Fəaliyyəti olmayan fərdi sahibkarın hansı vergi öhdəlikləri var?

posted in: Xəbər | 0

Fəaliyyəti olmayan fərdi sahibkarFərdi sahibkar kimi fəaliyyət göstərmək üçün VÖEN açdırmışam, lakin hələ fəaliyyətim olmayıb. Bu halda mən hansı vergi öhdəliklərini yerinə yetirməliyəm?

Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Eyni zamanda, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir.

Həmin arayışı və ya vergi hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicilərinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergi öhdəlikləri barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi saytında “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü, 57.1-ci maddələri.

Mənbə: vergiler.az


Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin vergi münasibətləri necə tənzimlənir?


Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar

posted in: Xəbər | 0

birbank cashback debet kartÖlkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını təklif edir. Birbank-lılar bu kart vasitəsilə etdikləri əməliyyatlara görə müxtəlif bonuslar əldə edirlər. Aktiv Birbank Cashback debet kartı istifadəçiləri avqust ayında bonuslardan ortalama 50 manat pul qazanıblar.

Bu ay ərzində Birbank-lılar ümumilikdə 1,5 milyon manat keşbek əldə ediblər. Bu məbləğin təxminən 70 000 manatı tətbiqdaxili ödənişlərin payına düşür. Müştərilər qazandıqları keşbekin 93%-ni öz ehtiyaclarına istifadə ediblər. Xərclədikləri vəsaitin bir hissəsini geri almaqla yanaşı, Birbank Cashback debet kart sahibləri ƏDV-ni ikiqat qaytara bilirlər. Avqust ayında bu kartlar vasitəsilə edilən ödənişlərdən qaytarılan ƏDV-nin ümumi həcmi təqribən 112 000 manat təşkil edib.

Qeyd edək ki, bütün Birbank kartlarının həm taksit, həm də debet növü mövcuddur. Birbank Cashback debet kart sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5%-dən 30%-dək keşbek, Birbank Miles isə istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. Birbank Cashback debet kartları ilə ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur. Həmçinin Birbank Miles və Birbank Umico kartları ilə ay ərzində 4000 manatadək Kapital Bank-a məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır. Birbank taksit kartı istifadəçiləri isə 63 günədək güzəşt müddətindən faydalana bilərlər.

Birbank kartları bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 63 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi və pulsuz SMS məlumatlandırma xidməti. Birbank kartının ölkə üzrə 11 000-dən artıq partnyor mağazası fəaliyyət göstərir və bu say artmaqdadır.

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.


Birbank Visa kart sahibləri “FIFA Dünya Kuboku 2022″yə bilet qazana biləcəklər


Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin vergi münasibətləri necə tənzimlənir?

posted in: Xəbər | 0

vergi münasibətləriKənd təsərrüfatı fəaliyyəti göstərəcək müəssisə 27 oktyabr 2021-ci ildə vergi orqanında sadələşmiş vergi ödəyicisi kimi qeydiyyatında alınıb. 5 yanvar 2022-ci ildə müəssisənin hesabına kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan sifarişçi firma tərfindən “pambığın emalı xidməti” üçün 1 milyon manata yaxın avans ödənilib. Pambıq, xidməti göstərəcək müəssisəyə məxsusdur. Bu iki müəssisənin vergi münasibətləri necə tənzimlənir?

Dövlət Vergi Xidmətindən bildirilib ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla, 2024-cü ilin 1 yanvar tarixinədək Vergi Məcəlləsi ilə müəyyən edilmiş mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini, eyni zamanda həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən, gəlir vergisindən isə müddətsiz azad edilmişdir.

Həmçinin, kənd təsərrüfatı məhsullarının satışı dedikə istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlıların diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsulların ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməsi, bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlaması, kimyəvi tərkibi dəyişdirilməməsi, konservləşdirilməməsi nəzərdə tutulur.

Buna əsasən sorğunuzda qeyd olunan pambığın emalı kənd təsərrüfatı məhsullarının istehsalına aid edilmir və ümumi qaydada vergiyə cəlb olunur.


Yeni işə başlayan işçiyə görə işəgötürənin öhdəlikləri


Vergi Məcəlləsinin 155.1-ci maddəsinin müddəalarına əsasən, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Vergi qanunvericiliyinə əsasən vergi ödəyicisi tərəfindən malın (işin və xidmətin) təqdim edilməsi vergi tutulan əməliyyat hesab edildiyindən alınmış avans məbləğləri üzrə malların (işlərin, xidmətlərin) təqdim edildiyi vaxt vergi tutulan əməliyyat baş tutmuş olur. Buna əsasən sorğuda göstərilən halda cəmiyyətə ödənilən avans məbləğləri vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmaq öhdəliyi yaradan 200.000 manat həddinə aid edilmir.

Bununla belə, sorğunuzda qeyd olunan halda müqavilənin şərtləri, tərəflərin vəzifə və öhdəliklərinin aydın olmadığını nəzərə alaraq və vergitutma aspektlərinin ətraflı cavablandırılmasının təmin olunması məqsədi ilə aydın olmayan məqamlar barədə ətraflı izahat verməklə, eyni zamanda bağlanmış müqavilələri təsdiqləyən zəruri sənədləri əlavə etməklə qeydiyyatda olduğunuz vergi orqanına və ya rəsmi qaydada Dövlət Vergi Xidmətinə müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 155-ci, 159-cu və 164-cü maddələri.

Mənbə: vergiler.az


İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslər hansılardır?


Yeni işə başlayan işçiyə görə işəgötürənin öhdəlikləri

posted in: Xəbər | 0

işəgötürənin öhdəlikləriMövzuya keçməzdən əvvəl qeyd edək ki, işçi ilə işəgötürən arasında əmək münasibətlərinin yaranması əsası kimi çıxış edən əmək müqaviləsinin bağlanması da daxil olmaqla müqavilə üzrə işəgötürənin öhdəlikləri daha öncə başlayır.

Belə ki, işəgötürən işçi ilə bağladığı əmək müqaviləsini elektron informasiya sisteminə daxil etmək öhdəliyi daşıyır və bu tələbə riayət edilməməsi müvafiq sanksiyalara səbəb olur. Həmçinin 15 yaşına (18 yaşınadək) çatmış şəxslə bağlanan əmək müqaviləsi üzrə onun valideynləri və ya qəyyumlarından yazılı razılıq almalıdır.

Bununla yanaşı işçidən əmək kitabçası, şəxsiyyətini təsdiq edən sənəd, təhsillə bağlı tələb olduqda təsdiqedici sənədlər və işçinin sağlamlığına zərərli iş yerində işləmək üçün sağlamlıq haqqında tibbi arayışdan başqa digər sənədləri tələb edə bilməz.

Əmək müqaviləsi bağlanarkən sınaq müddətinin tətbiq edilməsi barədə müddəanı müqavilədə göstərmədikdə sınaq müddətinin tətbiqini həyata keçirə bilməz. Bu qayda müqavilə müddəti ilə də eynilik təşkil edir. Müddət göstərilməyən müqavilə müddətsiz kimi qəbul ediləcəkdir.

Əmək müqaviləsi bağlandıqdan sonra işəgötürən işçi ilə bağlı əmək şəraitini təmin etməlidir. Buraya daxildir:

  • sanitariya və gigiyena normalarına, əlilliyi olan şəxslərə münasibətdə isə qanunvericiliyə uyğun olaraq müəyyən edilən iş yerlərinin standartlarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması;
  • əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi;
  • əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini;
  • bu Məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunmasını;
  • işçilərin qanunla müəyyən olunmuş məcburi dövlət sosial sığorta və digər icbari sığorta edilməsini;
  • işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması;
  • insanın immunçatışmazlığı virusu ilə yaşayan işçi ilə məsləhətləşmə aparmaqla onun üçün münasib iş şəraitinin yaradılması.

Həmçinin əmək müqaviləsinin surətinin işçiyə təqdim edilməsi, vəzifə təlimatları və daxili qaydalarla işçinin tanış etdirilməsi də işəgötürənin öhdəliklərinə aiddir. Bu sənədlərin təqdim edilməməsi həmin sənədlər üzrə işçidən vəzifələrin tələb edilməsində maneə hesab edilir.

Göründüyü kimi işçinin vəzifələri ilə işəgötürənin də mühüm vəzifələri var və bu vəzifələrə əməl edilməməsi özlüyündə işəgötürənin məsuliyyətinə səbəb olan hallardır.


İctimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslər hansılardır?


1 469 470 471 472 473 474 475 2. 387