» » » Qeyri-rezidentə elektron qaydada ödənişlər ƏDV-yə cəlb edilirmi?

Qeyri-rezidentə elektron qaydada ödənişlər ƏDV-yə cəlb edilirmi?

posted in: Xəbər | 0
birbank biznes

Qeyri-rezidentə edilən ödənişlər, kotirovka sorğusunun şərtlərini almaq, ƏDVNorveçə səyahət zamanı orada icarəyə götürdüyüm tam elektrikli avtomobili bir neçə dəfə enerji ilə doldurmuşam. Bunun haqqı olaraq bank kartımdan avtomatik qaydada müvafiq məbləğ silinib. Həmin məbləğdən 18% əlavə dəyər vergisi tutulub. Bu doğrudurmu?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddəsinə əsasən, elektron ticarət – informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, internet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir.

Azərbaycan Respublikasının hüdudlarından kənarda avtomobil kirayə götürülməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentə elektron qaydada ödənişlərin edilməsi elektron ticarət qaydasında həyata keçirilən iş və xidmətlər hesab edilmir və həmin ödənişlərdən banklar tərəfindən ƏDV tutulmur.

Hesabınızdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 169-cu və Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddələri.

Mənbə: vergiler.az


İşə qəbul olunarkən iş yerinə hansı sənədlər təqdim edilməlidir?