Azərbaycan və Türkiyə elektron hökumət portallarını inteqrasiya edir

posted in: Xəbər | 0

Sentyabrın 1-də Türkiyədə bu ölkənin “e-devlet” portalı ilə Azərbaycanın “e-gov” portalının inteqrasiyasının təqdimatı olacaq.

Bunu jurnalistlərə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

“İnteqrasiya Türkiyənin Rəqəmsal Transformasiya Ofisi ilə əməkdaşlıq çərçivəsində baş tutub. Bu o deməkdir ki, Azərbaycan vətəndaşı Türkiyəyə getdiyi zaman ondan hər hansı Azərbaycanın dövlət qurumunun verməli olduğu sənəd tələb olunursa, onu “e-devlet”dən və yaxud əksinə, Türkiyə vətəndaşından Azərbaycanda hansısa sənəd tələb olunsa, onu “e-gov”dan əldə edə biləcək”, – deyə o qeyd edib.

Mənbə: report.az


Hesabatın verilməsi müddətinin uzadılması necə tənzimlənir?


Hesabatın verilməsi müddətinin uzadılması necə tənzimlənir?

posted in: Xəbər | 0

hesabatın verilməsi müddətinin uzadılmasıMüəssisə tərəfindən cari vergi ödəmələri müəssisənin şəxsi hesab vərəqəsində olan yaranmış artıq ödəmələri hesabına silinmişdir. Eyni zamanda müəssisə mənfəət vergisi üzrə hesabatın verilməsi müddətinin uzadılması barədə müraciət etmək niyyətindədir. Cari vergi ödəmələri müəssisənin artıq ödədiyi vəsait hesabına silindiyi üçün vergi orqanları mənfəət vergisi hesabatının verilməsi müddətinin uzadılmasından imtina edə bilərmi?

Dövlət Vergi Xidmətindən bilidirilib ki, hesabatın verilməsi müddətinin uzadılması Vergi Məcəlləsinin 74-cü maddəsi ilə tənzimlənir. Həmin maddənin müddəalarına əsasən, hesabatın verilmə müddəti başa çatanadək vergi ödəyicisi gəlir vergisinin və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə müraciət edirsə və bu zaman ödənilməli olan verginin məbləğini tamamilə ödəyirsə, hesabatın verilməsi müddəti üç ayadək uzadılmış hesab olunur. Bu maddəyə uyğun olaraq müddətin uzadılması verginin ödənilməsi müddətini dəyişdirmir.

Vergi ödəyicisinin cari vergi ödəmələrinin məbləğinin həmin vergi ödəyicisinin şəxsi hesab vərəqəsində mövcud olan artıq ödəməsi hesabına ödənilməsinə Vergi Məcəlləsində məhdudiyyət nəzərdə tutulmadığından vergi ödəyicisinin şəxsi hesab vərəqəsində mövcud olan artıq ödəmə hesabına mənfəət vergisi tam ödənildiyi və vergi ödəyicisinin şəxsi hesab vərəqəsində mənfəət vergisi üzrə borcu olmadığı halda mənfəət vergisi üzrə hesabatın verilmə müddəti uzadıla bilər.

Əsas: Vergi Məcəlləsinin 74-cü maddəsi.

Mənbə: vergiler.az


Ezamiyyə xərcinin günlük norma əsasında hesablanması


Ezamiyyə xərcinin günlük norma əsasında hesablanması

posted in: Xəbər | 0

ezamiyyə xərclərinin 1 günlük normasıBəzən işçinin əsas iş yeri ilə ezam olunduğu müəssisənin iş rejimləri fərqli olur. Yaxud işçi ezamiyyət zamanı qaldığı mehmanxanadan təsdiqedici sənəd gətirə bilmir. Bu cür hallarda işçiyə ezamiyyə xərcinin hesablanmasında müəyyən suallar yaranır. Mövzunu insan resurslarının idarə olunması mütəxəssisi Nihad Əliyev şərh edir.

İşçi ezam olunduğu təşkilatın iş rejimi ilə çalışır. Yəni əsas iş yerində 5-günlük iş rejimi ilə çalışan işçinin ezam oldunduğu müəssisənin iş rejimi 6-günlükdürsə, həmin işçi ezam olunduğu müəssisədə 6-günlük iş rejimi ilə çalışa bilər və buna görə qarşı tərəfin məlumatı əsasında əsas iş yerində ona əməkhaqqı hesablanmalıdır. İşçi ezam olunduğu müəssisədə istirahət günündə işləyirsə, bu zaman Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən, ona əlavə əməkhaqqı ödənilməlidir.

Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 saylı “Ezamiyyə xərclərinin normaları haqqında” qərarı ilə tənzimlənir. Həmin qərara əsasən, 1-günlük norma üç kateqoriyaya bölünür:

– Bakı – 90 manat;

– Naxçıvan, Gəncə və Sumqayıt – 70 manat;

– digər (şəhər, rayon, qəsəbə, kənd və s.) – 65 manat.

Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1-günlük normasının 80 faizini mehmanxana xərcləri, 20 faizini isə gündəlik xərc (yemək, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlər üzrə xərclər daxil olmaqla) təşkil edir. Gündəlik xərc işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmaqla) ödənilir. Təcrübədə 20 faizlik gündəlik xərcin ödənilməsi üçün hər hansı sənəd tələb olunmur. Lakin əvvəllər 80 faiz təşkil edən mehmanxana xərci üçün sənəd təqdim etmək lazım gəlirdi. Sənəd təqdim olunmadığı təqdirdə işçiyə gündəlik xərcin 50 faizə qədəri ödənilirdi.

Nazirlər Kabinetinin 7 yanvar 2021-ci il tarixli, 13 saylı qərarı ilə “Ezamiyyə xərclərinin normaları haqqında” 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik ediləndən sonra təsdiqləyici sənəd olmasa belə, gündəlik normanın mehmanxana xərci olan hissəsi, yəni 80 faizi tam ödənilir.


Rezidentin xarici elektron pul kisəsindən yerli bank hesabına pul köçürülərkən vergi tutulurmu?


Misal: Ezamiyyətdə olan işçi mehmanxanada 5 təqvim günü qalmasına baxmayaraq, iş yerinə yalniz 3 günün sənədini təqdim etmişdir. Bu halda hesablama belə aparılacaqdır:

90 x 20% x 5 = 90 manat,

90 x 80% x 5 = 360 manat,

90 + 360 = 450 manat.

Beləliklə, işçiyə 5 təqvim günü üçün ümumilikdə 450 manat ezamiyyə xərci ödəniləcəkdir.

Qeyd edək ki, ezamiyyə normaları, Vergi Məcəlləsinin 102-ci maddəsinə və “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinə əsasən, fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb olunmur. İşçiyə qanunvericilikdə göstərilmiş normadan (90, 70 və 65 manat) artıq ezamiyyə məbləği ödənilərsə, həmin məbləğ təsdiqləyici sənəd olduqda işçinin gəliri hesab edilmir və fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb olunmur. Lakin artıq ödənilmiş ezamiyyə xərclərinin təsdiqləyici sənədi olsa da-olmasa da, istənilən halda, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən, onu gəlirdən çıxılan xərcə aid etmək olmaz. Ezamiyyə normaları əməkhaqqı anlayışına daxil olmadığı üçün işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqqına cəlb olunmur.

Son olaraq bildirmək istərdim ki, Vergi Məcəlləsinə edilən son dəyişikliklərdən sonra 1-günlük ezamiyyə normasının mehmanxana xərclərinə aid hissəsinin (80%-nin) təsdiqləyici sənədi olmadığı halda, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən, yalnız həmin hissənin (80%-in) 50%-i gəlirdən çıxılan xərcə aid edilir. Bütün ezamiyyə xərclərini dəvət edən tərəf öz üzərinə götürdüyü hallarda isə işçiyə ezamiyyə xərci ödənilmir.

Xarici ölkələrə ezamiyyə xərclərinin 1-günlük normaları Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli, 14 nömrəli qərarı ilə təsdiq edilib. Xarici ölkələrə ezamiyyə xərclərinin müəyyən edilmiş 1-günlük normasının 80%-ni mehmanxana xərcləri, 20%-ni gündəlik yemək xərcləri təşkil edir.

Mənbə: “Əmək qanunvericiliyinin tətbiqi və əməkhaqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” kitabı.

Mənbə: vergiler.az


Təminat xarakterli depozitdən ƏDV tutulurmu?


Kapital Bank Hüseyn Cavid filialını açdı

posted in: Xəbər | 0

Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank müştərilərə daha əlçatan olmaq məqsədilə yeni filialını istifadəyə verdi. Bu dəfə açılan filial Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Ə. Haqverdiyev və Ş. Mehdiyev küçələrinin kəsişməsində (Elmlər Akademiyası metro stansiyası, “Mothercare” mağazasının yaxınlığında) yerləşir. Hüseyn Cavid filialı müştərilərə ənənəvi bank xidmətləri göstərmək üçün bütün zəruri imkanlara və şəraitə malikdir.

Kapital Bank-ın Hüseyn Cavid filialı müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir.

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən Bakı və regionlarda həyata keçirdiyi filial şəbəkəsinin transformasiyası layihəsini həyata keçirir. İndiyədək 70-dən çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 40-dan çox yeni filial və şöbə istifadəyə verilib. Layihənin davamı olaraq ilin sonuna qədər bir sıra şəhər və rayonlarda yeni xidmət nöqtələri açılacaq. Həmçinin bəzi filial və şöbələr əsaslı təmir olunaraq müştərilərin xidmətinə veriləcək.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 109 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


1 492 493 494 495 496 497 498 2. 401