III Maliyyə və İnvestisiya Forumunun spikerləri bəlli oldu!

posted in: Xəbər | 0

Maliyyə və İnvestisiya Forumu“Gələcək üçün yenilən” şüarı ilə 16 noyabr 2022-ci il tarixində “Baku Marriott Hotel Boulevard”da baş tutacaq III Maliyyə və İnvestisiya Forumunun spikerləri bəlli olub.

“Facemark” MMC və “Admedia” reklam agentliyinin təşkilatçılığı ilə 500 nəfərədək şirkət nümayəndələrinin iştirakı ilə baş tutacaq forum ölkəmizdə maliyyə və investisiya sahəsinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyir.

“Baker Tilly” şirkətində biznes məsləhət xidmətləri üzrə direktor Niyazi Abbasovun moderator olacağı “İnvestisiya Strategiyaları” panelində “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin direktor müavini Ruslan Xəlilov, “AzFinans İnvestisiya Şirkəti”nin direktoru İntiqam Səfərəliyev və Asiya İnkişaf Bankının investisiyalar üzrə baş inzibatçısı Sənan Şabanov öz təcrübələrini bölüşəcəklər.

“Caspian Business Solution” şirkətinin təsisçisi Emin İsmayılovun moderatorluğu ilə baş tutacaq “Vergi və Hesabatlılıq” panelində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov, “KPMG Azərbaycan” şirkətinin vergi xidmətləri üzrə direktoru Rizvan Qubiyev, “PwC Avrasiya” şirkətinin texnologiyalar üzrə baş meneceri Fərid Qattal, “Good Finance” şirkətinin direktoru Vüsal Səlimov və “Accounting.Az” konsaltinq şirkətinin direktoru Ramin Ramazanov çıxış edəcək.

Forumun III paneli Niyazi Abbasovun moderatorluğu ilə keçiriləcək. “Maliyyələşmə Strategiyaları” panelində Asiya İnkişaf Bankının Özəl sektor əməliyyatları departamentinin investisiyalar üzrə baş mütəxəssisi David Urbaneja-Furelos, “AccessBank” QSC-nin İdarə Heyətinin üzvü İlkin Quliyev, SOCAR (Türkiyə) şirkətində neft emalı və neft kimya qrupunun maliyyə rəhbəri Elçin İbadov və “Azərbaycan Fintex Assosiasiyası”nın icraçı direktoru Azər Əkbərov maliyyə və investisiya sahəsinə aid fikirlərini bölüşəcəklər.

Maliyyə və İnvestisiya Forumuna bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün forumun rəsmi internet səhifəsinə (www.fifbaku.az) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.

Facebook: https://www.facebook.com/fifbaku.az

İnstaqram: https://www.instagram.com/fifbaku.az/

Linkedln:  https://www.linkedin.com/company/fifbaku-az/

İlin ən böyük maliyyə tədbirinə hər kəs dəvətlidir!


“PAŞA Bank” kiçik və orta bizneslər üçün yeni kampaniya təqdim edir

posted in: Xəbər | 0

Azərbaycanın aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” kiçik və orta bizneslər üçün yeni kampaniya təqdim edir.

Kampaniya çərçivəsində 1-30 noyabr tarixləri ərzində kiçik və orta biznes sahibləri əməkhaqqı layihəsinə qoşularaq, ilk 15 “Mastercard World Cashback” əməkhaqqı kartını çatdırılması da daxil olmaqla, pulsuz əldə edə bilərlər. Həmçinin ilk əməkhaqqı ödənişi zamanı komissiya məbləği də hesablanmayacaq.

*Kampaniya şərtləri yalnız 1-30 noyabr tarixlərində əməkhaqqı layihəsinə qoşulan və kart sifarişi edən müştərilərə şamil olunur.

*Komissiyasız əməkhaqqı ödənişi 15.12.2022 tarixinədək qüvvədədir.

Kampaniya haqqında məlumat və əməkhaqqı layihəsinə qoşulmaq üçün link: https://pshb.az/3TG5BeC


 

Kapital Bank-ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümü davam edir

posted in: Xəbər | 0

Şərtlərə görə yarışmada il ərzində 2 mövsüm oynanılır. 1-ci mövsümdə “Bilik” Kuboku, 2-ci mövsümdə isə “Nar” Kubokunun sahibi bəlli olur. İlin sonunda isə “Bilik” kuboku və “Nar” kubokunun qalibləri olan 2 komanda Azərbaycan çempionu titulu uğrunda mübarizə aparır.

Qeyd edək ki, Kapital Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq, daim intellektual oyunları və təhsil layihələrini dəstəkləyir. Qeyd edək ki, Kapital Bank həmçinin “Nə? Harada? Nə vaxt?” intellektual klubun da rəsmi tərəfdaşıdır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 112 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


 

Əmək və məzuniyyət haqqının ümumi məbləği 2.500 manatdan çox olduqda vergi hansı dərəcə ilə tutulur?

posted in: Xəbər | 0

Aylıq əməkhaqqı 1.230 manat olan işçiyə növbəti məzuniyyət hesablanan zaman, ay ərzində əmək və məzuniyyət haqqı 2.500 manatdan çox olur. Məsələn, işçi noyabr ayının 1-dən əmək məzuniyyətinə buraxılırsa, məzuniyyət haqqı qanunla oktyabr ayının 25-i və ya sonrakı günlərdə hesablanıb noyabr ayının 1-dək ödənilir və oktyabr ayı üçün hesablanan əmək və məzuniyyət haqqının ümumi məbləği 2.500 manat həddini keçir. Bu halda gəlir vergisi hansı dərəcə ilə hesablanmalıdır?

Dövlət Vergi Xidmətindən bildirilib ki, əmək məzuniyyətinin günləri müxtəlif aylara təsadüf etdiyi halda, məzuniyyət haqqının hər aya düşən hissəsi həmin aylar üçün hesablanan əməkhaqqı məbləği ilə cəmlənməklə, ayrılıqda hər bir ayın muzdlu işdən alınan gəlirlərinə aid edilməklə gəlir vergisinə cəlb olunur və hesabat rübündə aid olduğu ayda göstərilir.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8.000 manatadək olduqda gəlir vergisi 0 faiz dərəcə ilə, 8.000 manatdan çox olduqda 8.000 manatdan çox olan məbləğin 14 faizi həcmində tutulur.

Dövlət və neft-qaz sektorunda çalışan şəxslərin muzdlu işlə əlaqədar əldə etdiyi aylıq gəlirinin (o cümlədən əmək haqqının) 2.500 manatadək olan hissəsindən 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat əlavə edilsin 2.500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə vergi tutulur.

Siz əməkhaqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əmək haqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 98-ci və 101-ci maddələri.

Mənbə: vergiler.az


1 472 473 474 475 476 477 478 2. 400