləsi hazırlayır;
  • hazırlanmış əmək müqaviləsi qeydiyyata alındıqdan sonra təsdiq üçün işə qəbul olunacaq şəxsə göndərilir;
  • işə qəbul olunan şəxs ƏMAS altsisteminə daxil olub, elektron kabinetində işəgötürən tərəfindən göndərilən əmək müqaviləsini gücləndirilmiş elektron imza ilə imzalayır;
  • işçi tərəfindən imzalanmış əmək müqaviləsi işəgötürən tərəfindən elektron imza ilə imzalandıqdan sonra əmək müqaviləsi hüquqi qüvvəyə minmiş hesab edilir.

Bir məlumatı da qeyd edək ki, ƏMAS altsistemində edilmiş son dəyişikliklər nəticəsində əmək müqaviləsinin bağlanma tarixi avtomatik olaraq müəyyən edilib. Bu zaman işəgötürən tərəfindən əmək müqaviləsinin bağlanması tarixinə hər hansı müdaxiləyə məhdudiyyət qoyulub.

Mənbə: vergiler.az

Dövlət orqanlarına qəbul qaydasında dəyişiklik

1 86 87 88 89 90 91 92 2. 391
error: Content is protected !!