Azərbaycanda doğulan uşaqlar üçün müavinət verilməsi qaydası asanlaşdırılıb

posted in: Xəbər | 0

Məcburi dövlət sosial sığortası“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də dəyişiklik edilib.

Bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, 2020-ci ilin dekabrın 31-dən sonra doğulmuş uşaqlar üçün müavinət avtomatlaşdırılmış qaydada təyin olunacaq və veriləcək. 2021-ci ilin yanvarın 1-dən əvvəl doğulmuş uşaqlar üçün isə uşağın anadan olmasına görə birdəfəlik müavinət sığortaedən tərəfindən müraciət edildikdə veriləcək.

Belə ki, qərarla əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı müavinətin ödənilmə müddəti ilə bağlı qeyri-müəyyənlik aradan qaldırılır.

Eyni zamanda, həmin müddət Əmək Məcəlləsinin 74-cü maddəsinin qeyd hissəsinə uyğun olaraq 1 ildən çox olmayan dövrü əhatə etməsi barədə dəqiqləşdirilir.

Sığortaolunanın məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin bir hissəsi deyil, bütün gəlirləri qazanc kimi diqqətə alınaraq müavinətin məbləğinin hesablanmasında nəzərə alınır.

Mənbə: report.az


Vergi ödəyicisinin təsərrüfat subyekti hesab edilməyən mülkü vergi uçotuna alınmalıdırmı?

posted in: Xəbər | 0

vergi ödəyicisinin təsərrüfat subyekti, Vergi Uçotu üzrə Mühasib, sabit sadələşdirilmiş vergi ödəyiciləriBəzən müəssisə mülkiyyətində olan villa kimi çoxmərtəbəli yaşayış sahəsindən və ya torpaq sahəsindən öz sahibkarlıq fəaliyyətinin məqsədləri üçün istifadə etmir. Bəs həmin sahələr vergi uçotuna alınmalıdırmı? Suala iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.

Məsələn, tutaq ki, “BB bank”dan girov müqabilində kredit götürən və bu krediti geri qaytara bilməyən şəxsin banka girov qoyduğu üçmərtəbəli yaşayış mülkü “BB bank”ın mülkiyyətinə keçib. Bu halda bank həmin əmlakı vergi orqanında uçota aldırmalıdırmı? Bankın mülkiyyətinə keçən əmlakın vergi orqanında uçota alınmamasına görə Vergi Məcəlləsinin 58.2-1-ci maddəsinə əsasən, 400 manat maliyyə sanksiyası tətbiq edilə bilərmi?

Vergi Məcəlləsinin 33.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin digər təsərrüfat subyekti (obyekti) olduqda həmin təsərrüfat subyekti (obyekti) vergi uçotuna alınır. Bəs “təsərrüfat subyekti (obyekti)” dedikdə nə nəzərdə tutulur? “Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması Qaydası”nın 2.0.4-cü bəndinə əsasən, “Təsərrüfat subyekti (obyekti)” – malların (işlərin, xidmətlərin) təqdim edilməsinin həyata keçirildiyi, həmçinin vergi ödəyicisinin gəlirlərinin formalaşmasında iştirak edən yerdir.

Deməli, vergi ödəyicisi girov müqabilində mülkiyyətinə keçən mülkdən öz sahibkarlıq fəaliyyətində istifadə etmirsə, onun gəlirlərinin formalaşmasında iştirak etməyən həmin mülk (əmlak, torpaq sahəsi və s.) vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) hesab edilmir və Vergi Məcəlləsinin tələblərinə əsasən, vergi ödəyicisi həmin mülkü vergi orqanında uçota aldırmaq məcburiyyətində deyil və vergi ödəyicisinə həmin mülkün uçota alınmamasına görə maliyyə sanksiyası tətbiq edilmir.

Mənbə: vergiler.az


Rezident müəssisə tərəfindən qeyri-rezidentə ödənilən cərimədən vergi tutulurmu?


Dünyanın müxtəlif ölkələrində ipoteka üzrə şərtlər

posted in: Məqalə, Xəbər | 0

ipoteka üzrə şərtlərKeçmiş postsovet ölkələrinin əksəriyyətində ipoteka kreditlərinin faizləri yüksək olduğundan, mənzil almaq üçün müraciət edənlərin əksəriyyəti az qala bütün həyatları boyu (25-30 il ərzində) həmin kredit borclarını ödəməkdə davam edirlər. Bəs, dünyanın başqa ölkələrində ipoteka kreditlərinin şərtləri və faizləri necədir?

Yaponiya

Artıq bir neçə ildir ki, Yaponiya Bankı qısamüddətli faiz dərəcəsini dəyişməyərək 0,1% səviyyəsində saxlayır. Nəticədə, ipoteka dərəcələri digər ölkələrlə müqayisədə ən aşağıdır: sabit faiz dərəcəsi olan on illik kredit, 0,65% təşkil edə bilər, Yaponiyanın Sumitomo Mitsui Trust Bankı isə 0,53% faiz dərəcəsi təklif edir.

Almaniya

Əhali 2019-cu ildə ölkədə 10 illik ipotekanı 1% dərəcəsi ilə götürülə bilərdi. Lakin ilkin ödəniş mənzilin dəyərinin 50%-nə çatmalıdır, aylıq ödənişlər isə qazancın 35%-dən çox ola bilməz. Belə aşağı ipoteka ödənişlərinə baxmayaraq, almanların yalnız 46%-i ev sahibidir ki, bu da Aİ üzrə olan orta göstəricidən (69%) xeyli aşağıdır.

Fransa

Ölkənin mərkəzi bankının məlumatına görə, 2019-cu ilin iyun ayında Fransada ipoteka faizləri orta hesabla 1,23% təşkil edib. Ölkədəki bank mühiti son dərəcə rəqabətlidir, ona görə də kreditorlar gəlirli təkliflərlə müştəriləri cəlb etməyə çalışırlar.

Böyük Britaniya

Hazırda orta faiz dərəcələri 2 illik sabit faizli ipoteka üzrə 1,56%-dən 10 illik sabit faizli ipoteka üzrə 2,65%-ə qədər dəyişir.

Böyük Britaniyada, digər Aİ ölkələrində olduğu kimi, kreditlərin 2 növü var: üzən faiz dərəcəsi və müəyyən sayda sabit il ilə – bir qayda olaraq, iki ildən beşə ilə qədər, lakin, bu on illik müddətə də çata bilər.

ipoteka üzrə şərtlərİsveç

İpoteka illik 2,5-3,2 faizlə verilir. Xüsusilə maraqlıdır ki, yalnız 2016-cı ildə onun ödəniş müddəti 105 ilə endirilib. Ödəniş müddətinin bu cür uzadılması aylıq ödəniş məbləğinin kiçik paylara bölünməsinə imkan verir, düzdür, varislər kredit borcunu bağlamaq üçün çox vaxt evlərini satırlar.

Yunanıstan

2019-cu ilin iyun ayında ipoteka üzrə orta üzən faiz dərəcəsi 3,08% təşkil edib. Yunanıstan bankları çox sayda gecikdirilmiş kreditlər səbəbindən kredit verməkdən qorxurlar, buna görə faiz ötən illə müqayisədə artmışdır.

ABŞ

2019-cu ildə Amerikada orta ipoteka dərəcəsi on beş illik kredit üçün 3,12%, 30 ilə qədər kredit üçün isə 3,6% təşkil edib.

Avstraliya

Ölkənin dörd ən böyük kreditorundan daşınmaz əmlakın alınması üzrə orta faiz dərəcəsi 4,94% təşkil edir.

İpoteka kreditləri üzrə aşağı faiz dərəcələri, daha sərbəst kreditləşdirmə qaydaları və sağ mərkəzçi hökumətin sürpriz şəkildə yenidən seçilməsi, Avstraliyanın mənzil bazarında dirçəlişə səbəb olub.

Nigeriya

Digər ölkələr arasında ən yüksək ipoteka dərəcələrindən biri 30% təşkil edir ki, bu da yüksək inflyasiya ilə bağlıdır. Bununla belə, dövlət bankına gəlirlərinin kiçik bir hissəsini ödəyən vətəndaşlar Milli mənzil fondunun 9% dərəcəsinə iddia edə bilərlər.


Yaponiyanın iqtisadiyyatı haqqında 13 fakt


 

Rezident müəssisə tərəfindən qeyri-rezidentə ödənilən cərimədən vergi tutulurmu?

posted in: Xəbər | 0

qeyri-rezidentə ödənilən cərimə, Vergidən azad gəlirlər, nağdsız ödənişdən imtina, POS-terminallar üçün tələblər, Azərbaycan şirkətinə həmtəsisçi olmaq, nağd qaydada alına bilən mallar, vergi qeydiyyatı , ixrac qeydi , bank hesabı , elektron ticarət , maliyyə lizinqi , kriptovalyuta əməliyyatları , ƏDV məbləği . vergi öhdəliyi , vergiyə cəlb , mtəəsiz və riskli əməliyyatlar, MMC-nin təşkilati-hüquqi forması, müştərək investisiya , ƏDV qeydiyyatı , təsərrüfat əqdləri , yay təcrübə proqramı , maddi yardımlar , ödənilmiş aksizlər , xarab olan mallar , vergiyə cəlb , ipoteka predmeti , əmlak vergisi , sabit qəbz , kasa çeki , vergiyə cəlb , mənzili satarkən vergi , vergi tutulması , xammal və material sərfi, Yay Təcrübə Proqramı , DVX , Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuRezident müəssisə ilə qeyri-rezident arasında bağlanmış müqaviləyə əsasən, xidmətlər göstərildikdən sonrakı 30 gün ərzində rezident müəssisə xidmətlərin dəyərini qeyri-rezidentə ödəməlidir. Müqavilənin şərtlərindən biri də ödənişin gecikdirilməsinə görə hər gecikmiş gün üçün müqavilə dəyərinin 0,1 faizi həcmində cərimənin ödənilməsidir. Bu müqavilə əsasında qeyri-rezidentə ödənilən cərimədən vergi tutulmalıdırmı?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən, Vergi Məcəlləsinin 125.1.1 –125.1.4-cü, 125.1.6 – 125.1.8-ci və 125.1-1-ci maddələrində göstərilən gəlirlər istisna olmaqla, hüquqi şəxslərin və vergi ödəyicisi kimi uçota alınmış fiziki şəxslərin işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər üzrə ödəmələrdən ödəmə mənəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Buna əsasən, qeyri-rezident tərəfindən göstərilən xidmətlərə görə ödənilməli olan məbləğin vaxtından gec ödənilməsi ilə bağlı qeyri-rezidentə ödənilən cərimə məbləği qeyri-rezident hüquqi şəxsin Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlərinə aid edildiyindən cəriməni ödəyən rezident tərəfindən həmin məbləğdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutularaq dövlət büdcəsinə ödənilir.

Eyni zamanda rezident tərəfindən qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ödənişin vaxtından gec aparılması ilə bağlı qeyri-rezidentə cərimənin ödənilməsi ƏDV-nin vergitutma obyektini yaratmır.

Əsas: Vergi Məcəlləsinin 125-ci və 159-cu maddələri.

Mənbə: vergiler.az


Əmək qabiliyyətinin müvəqqəti itirilməsi və hamiləliyə görə müavinətlər


1 495 496 497 498 499 500 501 2. 401