Kapital Bank regionlarda “Karyera Marafonu”na start verdi

posted in: Xəbər | 0

Ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürən şirkəti olan Kapital Bank regionlarda yeni layihəyə start verdi. “Karyera Marafonu” adı altında keçirilən tədbir 24 iyun 2022-ci il tarixində ilk olaraq Gəncə şəhərində – Gəncə Dövlət Aqrar Universitetinin Mühəndislik korpusunda olan Tələbə parkında baş tutub.

Tədbir Gəncə şəhəri İcra hakimiyyəti, Gəncə-Daşkəsən regional Məşğulluq İdarəsi, Gəncə  Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Gəncə Texnologiya Universiteti, Gənclərin İnkişafı və Karyera Mərkəzinin dəstəyi ilə keçirilib. Marafonun əsas məqsədi gənclərlə görüşmək, onların şəxsi inkişaflarına töhfə vermək və istedadlıları peşəkar karyera dünyasına cəlb etməkdir. Marafon çərçivəsində karyera sərgisi, kiçik müsahibələr, təlim və seminarlar, həmçinin müxtəlif workshop-lar keçirilib.

“Bildiyiniz kimi Kapital Bank mütəmadi olaraq ali məktəblərdə müxtəlif karyera günləri keçirir. Bu dəfə qərara gəldik ki, regionlarda da analoji tədbirlər təşkil edək və ölkənin iri şəhərlərində olan gənclərə karyera qurmaqda köməklik göstərək. Marafonumuza ilk olaraq Gəncədən başladıq. Lakin marafon Azərbaycanın digər regionlarında da davam etdirəcəyik. Əgər Siz də bizim marafona qoşulmaq istəyirsinizsə, Kapital Bank-ın sosial şəbəkələrdəki səhifələrini izləyin və tədbirin keçiriləcəyi şəhər və məkan barədə ilk olaraq xəbər tutun”, – deyə, Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova bildirib.

Qeyd edək ki, Kapital Bank əməkdaşları sırasına qoşulmaq istəyən istedadlı, özünə güvənən və öyrənib-inkişaf etmək istəyən namizədlər üçün hazırda aktiv vakansiyalar mövcuddur. Müraciət etmək istəyən şəxslər https://hr.kapitalbank.az portalına daxil olmaqla mövcud vakansiyalarla tanış ola bilərlər.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 106 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.


Kapital Bank sahibkarlar üçün tədbir təşkil etdi


İxrac qeydi ilə satış həyata keçirən şəxslərə hansı tələblər qoyulub?

posted in: Xəbər | 0

bank hesabı , elektron ticarət , maliyyə lizinqi , kriptovalyuta əməliyyatları , ƏDV məbləği . vergi öhdəliyi , vergiyə cəlb , mtəəsiz və riskli əməliyyatlar, MMC-nin təşkilati-hüquqi forması, müştərək investisiya , ƏDV qeydiyyatı , təsərrüfat əqdləri , yay təcrübə proqramı , maddi yardımlar , ödənilmiş aksizlər , xarab olan mallar , vergiyə cəlb , ipoteka predmeti , əmlak vergisi , sabit qəbz , kasa çeki , vergiyə cəlb , mənzili satarkən vergi , vergi tutulması , xammal və material sərfi, Yay Təcrübə Proqramı , DVX , Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuİxrac qeydi ilə satış həyata keçirən şəxsə (istehsalçıya) dair hansı tələblər vardır?

Suala cavab olaraq Dövlət Vergi Xidmətindən bildirilib ki, həmin şəxslərə aşağıdakı tələblər irəli sürülüb:

– İxrac qeydi ilə satılan malların istehsalçı tərəfindən bilavasitə Azərbaycan Respublikasının ərazisində istehsal olunan qeyri-neft məhsulu olması;

– İxrac qeydi ilə satılmış malların büdcə qarşısında yaranacaq öhdəliklərin yerinə yetirilə bilməsinin təminatı kimi çıxış edəcək təminatı (bank qarantiyasını və ya depoziti) ixracatçıdan əldə etməsi.

– İxrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxsə (ixracatçıya) dair tələblər

– Ən azı 1(bir) il müddətində idxal-ixrac əməliyyatlarını həyata keçirməsi;

– İxrac qeydi ilə alınmış malların büdcə qarşısında yaranacaq öhdəliklərin yerinə yetirilə bilməsinin təminatı kimi çıxış edən, istehsalçı tərəfindən əvvəlcədən müəyyən olunmuş təminat (bank qarantiyası və ya depozit) məbləğinin ixracatçı tərəfindən ödənilməsi.

Bu tələblər “Malların ixrac qeydi ilə satışı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsaslanır.


Mənbə: vergiler.az


Dövlət Məşğulluq Agentliyi auitor seçib

posted in: Xəbər | 0

auditor vakansiyaƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi 2021-ci il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verilir ki, tenderin qalibi “Baker Tilly Audit Azərbaycan” QSC-dir.

Qalib şirkətə 66 min manat ödəniləcək.


Mənbə: report.az


Kapital Bank sahibkarlar üçün tədbir təşkil etdi

posted in: Xəbər | 0

Kapital Bank hər zaman sahibkarların daha rahat və fasiləsiz xidmət almaları üçün müxtəlif innovativ və onlayn yeniliklər təqdim edir. Bir neçə yeni xidməti təqdim etmək üçün Kapital Bank 22 iyun 2022-ci il tarixində sahibkarları, tərəfdaşları JW Marriott Absheron Baku Hotelə topladı. “Məsafə saxlamırıq!” şüarı ilə keçirilən tədbiri keçirməkdə məqsəd yeni onlayn xidmətləri real olaraq nümayiş etdirmək, həmçinin sahibkarları maraqlandıran sualları cavablandırmaq idi.

Tədbiri açılış nitqi ilə Kapital Bank-ın Korporativ və KOS Satış İdarəsinin Baş Direktoru Fərid Hidayətzadə açdı. O, çıxışı zamanı Kapital Bank-ın sahibkarlarla əməkdaşlığının inkişafı, görülən işlər, gələcək planlar və bəzi statistik məlumatlar barədə məlumat verdi. Sonra isə Kapital Bank-ın əməkdaşları tərəfindən təqdimatlar keçirildi.

Kapital Bank-ın KOS və Korporativ bankçılıq sahəsinin kreditləşmə məhsulları üzrə məhsul sahibi Bəhruz Camalov üz tanıma funksiyası ilə müqavilələrin məsafədən imzalanması imkanı, KOS və Korporativ bankçılıq sahəsinin ödənişlər və köçürmələr üzrə məhsul sahibi Rüfət Səbziyev Müştəri Bank Mobile tətbiqinin biznes adamlarının gündəlik iş həyatının bir hissəsi olması, KOS və Korporativ bankçılıq sahəsinin POS məhsulları üzrə məhsul sahibi Günel Talıbova rəqəmsal ödənişlərdə yenilik olan Mobile POS məhsulu barədə, KOS və Korporativ bankçılıq sahəsinin açıq bankçılıq və B2B inteqrasiyalar üzrə məhsul sahibi Cavidan Alıcanov isə açıq API portalının sahibkarların işinin asanlaşdırılması imkanı haqqında ətraflı məlumat verdi.

Rəsmi hissə bitdikdən sonra foyedə hazırlanan xüsusi stenddə bir neçə yeni onlayn xidmətlərin, həmçinin Mobil POS-un real həyatda nə cür işləməsi qonaqlara nümayiş olundu və suallar cavablandırıldı.

Qeyd edək ki, Kapital Bank mütəmadi olaraq müştərilərə göstərilən xidmətləri və təqdim edilən məhsulların şərtlərini sadələşdirərək məsafədən həyata keçirilməsi üçün müxtəlif yeniliklər təqdim edir. Bununla da müştərilər vaxta qənaət etməklə prosesləri daha sürətli yerinə yetirə bilirlər.


1 499 500 501 502 503 504 505 2. 387