» » » Fiziki şəxs faktiki yaşayış yeri üzrə vergi uçotuna alına bilərmi?

Fiziki şəxs faktiki yaşayış yeri üzrə vergi uçotuna alına bilərmi?

posted in: Uncategorized | 0
birbank biznes

ƏDV bəyannaməsi , gəlir vergisinin hesablanması , kompensasiya , kənd təsərrüfatı , ƏDV-yə cəlb , pərakəndə satış qaydası , malların alış aktı , malların alış dəyəri , rezident , Dividend gəlirləri , ödəniş tapşırıqları , Bank əməliyyatları , güzəştli vergi , ofşor ölkə , cari vergi ödəyiciləri , güzəşt , Vergi yükünün azaldılması, maliyyə sanksiyaları, xronometraj metodu, kameral vergi yoxlamasının müddəti, kameral vergi yoxlaması, xronometraj metodu, mülki-hüquqi müqavilə, vergi sanksiyası, Vergi Məcəlləsi, ədv öhdəliyi, güzəştlər cari vergi arayışıMingəçevir şəhərində qeydiyyatda olan, Bakı şəhərində yaşayan şəxs Bakı şəhərində VÖEN ala bilərmi?

Vergi Məcəlləsinin müddəalarına əsasən, fərdi sahibkarlar və bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları yer üzrə vergi orqanlarında uçota alınırlar, vergi orqanı tərəfindən vergi ödəyicisi olan fiziki şəxslər uçota alındıqda yaşadıqları ünvan barəsində məlumatlar onların şəxsi məlumatlarına daxil edilir.

Qeyd olunanları nəzərə alaraq vergi ödəyicilərinin qeydiyyatda olduqları ünvan ilə yaşadıqları ünvanın fərqli olduğu hallarda vergi uçotu yerinin düzgün müəyyən edilməsi baxımından faktiki yaşayış yeri barədə müvafiq sənəd təqdim edilməklə fiziki şəxs faktiki yaşayış yeri üzrə vergi uçotuna alına bilər.

Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.


Mənbə: vergiler.az