Hüquqi şəxs icarəyə götürdüyü dövlət torpağı üçün vergi ödəməlidirmi?

posted in: Xəbər | 0

vergiyə cəlb , Əlavə məzuniyyət , ezamiyyə xərcləri , Vakansiya, Mühasib, icbari tibbi sığorta işsizlikdən sığortaHüquqi şəxslər tərəfindən icarəyə götürülmüş dövlət torpaqlarına görə illik icarə haqqı ödənilir. Həmin torpaq sahələrinə görə hüquqi şəxsin torpaq vergisi üzrə öhdəliyi yaranırmı?

Dövlət Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir.

Vergi Məcəlləsinin 207.1.2-ci maddəsinin müddəalarına görə dövlət hakimiyyəti orqanlarının mülkiyyətində və ya istifadəsində olan torpaqlar torpaq vergisindən azaddır.

“Torpaq icarəsi haqqında” Qanununun 14-cü maddəsinə əsasən icarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır.

Qeyd olunanlara əsasən, dövlət hakimiyyəti orqanlarının mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri torpaq vergisindən azaddır. Həmin torpaq sahələri hüquqi şəxslərə icarəyə verilən zaman icarəyəverən dövlət orqanı torpaq vergisinin tədiyyəçisi olmadığı üçün icarəyə götürən hüquqi şəxslər dövlətdən icarəyə götürülmüş torpaq sahəsinə görə icarə haqqı ödəməklə yanaşı, bu torpaq sahələrinə görə dövlət büdcəsinə torpaq vergisi ödəməli və vergi orqanına torpaq vergisinin bəyannaməsini təqdim etməlidirlər.

Əsas: Vergi Məcəlləsinin 204-cü, 207-ci maddələri və Azərbaycan Respublikasının “Torpaq icarəsi haqqında” Qanunu.


Mənbə: vergiler.az


Elektron qaydada rəsmiləşdirilən təsərrüfatdaxili əməliyyatların uçotu kağız daşıyıcısında aparılmalıdırmı?

posted in: Xəbər | 0

kriptovalyuta əməliyyatları , ƏDV məbləği . vergi öhdəliyi , vergiyə cəlb , mtəəsiz və riskli əməliyyatlar, MMC-nin təşkilati-hüquqi forması, müştərək investisiya , ƏDV qeydiyyatı , təsərrüfat əqdləri , yay təcrübə proqramı , maddi yardımlar , ödənilmiş aksizlər , xarab olan mallar , vergiyə cəlb , ipoteka predmeti , əmlak vergisi , sabit qəbz , kasa çeki , vergiyə cəlb , mənzili satarkən vergi , vergi tutulması , xammal və material sərfi, Yay Təcrübə Proqramı , DVX , Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuMüəssisə sərinləşdirici içkilərin istehsalı ilə məşğul olur və istehsal fəaliyyəti zamanı material dəyərlilərinin təsərrüfatdaxili hərəkətlərinin sənədləşdirilməsini elektron uçot sahəsində dünya miqyasında tətbiq edilən proqram vasitəsilə həyata keçirir. Müəssisə təsərrüfatdaxili əməliyyatlarının uçotunu qeyd edilən elektron proqram vasitəsilə rəsmiləşdirdiyi halda bu sənədlərin kağız daşıyıcıda tərtib edilməsinə ehtiyac varmı?

Dövlət Vergi Xidmətindən bildirilib ki, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” ilə tənzimlənir.

Qaydanın 9-cu bəndinin müddəalarına əsasən “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının alış aktı”, “İstehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Alış sifarişi”, “Hazır məhsulların təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının buraxılışı tələbnaməsi”, “İstehsal ehtiyatlarının istehsala buraxılışı qaimə-fakturası”, “Köməkçi istehsal məhsullarının əsas istehsala buraxılışı qaimə-fakturası”, “Zay məhsullara dair akt”, “Zay məhsulların təhvil-qəbul aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”, “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” və “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir.

İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin istifadəsində adıçəkilən sənədlərin tərtibi və dövriyyəsini dəstəkləyən elektron informasiya sistemi mövcud olduğu və bu sənədlərin tərtib edilərək elektron qaydada təsdiq edilməsi təmin edildiyi halda (misal: istehsal ehtiyatlarının təsərrüfatdaxili (anbardan-anbara) hərəkəti elektron qaydada sənədləşdirilərkən bu zaman istehsal ehtiyatlarını göndərən və qəbul edən maddi məsul şəxslər tərəfindən bu sənədlərin elektron sistem üzərində tərtib və təsdiq imkanına malik olması) həmin sənədlər çap edilmədən tətbiq edilə bilər.

Vergi ödəyicisinin istifadəsində müvafiq texniki imkanlara malik elektron informasiya sistemi mövcud olmadıqda isə sənədlər kağız daşıyıcıda çap edilərək müvafiq qaydada təsdiq edilir.
Qeyd edilənlərə əsasən, müəssisənin təsərrüfatdaxili əməliyyatları tam həcmdə elektron informasiya sistemi ilə rəsmiləşdirildiyi halda təsərrüfat məqsədləri üçün həmin sənədlərin kağız daşıyıcıda çap edilməsi zəruri deyil.

Eyni zamanda, müəssisədə vergi orqanları tərəfindən vergi nəzarəti tədbirləri keçirilən zaman qeyd olunan proqram təminatında elektron qaydada tərtib olunan sənədlər vergi orqanının vəzifəli şəxslərinə təqdim edilməlidir.

Əsas: Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”


Mənbə: vergiler.az


Yaponiyanın iqtisadiyyatı haqqında 13 fakt (3-cü hissə)

posted in: Xəbər | 0

yapiniyanın iqtisadiyyatı7. Dünyada ən yüksək uzunömürlülük – bu, insanlar üçün yaxşı, iqtisadiyyat üçün isə pisdir

Lakin, Yaponiyanın özü üçün bu bir problemdir, çünki ölkədə pensiyaçıların sayı çoxdur, doğum səviyyəsi isə çox aşağıdır. Əgər 1960-cı illərdə hər bir ailəyə orta hesabla 2 uşaq düşürdüsə, hazırda bu 1,3 uşaq səviyyəsindədir.

1995-ci ildə Yaponiyada yaşı 15-dən 64-ə kimi olan adamların sayı 87,3 milyon nəfər təşkil edirdi, 2015-ci ildə onların sayı 78,9 milyon nəfərə kimi azalıb. Yaşı 65 yuxarı olanların sayı isə 18,3 milyon nəfərdən, 31 milyon nəfərə yüksəlib.

Əmək qabiliyyətli əhali nə üçün bu qədər vacibdir və onun azalması iqtisadiyyat üçün niyə pisdir? Çünki bu, əlavə dəyər yaradır. Daha çox pensiyaçı və daha az gənc, daha az əlavə dəyər deməkdir.

Qalan əmək qabiliyyətli yaponların isə yükü artır, çünki onlar qocaları pensiya ilə təmin etməli və dövlət isə sosial sahəyə getdikcə daha çox pul ayırmalı olur.

8. Balıq ovu üzrə dünyada beşinci yer – və ÜDM-də kənd təsərrüfatının cəmi 1 faiz payı

Post-sənaye iqtisadiyyatı üçün tipik vəziyyətdir. Və halbuki, kənd təsərrüfatı üçün ayrılmış torpaqlar ölkə ərazisinin, təxminən, 13% -ni əhatə edir. Bu torpaqların yarıdan çoxu düyü istehsalı üçün istifadə olunur.

9. Yaponiya elmə və tədqiqatlara ÜDM-nin 3,6 faizini sərf edir

Bu, İƏİT-nin 2014-cü il məlumatındandır. Amma, digər ölkələrlə rəqabət daha da çətinləşir, çünki getdikcə daha çox dövlətlər müasir texnologiyalara çıxış əldə edirlər. Hazırda Yaponiya yüksək texnologiyalar sahələrində Qərblə rəqabət aparır və sənayedə isə tədricən daha az əlavə dəyərə malik olan Tayvan və Koreya ona çatmaqdadır.

10. Ona görə də yapon brendləri – dünyada ən bahalı və ən məşhur markalardan biridir

Elə götürək, Toyota şirkətini – sözügedən şirkət Fortune Global 500 siyahısında 9-cu yerdədir və dünyanın ən nəhəng avtomobil istehsal edən ictimai şirkətidir. Halbuki vaxtilə həmin şirkət toxuculuq sənayesindən ötrü avtomatik toxuculuq dəzgahlarının istehsalı ilə fəaliyyətə başlamışdı.

Yapon texnologiyası və optikası da dünya miqyasında şöhrət qazanıb: Nikon, Sony, Panasonic, Nintendo.

11. 40 faiz avtomobil ixracı

1980-ci illərdən bəri Yaponiya ardıcıl olaraq dünyanın ən yaxşı 10 avtomobil istehsalçısı arasında yer alır. Ötən il öz yerini yalnız Çinə güzəştə gedərək, ikinci yeri tutub.


Məqalənin 2-ci hissəsini keçidə daxil olmaqla oxuya bilərsiniz


12. Ölkədə resurslar azdır, buna görə onlardan qənaətlə istifadə edirlər

Əhali və sənaye istehsalı həcmlərinin artmasına baxmayaraq, yaponlar təbii resursların istehlakının məqbul səviyyəsini qoruyub saxlaya biliblər. Enerji resurslarının istehlakı, ümumiyyətlə, Qərbi Avropada olduğu kimi, bir nəfər üçün 4200 kq yanacaq təşkil edir. Onları əsasən ABŞ, Çin və Avstraliyadan idxal edirlər.

13. İqtisadi siyasət dünyaya keyfiyyətli və mürəkkəb məhsullar satmağı hədəflənib

Yaponlar dünya ərzaq məhsulları bazarını fəth etməyi planlaşdırırlar, özü də onlar bahalı seqmentə hədəfləniblər: vaqasi şirniyyatı, yaqut üzümü, mavi tuna filesi. Onlar rəqabət apara bilirlər – aşağı kalorili yapon mətbəxinin sağlamlıq faydaları çoxdan sübut olunub.

Sənaye ixracında da yaponlar kəmiyyətdən çox keyfiyyətə diqqət yetirməyi planlaşdırırlar. Əsas məhsul – mürəkkəb və bahalı mallardır: optika, robotlar, elektron məhsullar. İndi kütləvi və ucuz malların istehsalı Çin filiallarına və Cənub-Şərqi Asiyanın digər ölkələrinə verilir, lakin Yaponiya ənənəvi olaraq texniki cəhətdən mürəkkəb montaj və istehsal işlərini özü həyata keçirir.

Yaponiya iqtisadiyyatının necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir, çünki ona mədəni xüsusiyyətlər də təsir edir. Çox güman ki, ölkə 80-ci illərin göstəricilərinə qayıda bilməyəcək, lakin yaxın onilliklərdə Yaponiya mütləq şəkildə ən inkişaf etmiş iqtisadiyyatlar və həyat səviyyəsi yüksək olan ölkələr siyahısında qalacaq. Yaponiya yüksək texnologiyalı mallar istehsal edir və buna görə də istehsal etdiyi mallar bahalıdır. PwC-yə görə, bu, onun ilk beş qlobal lider sırasında yer almasını mütləq şəkildə təmin etməyəcək, amma, 2050-ci ilə qədər Yaponiyanın dünyanın səkkizinci ən böyük iqtisadiyyatı olacağı təxmin edilir. Səkkizinci və yaxud iyirminci yer olsun, bu, yenə də əla nəticədir.


Qısaldılmış iş vaxtının tətbiqi

posted in: Xəbər | 0

Tam iş vaxtıİşçilərin ayrı-ayrı kateqoriyalarına onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallarla bağlı qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Mövzuya insan resurslarının idarə olunması mütəxəssisi Nihad Əliyev “Əmək qanunvericiliyinin tətbiqi və əmək haqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” kitabında aydınlıq gətirir.

Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən, qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci dərəcə əlilliyi olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.

Məcəlləyə uyğun olaraq qısaldılmış iş vaxtının tətbiq olunmasının əsasları üç səbəblə əlaqəlidir:

– işçilərin yaşı, səhhəti;

– əmək şəraiti;

– əmək funksiyaları.

Qısaldılmış iş vaxtı ilə çalışan işçilərin həftəlik iş norması 36 və bəzi hallarda 24 saatdan çox ola bilməz. Əmək Məcəlləsinin 91-ci maddəsindən aydın olur ki, burada məhdudiyyət həftəlik iş vaxtına təyin olunub. Yəni işçi həftəlik 36 saatdan çox olmamaq şərtilə gündəlik 8 saat çalışa bilər.

Misal 1: Tutaq ki, 2-ci qrup əlil olan işçi həftəlik 5 iş günü olmaqla çalışır. Bu zaman o, həftənin 4 iş gününü 8 saat, son bir iş gününü isə 4 saat (32+4) çalışa bilər. Yəni, burada əsas şərt həftəlik 36 saat normasının gözlənilməsidir.

Qısaldılmış iş vaxtı tətbiq oluna hallar və həmin hallara əsasən müddətlər aşağıdakı kimidir:

1. 16 yaşınadək işçilər – həftəlik 24 saat;

2. 16-18 yaş arası işçilər – həftəlik 36 saat;

3. 1-ci və 2-ci qrup əlilliyi olan şəxslər – həftəlik 36 saat;

4. Hamilə qadınlar – həftəlik 36 saat;

5. Yaş yarımadək uşağı olan qadınlar – həftəlik 36 saat;

6. 3 yaşınadək uşağı olan qadınlar – həftəlik 36 saat.

Bu hallarla bağlı təcrübədə tətbiq olunan bəzi yanlışlıqları qeyd etmək istərdim. Bəzən 3-cü qrup əlilliyi olan şəxsə də həftəlik 36 saat iş vaxtı təyin olunur. Bu, doğru deyil. Həmin işçilərin həftəlik 36 saat çalışması ilə bağlı tələb yoxdur. Əmək Məcəlləsinin 91-ci maddəsində həftəlik 36 saat iş vaxtının tələb olunamsı 1-ci və 2-ci qrup əlilliyi olan şəsxlərə aid edilir.


Kriptovalyuta əməliyyatları vergiyə hansı formada cəlb olunur?


Digər bir məqam da 3 yaşınadək uşağı olan qadınlara bütün hallarda qısaldılmış iş vaxtının tətbiq olunmasının yanlışlığıdır. İlk növbədə, qeyd eədk ki, həftəlik 36 saatlıq iş vaxtının təyin olunması yaş yarımadək uşağı olan qadınlara aiddir. Qadın uşağını yaş yarımdan sonra təkbaşına böyüdürsə, bu zaman ona həftəlik 36 saatdan çox olmayaraq qısaldılmış iş vaxtı uşağın 3 yaşı tamam olana qədər tətbiq olunur.

Misal 2: Tutaq ki, “HR and Accointing Center” MMC-də mühasib vəzifəsində həftəlik 40 saat çalışan qadın bir müddət sonra hamilə olması ilə bağlı təsdiqedici sənədi (qadın məsləhətxanasından arayış) təqdim edib. Bu zaman həmin qadına aid əmək müqaviləsində dəyişiklik edilərək həftəlik 36 saat iş vaxtı müəyyən olunur və elektron informasiya sistemində müvafiq dəyişiklik aparılır. Dəyişikliklə bağlı əlavə sənədləşdirmənin aparılmasına ehtiyac yoxdur.

Əmək Məcəlləsinin 92-ci maddəsinə əsasən, əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. Əmək şəraiti ağır zərərli olan işlər Nazirlər Kabinetinin 6 noyabr 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı” ilə müəyyən olunub.

Əmək Məcəlləsinin 93-cü maddəsinə əsasən, yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində (həkimlərə, müəllimlərə, elektrotexniki qurğularda, cihazlarda və qanunvericilikdə nəzərdə tutulan digər iş yerlərində işləyənlərə) həftə ərzində 36 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin xüsusi xarakterli vəzifələr Nazirlər Kabinetinin 12 avqust 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı” ilə müəyyən olunub.

Mənbə: “Əmək qanunvericiliyinin tətbiqi və əmək haqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” kitabı.


Mənbə: vergiler.az


1 505 506 507 508 509 510 511 2. 387