Dövlət Xidməti vergi ödəyicilərinə xəbərdarlıq edib

posted in: Uncategorized | 0

bank hesabı , elektron ticarət , maliyyə lizinqi , kriptovalyuta əməliyyatları , ƏDV məbləği . vergi öhdəliyi , vergiyə cəlb , mtəəsiz və riskli əməliyyatlar, MMC-nin təşkilati-hüquqi forması, müştərək investisiya , ƏDV qeydiyyatı , təsərrüfat əqdləri , yay təcrübə proqramı , maddi yardımlar , ödənilmiş aksizlər , xarab olan mallar , vergiyə cəlb , ipoteka predmeti , əmlak vergisi , sabit qəbz , kasa çeki , vergiyə cəlb , mənzili satarkən vergi , vergi tutulması , xammal və material sərfi, Yay Təcrübə Proqramı , DVX , Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuAzərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinə məxfi məlumatları üçüncü tərəfə verməməyi tövsiyə edib.

Bu barədə Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə etdiyi müraciətdə qeyd edilir.

“Adınızdan Sizdən xəbərsiz əməliyyatların aparılmaması, o cümlədən su-istifadə hallarının yol verilməməsi məqsədilə “Asan İmza” sim kartınızın və ona məxsus məxfi kodların kənar şəxslərə verilməsi yolverilməzdir.

“Asan İmza” (Mobil İmza) bütün elektron xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyinizi təsdiqləmək üçün sizin mobil identifikasiyanızdır. “Asan İmza” bütün mövcud elektron xidmətlərdən istifadəni mümkün edir”, – müraciətdə deyilir.

9 mart 2004-cü il tarxili 602-IIQ nömrəli “Elektron imza və elektron sənəd haqqında” Qanunun 2-ci madddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, elektron imza və elektron sənəd müvafiq vasitələr tətbiq olunmuş bütün fəaliyyət sahələrində istifadə oluna bilər. Elektron sənəd vasitəsilə rəsmi və qeyri-rəsmi yazışmalar, hüquqi məsuliyyət və öhdəliklər doğuran sənəd və informasiya mübadiləsi aparıla bilər.


Mənbə: report.az


Əmək müqaviləsinin tələb olunduğu hallar

posted in: Xəbər | 0

vakansiyaMəlum olduğu kimi, ötən il Əmək Məcəlləsində edilmiş dəyişikliklərdən sonra xidməti müqavilələrin bağlanması ilə bağlı yeni qaydalar tətbiq olunmağa başlayıb. Yeni qaydalara əsasən, əmək münasibətlərinin mövcud olduğu şərtlərdə xidməti müqavilələrin əmək müqavilələri ilə əvəzlənməsi tələb edilir.

Dövlət Vergi Xidməti qaydaların tətbiqini şərh edib.

Məlumata görə, Əmək Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi Məcəllənin vəzifə və prinsiplərinə əlavə edilib. Əmək Məcəlləsində tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab olunan və onların mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilməyən hallar müəyyən edilib.

Bu dəyişikliklərdə ən vacib və bu günə qədər mübahisə yaradan bir neçə hal var ki, həmin məqamlara xüsusi diqqət yetirmək vacibdir. Tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifə tutma, kvota üzrə işədüzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yaranırsa, bu zaman işçi ilə mütləq şəkildə əmək müqaviləsi bağlanılmalıdır.

Əgər şəxs işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunubsa, bu zaman da tərəflər arasında mülki-hüquqi müqavilənin bağlanılmasına yol verilmir.

Göstərilən xidmətə görə ödənilən haqqın tərkibi Əmək Məcəlləsinin 157-ci maddəsinin 3-cü hissəsində qeyd edilmiş aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda əmək müqaviləsi bağlanılması mütləq sayılır.

Mülki-hüquqi müqavilələr müvəqqəti xarakterə malik olduğu zaman müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimlənəndə yaranmış münasibətlər əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Mülki-hüquqi müqavilələrdə tərəflərdən biri digər tərəf qarşısında əmək məzuniyyəti, təhsil məzuniyyəti, işdənçıxma müavinəti, istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiya və sair kimi öhdəlikləri öz üzərinə götürürsə, bu cür münasibətlər də əmək münasibətləri hesab olunur.

Ötən dövr ərzində Dövlət Vergi Xidməti tərəfindən aparılan nəzarət tədbirləri zamanı hələ də bəzi sahibkarlar tərəfindən qanunvericiliyin yeni tələblərinə əməl edilmədiyi aşkar olunub. Çox zaman sahibkar işəgötürənin üzərinə düşən vergi öhdəliklərini azaltmaq məqsədilə işçi ilə əmək müqaviləsi əvəzinə xidməti müqavilə bağlayır.

Belə olan halda, həmin şəxs vergi orqanında vergi uçotuna durmağa məcbur olur və bu zaman o, artıq vergi ödəyicisi kimi dövlət qarşısında öhdəliklərini (vergi, sosial ödənişlər, bəyannamələrin təqdim olunması, həmin bəyannamələri gecikdirdiyi zaman maliyyə sanksiyaları və cərimələrin ödənilməsi) yerinə yetirməyə borcludur.

Bu cür faktlar aşkar edildikdə sahibkara vergidən yayınma halı kimi müvafiq tədbirlər görülür. Bu baxımdan, belə həssas məqamlar əmək və xidməti müqavilələrin bağlanması zamanı mütləq nəzərə alınmalıdır. Bütövlükdə, qanunvericilikdə edilmiş dəyişikliklər, biznesin fəaliyyətində “ağarma” proseslərinin sürətlənməsi, dövlət orqanları tərəfindən həyata keçirilən müvafiq tədbirlər əmək bazarında şəffaflaşmanın, əmək müqavilələrinin və əməkhaqqı fondunun “ağarması”nın davam edəcəyinə əminlik yaradır.

Dövlət Vergi Xidməti bir daha bildirir ki, işəgötürənlər işçilərin əmək müqaviləsi əsasında işə cəlb olunması ilə bağlı qanunvericiliyin tələblərinə əməl etməli, habelə mal və pul vəsaitlərinin uçotdan gizlədilməsi hallarına yol verməməlidirlər. Vergi ödəyicisi tərəfindən əmək müqaviləsinin şərtləri altında işçilərlə xidməti müqavilənin bağlanması yolverilməzdir. Xidməti müqavilə bağlamaqla vətəndaşlar işəgötürənin vergi və sosial öhdəliklərini öz üzərinə götürmüş olurlar ki, bu da onların hüquqlarının pozulması deməkdir. Əmək müqaviləsi olmayan və əməkhaqqını qeyri-leqal alan işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin ödənilməməsi ilə rastlaşır və ən əsası, gələcəkdə pensiya təminatından məhrum olurlar.


Azərbaycan Metrologiya İnstitutu auditor seçib

posted in: Xəbər | 0

Auditor , əlavə xərclər , Mühasib , Maliyyəçi , Auditor , Vakansiya, Kiçik Mühasib, Əmlak vergisi, Auditor, Vakansiya, Maliyyə, dövrlər, vergi öhdəlikləri Sadələşdirilmiş vergi ödəyicisiAzərbaycan Metrologiya İnstitutu 2021-ci il üçün illik maliyyə-təsərrüfat fəaliyyətinin auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verilir ki, tenderin qalibi “Azel-Audit” MMC-dir.

Qalib şirkətə 3 min manat ödəniləcək.


Mənbə: report.az


İş ili və təqvim ili: fərqli xüsusiyyətləri

posted in: Xəbər | 0

Yeni ilİqtisadi ədəbiyyatda, eləcə də sənədləşdirmə işlərində “iş ili” və “təqvim ili” terminlərindən geniş istifadə olunur. Bəs bunların bir-birindən fərqi nədir? Suala insan resurslarının idarə olunması mütəxəssisi Nihad Əliyev aydınlıq gətirir.

Əmək müqaviləsi əsasında çalışan hər bir işçi Əmək Məcəlləsində qeyd olunan bütün növ məzuniyyətlərdən istifadə edə bilər. Əmək məzuniyyəti ilə bağlı isə bu anlayışlara diqqət yetirmək zəruridir:

  • iş ili;
  • əsas və əlavə məzuniyyət günləri;
  • təqvim günləri.

Əmək məzuniyyəti iş ilinə görə müəyyən olunur. Əmək Məcəlləsinin 113-cü maddəsinə əsasən, iş ili işçinin işə götürüldüyü gündən başlayır və növbəti ilin həmin günü başa çatır.

Misal 1: Tutaq ki, işçi “HR and Accounting Center” MMC-də 10 yanvar 2021-ci il tarixdə ofis meneceri vəzifəsinə işə qəbul olunub. Deməli, həmin işçinin iş ili 10 yanvar 2022-ci il tarixdə tamamlanır. Bu halda işçinin iş ili əmək müqaviləsinin müvafiq bölməsində 10.01.2021-10.01.2022-ci il kimi qeyd olunacaq. Ancaq təcrübədə bəzən bu tarixlə bağlı fikir ayrılığı yaranır. Yuxarıda göstərdiyimiz misalda iş ili faktiki olaraq 10.01.2021 – 09.01.2022-ci il tarixləri arasında tamamlanır. Amma Əmək Məcəlləsinin 113-cü maddəsində konkret qeyd olunub ki, iş ili növbəti ilin həmin günü başa çatır. Ona görə də bizim misalımızdakı iş ilinin 10.01.2021-10.01.2022-ci kimi göstərilməsi daha məqsədəuyğun olar.

Bununla belə, iş ilinin müddəti əmək müqaviləsində hər iki formada qeyd oluna bilər, burada işçinin mənafeyi baxımından hüquqların hər hansı məhdudlaşdırılması baş vermir.

Bəzən təcrübədə “iş ili” və “təqvim ili” anlayışları yanlış anlaşılır. İş ili işçinin işə başladığı tarix ilə əlaqəlidir və işə başladığı tarixdən başlayır, növbəti ilin həmin günü başa çatır. Təqvim ili isə yanvar ayının 1-dən başlayır və dekabr ayının 31-də bitir. Təcrübədə bəzən işçinin əmək məzuniyyətinə təqvim ilinin sonuna qədər çıxması tələbi irəli sürülür. Bu, birmənalı olaraq yanlışdır. İşçi iş ili başa çatdıqda müvafiq iş ilinə uyğun əmək məzuniyyətindən istifadə etməlidir.

Misal 2: Tutaq ki, işçi 1 fevral 2021-ci il tarixində mühasib vəzifəsinə qəbul edilib. Bu halda iş ili 1 fevral 2021-1 fevral 2022-ci il tarixlərini əhatə etdiyinə görə həmin şəxs müvafiq iş ilinə uyğun olaraq əmək məzuniyyətini təqvim ilinin sonuna (31 dekbar 2021-ci il) qədər deyil, iş ilinin sonuna (1 fevral 2022-ci il) qədər istifadə etməlidir.

Əmək məzuniyyəti təqvim günləri ilə müəyyən olunur. “Təqvim günləri” dedikdə, istehsalat təqviminə əsasən, bütün günlər – iş günləri, istirahət günləri, iş günü hesab edilməyən bayram günləri, ümumxalq hüzn günü və səsvermə günləri nəzərdə tutulur. Əmək məzuniyyətinin təqvim günləri ilə müəyyən olunmasına baxmayaraq, Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən, yuxarıda qeyd olunan yalnız iş günü hesab edilməyən bayram günləri əmək məzuniyyəti günlərinə daxil deyil. Beləliklə:

Əmək məzuniyyəti günləri = təqvim günləri – iş günü hesab edilməyən bayram günləri.


Fiziki şəxs faktiki yaşayış yeri üzrə vergi uçotuna alına bilərmi?


Misal 3: İşçi 20 fevral 2022-ci il tarixdə ərizə ilə müraciət edərək 1 mart 2022-ci ildən etibarən 10 təqvim günü müddətinə əmək məzuniyyətindən istifadə etmək istəyir. Bu müraciət əsasında insan resursları mütəxəssisi ən azı 5 təqvim günü öncədən əmək məzuniyyəti ilə bağlı əmr hazırlayır. Əmrdə qeyd olunası məlumatlar isə Əmək Məcəlləsinin 138-ci maddəsinə əsasən müəyyən olunmalıdır. Bu zaman 1 mart əmək məzuniyyətinin başlama tarixi, 11 mart bitmə tarixi, 12 mart isə işçinin işə başlama tarixi kimi qeyd olunmalıdır. Əmək məzuniyyəti 1 mart tarixindən başladığı halda, 10 təqvim günü martın 10-da bitir. Ancaq 8 Mart Beynəlxalq qadınlar günü iş günü hesab edilməyən bayram günüdür. Buna görə də həmin gün əmək məzuniyyəti günlərinə daxil edilmir. Nəticədə, əmək məzuniyyətinin bitmə tarixi 10 mart 2022-ci il deyil, 11 mart 2022-ci il, işçinin işə başlama tarixi isə 12 mart 2022-ci il tarixi müəyyən olunur (6 günlük iş vaxtı).

Bəzən 20 Yanvar Ümumxalq hüzn günü əmək məzuniyyəti günlərinə daxil edilmir, yəni həmin gün məzuniyyət günlərinə təsadüf etdikdə məzuniyyət günləri uzadılır. Bu, yanlışdır. Çünki Əmək Məcəlləsində bununla bağlı konkret müddəa yoxdur. Məcəllənin 114-cü maddəsinə əsasən, yalnız iş günü hesab edilməyən bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və həmin günlər üçün məzuniyyət haqqı ödənilmir.

Təcrübədə maraq doğuran məqamlardan biri də bu sualla bağlıdır: əmək məzuniyyəti gününün başlama tarixi istirahət günləri ola bilərmi?

Qanunvericilik buna yol verir. Tutaq ki, işçinin istirahət günü həftənin şənbə və bazar günləridir, işçi həmin günlər üçün tərəflərin qarşılıqlı razılığı əsasında əmək məzuniyyətindən istifadə edə bilər.

Əlavə olaraq qeyd edək ki, məzuniyyət təqvim günləri ilə müəyyən olunduğu üçün işçi həftənin bazar günündən başlayaraq 10 təqvim günü müddətində əmək məzuniyyətindən istifadə edə bilər. Çünki təqvim günlərinə istirahət günləri də daxildir.

Təcrübədə maraq doğuran daha bir məsələ növbəti ilin əmək məzuniyyəti ilə bağlıdır. Bəzən işçi müfaviq iş ilinin əmək məzuniyyətindən istifadə etdikdən sonra növbəti iş ili üçün də məzuniyyətə çıxmaq istəyir. Lakin bu, işçi məzuniyyət hüququndan istifadə etmək istədiyi növbəti iş ili başladıqdan sonra ola bilər.

Misal 4: İşçi 1 fevral 2021-ci ildə işə qəbul olunub: onun iş ili 1 fevral 2021-ci il – 1 fevral 2022-ci il müddətidir. Həmin iş ili üçün işçi əmək məzuniyyətindən tam istifadə edib. Buna baxmayaraq, 5 yanvar 2022-ci ildə növbəti iş ilinə (1 fevral 2022-ci il – 1 fevral 2023-cü il) aid əmək məzuniyyətindən istifadə etmək üçün işəgötürənə müraciət edir. Bu halda işçinin müraciəti qəbul olunmayacaq, çünki onun müraciəti 1 fevral 2022-ci ildən, yəni növbəti iş ilinin başlamasından əvvələ düşür.

Mənbə: “Əmək qanunvericiliyinin tətbiqi və əmək haqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” kitabı.


Mənbə: vergiler.az


1 502 503 504 505 506 507 508 2. 387