Qeyri-rezidentə elektron qaydada ödənişlər ƏDV-yə cəlb edilirmi?

posted in: Xəbər | 0

Qeyri-rezidentə edilən ödənişlər, kotirovka sorğusunun şərtlərini almaq, ƏDVNorveçə səyahət zamanı orada icarəyə götürdüyüm tam elektrikli avtomobili bir neçə dəfə enerji ilə doldurmuşam. Bunun haqqı olaraq bank kartımdan avtomatik qaydada müvafiq məbləğ silinib. Həmin məbləğdən 18% əlavə dəyər vergisi tutulub. Bu doğrudurmu?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddəsinə əsasən, elektron ticarət – informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, internet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir.

Azərbaycan Respublikasının hüdudlarından kənarda avtomobil kirayə götürülməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentə elektron qaydada ödənişlərin edilməsi elektron ticarət qaydasında həyata keçirilən iş və xidmətlər hesab edilmir və həmin ödənişlərdən banklar tərəfindən ƏDV tutulmur.

Hesabınızdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 169-cu və Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddələri.

Mənbə: vergiler.az


İşə qəbul olunarkən iş yerinə hansı sənədlər təqdim edilməlidir?


 

Qədim dövrdən bizim günlərə qədər biznesin tarixi

posted in: Məqalə, Xəbər | 0

Biznes – əsas məqsədi mənfəət əldə etmək olan biznes fəaliyyəti və ya fəaliyyət növüdür.

biznes, biznesin tarixi,

Biznesin müasir analoqlarının ilkin başlanğıcı hələ qədim dünya xalqlarının nümayəndələri tərəfindən qoyulub. Həmin uzaq dövrlərdə gəlir mənbəyi qismində çıxış edən yeganə fəaliyyət variantı həm malların, həm də xidmətlərin satışını nəzərdə tutan ticarət idi.

Qədim dünya tarixinə ekskurs

Müasir alimlərin nəzəri fərziyyəsinə görə, sadələşdirilmiş formalarda biznes insanların bir sıra səbəblərdən müstəqil şəkildə öz gücləri ilə istehsal edə bilmədikləri məişət əşyalarına və ərzaq məhsullarına ehtiyac hiss etməyə başladığı vaxtdan mövcud olmuşdur. Beləliklə, qeyd etmək olar ki, “əmtəə – əmtəə” və ya “mal – xidmət” münasibətləri ibtidai insanların dövründən bəri mövcuddur

Sənədləşdirilmiş mənbələrə gəldikdə isə, biznesin beşiyi qədim Mesopotamiyadır. Təşəbbüskar iş adamları tərəfindən əsas vəzifəsi maliyyə mənfəəti əldə etmək məqsədilə pul sövdələşmələrinin akkreditasiyası olan ilkin biznes icmaları, məhz, bu dövlətin ərazisində yaradılmışdı.

Qədim Yunanıstan və Qədim Roma kimi böyük dövlətlərin ərazisində biznesin inkişafı yüksək templə gedirdi. Fəaliyyəti muzdlu işçi qüvvəsi hesabına həyata keçirilən müasir bankların və iri müəssisələrin prinsipləri üzrə fəaliyyət göstərən ilk icmalar, məhz, Roma imperiyasının çiçəklənməsi dövründə meydana çıxmışdı. Artıq həmin dövrlərdə dövlət sahibkarların fəaliyyətinə nəzarət etməyə, vergitutma siyasətini həyata keçirməyə çalışırdı.

Orta əsrlər

Qüdrətli Roma imperiyasının süqutundan sonra biznesin – ticarətin, eləcə də digər fəaliyyətlərin sürətli inkişafı müşahidə olunurdu, əhəmiyyətli dəyişikliklərə məruz qalır və sürətlə inkişaf etməyə başlayırdı. Əhalinin daim artan tələbatları fonunda müəssisələrin, emalatxanaların, sənətkarlıq müəssisələrinin sayı əhəmiyyətli şəkildə artır, maliyyə və ticarət dövriyyəsinin dəyəri sürətlə yüksəlirdi.

Orta əsrlərin ayrıca nailiyyətləri bunlardır: sonradan satış məqsədi ilə ekzotik məhsullar almaq üçün başqa ölkələrə səyahət etmək zərurəti yaranırdı. Təhlükəsizliyin maksimum səviyyəsini təmin etməkdən ötrü ayrı-ayrı tacirlər böyük icmalarda birləşərək, böyük birliklər yaradırdılar, onların əsas vəzifələri maliyyə mənfəəti üçün məhsulların əldə edilməsi və satışı idi.


Kuba haqqında bilmədiyimiz 10 maraqlı fakt


Qədim dövrdən bizim günlərə qədər

XVII əsrin əvvəllərini haqlı olaraq biznesin çiçəklənməsi dövrü adlandırmaq olar. Məhz, bu dövrdən var-dövlət, sərvət uzun və gərgin zəhmətin nəticəsi hesab olunmağa başlanıldı. Məhz, bu dövrdə indi iş adamı adlandırıla biləcək insanların sayı sürətlə artırdı. Özü də bu zaman yalnız malların deyil, həm də tələb olunan xidmətlərin satışı həyata keçirilirdi.

“Biznes” termini ilk dəfə 17-18-ci əsrlərin əvvəllərində, “sənaye inqilabı” adlandırılan dövrdə, nəhəng insan resurslarına ehtiyac olmadan çoxlu sayda müxtəlif məhsullar istehsal etmək imkanları olduğu zaman istifadə edilib. Bazarın keyfiyyətli və ucuz mallarla dolması, eləcə də fərdi sahibkarların sayının artması nəticəsində biznes dünyası nümayəndələrinin kiçik və böyüklərə bölünməsi başlayıb.

Fəaliyyəti sənaye miqyasında malların istehsalından ibarət olan sahibkarlar kateqoriyasını ayrıca qeyd etmək lazımdır. Ticarətin həcmini və müvafiq olaraq mənfəəti artırmaq üçün yeni texnologiyaların inkişafına sərmayə qoymaq lazım gəlirdi. Beləliklə, cəmiyyət inkişafın tərəqqisinə görə, məhz, ayrı-ayrı fərdi sahibkarlara borcludur.

Biznesin sürətli artım və inkişafının növbəti mərhələsi 20-ci əsrin əvvəllərinə, yəni, dünyanın qlobal iqtisadi böhrandan çıxdığı dövrə təsdüf edib. O vaxtdan indiyə qədər fərdi sahibkarların sayı sürətlə artır, yeni-yeni iqtisadi nəzəriyyələr qurulur, innovativ ixtiralar həyata keçirilir. Hazırda virtual məkanın ərazisində kommersiya fəaliyyəti xüsusi populyarlıq və tələbat kəsb edir. Məhz, sürətlə inkişaf edən və getdikcə daha çox gəlir gətirən bu sahə gələcəyin biznesi hesab olunur.


İqtisadiyyatda dempinq: mahiyyəti, səbəbləri və nəticələri


İşə qəbul olunarkən iş yerinə hansı sənədlər təqdim edilməlidir?

posted in: Xəbər | 0

inzibati şikayət Dənizçinin şəxsiyyət sənədiİşə qəbul zamanı iş yerinə təqdim edilən sənədlərin bəziləri qanunvericilik üzrə məcburi xarakter daşısa da, bəziləri işəgötürənin və işçinin maraqlarına uyğun tələb olunur. Mövzunu Vəkillər Kollegiyasının üzvü, “LCG” vəkil bürosunun vəkili Əmiraslan Yusifov şərh edir.

Əmək Məcəlləsinin 48-ci maddəsinin 1-ci bəndinə əsasən, işə qəbul olunarkən mütləq təqdim edilməli olan sənədlər işçinin şəxsiyyətini təsdiq edən sənəd və əmək kitabçasıdır (ilk dəfə işə qəbul olunanlar istisna olmaqla). Bir müddət əvvəl dövlət sosial sığorta şəhadətnaməsinin təqdim olunması da məcburi xarakter daşıyırdı, artıq bu tələb ləğv edilib.

Əmək Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndinə əsasən, görüləcək işin xüsusiyyətləri nəzərə alınaraq, peşə hazırlığı və təhsilin olması zəruri hesab edilərsə, bu zaman müvafiq təhsil sənədi, həmçinin işçinin səhhətinə mənfi təsir göstərən amillər varsa, tibbi arayış da tələb edilə bilər. Bu maddənin son bəndində vurğulanır ki, Əmək Məcəlləsində nəzərdə tutulmamış, habelə işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin tələb edilməsi qadağandır.

Bundan əlavə, işçinin fərdi şəkildə qanuvericiliklə müəyyənləşdirilmiş güzəşt və imtiyazlardan istifadə edə bilməsi üçün aşağıda göstərilən sənədlər də tələb olunur:

Sənədin adı Əsas güzəştlər
Əlillik vəsiqəsi
  • Vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər attestasiya olunmurlar (Əmək Məcəlləsi, 66-cı maddə);
  • əlilliyə görə pensiyaya çıxdığı zaman ərizəsində göstərdiyi gün işdən çıxa bilir (Əmək Məcəlləsi, 69.3-cü maddə);
  • ixtisar zamanı ixtisasları və ya peşəkarlıq səviyyələri eyni olduğu halda həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərin işdə saxlanmasına üstünlük verilir (Əmək Məcəlləsi, 78.2-ci maddə);
  • I dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv olunması qadağandır (Əmək Məcəlləsi, 79.1-ci maddə);
  • I və II dərəcə əlilliyi olan işçilər 36 saatdan artıq olmayan qısaldılmış iş vaxtı ilə işləyirlər (Əmək Məcəlləsi, 91.2-ci maddə);
  • əlilliyin dərəcəsindən, səbəbindən və müddətindən asılı olmayaraq əlilliyi olan, o cümlədən sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir (Əmək Məcəlləsi, 119-cu maddə);
  • iş yerindəki ilk ilində 6 ayı gözləmədən əmək məzuniyyətindən istifadə etmək hüququ verilir (Əmək Məcəlləsi, 131.4-cü maddə, “e” bəndi).
Şəhid ailəsi üzvü vəsiqəsi
  • İxtisar zamanı ixtisasları və ya peşəkarlıq səviyyələri eyni olduğu halda işdə saxlanmasına üstünlük verilir (Əmək Məcəlləsi, 78.2-ci maddə).
Hərbi bilet və ya müharibədə iştirakı sübut edən digər sənəd
  • Müharibə iştirakçılarına ixtisar zamanı ixtisasları və ya peşəkarlıq səviyyələri eyni olduğu halda işdə saxlanmasına üstünlük verilir (Əmək Məcəlləsi, 78.2-ci maddə);
  • Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, “İstiqlal” ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir (Əmək Məcəlləsi, 120-ci maddə).
Uşaqların doğum haqqında şəhadətnaməsi
  • Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir (Əmək Məcəlləsi, 117-ci maddə);
  • İxtisar zamanı ixtisasları və ya peşəkarlıq səviyyələri eyni olduğu halda işdə saxlanmasına üstünlük verilir (Əmək Məcəlləsi, 78.2-ci maddə);
  • on dörd yaşına çatmamış, yaxud sağlamlıq imkanları məhdud uşağı olan qadınlara ərizələrilə işəgötürən natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən edilir (Əmək Məcəlləsi, 94.3-cü maddə).
Məcburi köçkün vəsiqəsi
  • bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər attestasiya olunmur (Əmək Məcəlləsi, 66-cı maddə);
  • ixtisar zamanı ixtisasları və ya peşəkarlıq səviyyələri eyni olduğu halda işdə saxlanmasına üstünlük verilir (Əmək Məcəlləsi, 78.2-ci maddə);
  • əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında 100% müavinət verilir (Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı, 62-ci bənd).
Qaçqınlıq vəsiqəsi
  • bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər attestasiya olunmurlar (Əmək Məcəlləsinin 66-cı maddəsi);
  • ixtisar zamanı ixtisasları və ya peşəkarlıq səviyyələri eyni olduğu halda işdə saxlanmasına üstünlük verilir (Əmək Məcəlləsi, 78.2-ci maddə).

Mənbə: vergiler.az


Vergi mükəlləfiyyətinin dəyişdirilməsi zamanı qarşıya çıxan məsələlər


Kuba haqqında bilmədiyimiz 10 maraqlı fakt

posted in: Məqalə, Xəbər | 0

Kuba barədə faktlar15-ci əsrin sonuna qədər avropalılar Kubanın mövcudluğu barədə heç nə bilmirdilər və Kolumb ilk dəfə onun sahillərinə yan aldıqda, əvvəlcə bu torpağı Yaponiya hesab etmişdi, sonra isə həmin adaya ispan şahzadəsinin şərəfinə Xuan adı vermişdi.

Kuba Respublikası 1500-də çox adaları əhatə edir: Karib dənizində eyni adlı ən böyük adadan tutmuş, mikroskopik və mərcan adalarına kimi.

Mahiyyətcə yerli əhalidən xatirə kimi yalnız onun adı qalıb – ispan müstəmləkəçiləri taino hindularını kütləvi şəkildə məhv etmişlər. Onların dilindən tərcümədə “Kuba” sözü ya “məhsuldar torpaq”, ya da “böyük yer” anlamına gəlir.

Kubada 330 gün ərzində günəş parlayır, belə ki, nadir, lakin güclü tropik yağışları yerli sakinlər təbii fəlakət kimi qəbul edirlər. Həmin günlərdə onlar evdən bayıra çıxmamağa üstünlük verirlər. Həmin səbəbdən yağışlı günlərdə kubalılar hətta məktəbə və işə də getməyə bilirlər.

İsti və rütubətli iqlim səbəbindən kubalıların bir çoxlarının evlərindəki pəncərələrin şüşəsi olmur. Şüşənin yerinə onlar taxta və ya metal jalüzlərdən istifadə edirlər: bu cür evlər daha yaxşı havalandırılır.


Mühasibat balansının əhəmiyyəti və funksiyaları


Dünyanın ən balaca quşu – kalibri-arı quşları yalnız Kubada məskən salıb. Quyruğu və dimdiyi ilə birlikdə onun uzunluğu 5-6 sm-ə, çəkisi isə dəvəquşu lələyinin ağırlığından da az, 2 qrama yaxın olur. Əvvəllər Kubanın 1 peso nominalında olan metal pulunun üzərində kalibri quşu təsvir olunurdu.

Kubalıların maaşları çox azdır – ortalama ay ərzində 30-50 ABŞ dolları, ilkin zəruri ərzaq məhsulları isə bu ölkədə kartoçka sistemi ilə verilir. Ay ərzində bir nəfər 1 litr bitki yağı, 10 yumurta, 2 kq şəkər və düyü, bir qədər ət, toyuq, balıq və kolbasa əldə edə bilər.

Kubada internetin sürəti çox zəifdir və həm də çox bahalıdır: ev şəraitində internet şəbəkəsində bir saatlıq istifadə üçün 1 dollar ödəyirlər, səhifələr çox ləng açılır, videolara baxmaq isə ümumiyyətlə baş tutmur. Sürətli interneti yalnız Havanadakı otellərdə tapmaq mümkündür ki, bu zaman 1 saatlıq istifadə üçün 15 dollar ödəmək lazım gəlir.

Kubada orta ömür ABŞ-dakından yüksəkdir – 80 yaş və kubalılar ilk növbədə buna görə yaxşı inkişaf etmiş və əlçatan səhiyyə sisteminə borcludurlar. Ölkə əhalisi bütün xidmətləri pulsuz əldə edir: ilkin məsləhətdən tutmuş, mürəkkəb cərrahi əməliyyatlara qədər.

Azadlıq Adasında koka-kola ala bilməzsən: çünki inqilabdan sonra, 1960-cı ildə onun satışı qadağan edilib. Kolanın satışının qadağan olunduğu ikinci bir ölkə KXDR-dir.


İqtisadiyyatda dempinq: mahiyyəti, səbəbləri və nəticələri


 

1 501 502 503 504 505 506 507 2. 401