Müəssisənin təsisçiyə qaytardığı faizsiz borc məbləğindən vergi tutulurmu?

posted in: Xəbər | 0

Vergi Kursları, Ödənişsiz məzuniyyətlərin müddətləri, əmlakdan əvəzsiz istifadə, məzuniyyət , əməkhaqqı , vergilərin hesablanması , Səyyar vergi yoxlaması , Mühasib Vakansiya Maya dəyəri Maya dəyərinin hesablanmasıVergi ödəyicisi olmayan təsisçi 2018-2020-ci illərdə müəssisənin bank hesabına borc müqavilələri əsasında 300.000 manat vəsait köçürmüş, müəssisə 2021-2022-ci illərdə həmin borcu nağdsız qaydada tam qaytarmışdır. Təsisçiyə qaytarılmış faizsiz məbləğdən vergi tutulmalıdırmı?

Dövlət Vergi Xidmətindən bildirilib ki, qanunvericiliyə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Eyni zamanda vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

Hüquqi şəxslə onun təsisçisi isə mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır.

Qanunvericiliyin müddəaları əsas götürülməklə təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə vergitutuma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Əlavə olaraq nəzərə alınmalıdır ki, borc müqavilələri faizlə şərtləndirildiyi halda Vergi Məcəlləsinin 110-cu maddəsinin müddəalarına əsasən qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə – ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizindən artıq olmamaqla gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 110-cu, 123-cü və Mülki Məcəlləsinin 739-cu maddələri.

Mənbə: vergiler.az


Yaşayış sahəsi alarkən ödənilmiş ƏDV hansı şərtlərlə qaytarılır?


Müəssisənin mühasibat uçotunun təşkili

posted in: Mühasibat, Məqalə, Xəbər | 0

mühasibat uçotunun təşkiliMühasibat uçotu istənilən bir uğurlu biznesin ayrılmaz tərkib hissəsidir və bunun üçün xərclər şirkətin biznes planına daxil edilməlidir. Əgər idarəetmə uçotu müəssisənin rəhbərinə müəssisədə vəziyyəti anlamaq üçün tələb olunursa, onda mühasibat uçotu ona görə lazımdır ki, müəssisənin vəziyyəti haqqında başqa adamlar nəticə çıxara bilsinlər. Onlara dövlət təşkilatlarını, kütləvi informasiya vasitələrini və s. eləcə də yoxlayan səhmdarlar da aid edilə bilər. İri və ya kiçik müəssisədə uçot funksiyasını iqtisadi şöbə və ya mühasibat adlanan bölmə yerinə yetirir.

Kiçik biznes sahələri, sadələşdirilmiş sxem üzrə mühasibat uçotu aparmaq imkanına malik olmaqla, rəsmi ştata mühasib götürməmək imkanı əldə edə bilərlər. Bu vəziyyətdə sənədlərin, bəyannamələrin, aktların, bank çıxarışlarının hazırlanması və uyğunlaşdırılması üçün fərdi şəxslə “Əmək müqaviləsi” bağlanıla bilər.

Digər variant isə müxtəlif təşkilatlara mühasibat xidmətləri göstərən konsaltinq şirkəti ilə əməkdaşlıqdır. Mühasib müntəzəm olaraq planlı, zəruri hallarda isə plandankənar işləri yerinə yetirmək üçün müəssisəyə gələcək. Bu zaman bütün mühasibat sənədləri müəssisədə qalır.

Yerinə yetirilən işlərin keyfiyyəti və etibarlılığı baxımından konsaltinq şirkəti (autsorsinq) ilə müqavilənin bağlanması üstünlük təşkil edir. Çünki iş mütəmadi olaraq mühasibat uçotunun qanunvericilik sahəsində olan təcrübəli mütəxəssisləri tərəfindən həyata keçiriləcəkdir. Yaxşı bir mütəxəssis, kiçik bir mükafat naminə işi yerinə yetirməyə razılaşmayacaq. Peşəkarı 100 % öz işi ilə yükləmək və ona bu işinin müqabilində lazımi qədər ödəniş verməyə heç də bütün fərdi müəssisələrin imkanları çatmır. Kifayət qədər iş təcrübəsi olmayan iqtisadçılar isə mütləq qeyri-dəqiqliyə  yol verəcək və müxtəlif, qərəzsiz səhvlər törədəcəklər.

Mühasibat xidmətləri göstərən hər şirkətdə ixtisaslı mütəxəssislərin ştatı mövcuddur ki, onların hər biri konkret müəssisəyə təhkim olunur və həmin müəssisənin fəaliyyətinin bütün incəliklərinə və problemlərinə toxunurlar. Gözlənilməz hallarda müəssisənin mühasibat xidmətini həyata keçirən firma həmişə öz əməkdaşını sığortalamaq imkanına malikdir.

Bütün mühasibat tədbirlərinin vaxtında yerinə yetirilməsi, hesabat mühasibat sənədlərinin doldurulma keyfiyyəti, ixtisaslı mütəxəssislərdən məsləhət və məlumat əldə etmək imkanı, əməkhaqqı fonduna qənaət, yalnız fərdi müəssisənin uzunmüddətli autsorsinq müqaviləsi bağlamaqla əldə etdiyi xidmətlərin kiçik siyahısıdır.


 

Bakı Nəqliyyat Agentliyi auditor seçir

posted in: Audit, Xəbər | 0

Auditor VakansiyaBakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi 2021-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditi və maliyyə hesablarına audit rəyi üçün kotirovka sorğusu elan edib.

Kotirovkada iştirak haqqı 100 manatdır.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini avqustun 8-i, saat 12:00-a qədər BNA-nın Bakı şəhəri, Ziya Bünyadov küçəsi, 111 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə avqustun 9-u, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.

Mənbə: report.az


Yaşayış sahəsi alarkən ödənilmiş ƏDV hansı şərtlərlə qaytarılır?

posted in: Xəbər | 0

Əvəzsiz köçürmələr, ƏDV-nin kompensasiya edilməsi,Yeni istifadəyə verilmiş yaşayış kompleksindən mənzil alarkən ödədiyim əlavə dəyər vergisinin (ƏDV) qaytarılması mümkündürmü?

Dövlət Vergi Xidmətindən bildirilib ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmişdir.

Fərmanın keçid müddəalarına əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) geri qaytarılır.

Bunun üçün ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına Qaydada nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədləri təqdim etməlidir.

Alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir.

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”.

Mənbə: vergiler.az


Ticarət və ictimai iaşə obyektləri nağdsız ödənişdən imtina edə bilərmi?


1 490 491 492 493 494 495 496 2. 387