Repetitorların vergi və sosial öhdəlikləri

posted in: Xəbər | 0

Repetitorların vergi öhdəlikləriYeni dərs ilinin başlanması ilə imtahan hazırlıqları və repetitorluq fəaliyyəti ilə bağlı məsələlər də yenidən aktuallaşıb. Bəs repetitorların fəaliyyəti qanunvericiliklə necə tənzimlənir? Suala vergi eksperti Cavid Vəlizadə aydınlıq gətirib.

Repetitor – haqqı valideynin hesabına ödənmək şərtilə şagirdə tək və ya qrup halında dərs verən müəllimdir.

Repetitor fəaliyyəti ilə məşğul olan şəxslər gəlir əldə etdikləri üçün Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən vergi ödəyicisi kimi uçota alınmalıdırlar. Bundan sonra onlar fərdi sahibkar olan fiziki şəxs statusuna malik olurlar.

Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti – şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir.

Məcəlləsinin 218.5.10-cu maddəsində göstərilib ki, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) xidmət göstərən vergi ödəyiciləri sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər.

Vergi Məcəlləsinin 218.6.2-ci maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmamalıdır.

Həmçinin “Sosial sığorta haqqında” qanunun 14.5.1 maddəsində qeyd olunub ki, sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının ( 300 manat) tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının:

– Bakı şəhərində 100 faizi;
– Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;
– digər şəhərlərdə 80 faizi;
– rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;
– kənd yerlərində 50 faizi miqdarında sosial sığorta haqqı ödəməlidir.

Bundan başqa, “Tibbi sığorta haqqında” Qanunun 15-10.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər tərəfindən minimum aylıq əməkhaqqı (300 manat) məbləğinin 4 faizi həcmində icbari tibbi sığorta məbləği hesablanır.


Aliment net, yoxsa gross əməkhaqqıdan tutulmalıdır?


Misal 1: Ağstafa rayon Həsənsu kəndində repetitor fəaliyyəti ilə məşğul olan coğrafiya müəlliminin ay ərzində şagirdlərdən əldə etdiyi gəlir 1.800 manat olub. Müəllimin fəaliyyəti kənd yerdə olduğu nəzərə alınmaqla ay üzrə aşağıda göstərilən vergi və sosial ödənişləri etməlidir:

– sadələşdirilmiş vergi – 1800 x 2% = 36 manat;
– MDSS – (300 x 25%) x 50% = 37,5 manat;
– icbari tibbi sığorta haqqı – 300 x 4% = 12 manat.

Misal 2: Gəncə şəhərində repetitor fəaliyyəti ilə məşğul olan fizika müəllimi ay ərzində şagirdlərdən 2.500 manat gəlir əldə edib. Onun aylıq vergi və sosial ödənişləri belə hesablanır:

– sadələşdirilmiş vergi – 2500 x 2% = 50 manat;
– MDSS – (300 x 25%) x 90% = 67,5 manat;
– icbari tibbi sığorta haqqı – 300 x 4% =12 manat.

Əməliyyatların rəsmiləşdirilməsinə gəlinsə, repetitorlar şagirdlərdən ödəniş aldıqda hər bir şagird üzrə ciddi hesabat blankı olan mədaxil qəbzi yazıb verməli və cəmi qəbzləri toplayıb ciddi hesabat blankını kassa mədaxil orderində qeyd etməli, kassa kitabında qeydiyyat aparmalıdır.

Mənbə: vergiler.az


 

Aliment net, yoxsa gross əməkhaqqıdan tutulmalıdır?

posted in: Xəbər | 0

alimentMütəxəssislər arasında bu mövzu ilə bağlı fikir ayrılığı var. Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov açıqlamasında suala aydınlıq gətirir.

Əslində, yuxarıda qeyd edilən iki variant da yanlışdır. Bu məsələ “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əməkhaqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 98 nömrəli qərarı ilə tənzimlənir.

Qərarın 7-ci bəndinə əsasən, aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır. İlk baxışdan qərarda vergilər deyildikdə, yalnız fiziki şəxslərin gəlir vergisinin, yoxsa digər icbari ödənişlərin də nəzərdə tutulub-tutulmadığını başa düşmək olmur. Dövlət Vergi Xidmətinin şərhinə görə, “vergilər” dedikdə şəxsin əldə etdiyi gəlirlərdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada tutulan vergilər başa düşülür.

Buna əsasən ,alimenti ödəyən şəxsin qazancının (gəlirinin) ümumi məbləğindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergilər tutulduqdan sonra qalan məbləğdən aliment tutularaq onu alan şəxsə ödənilir.

Məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları isə aliment ödənildikdən sonra qalan məbləğdən tutulur.


Əcnəbilərin Azərbaycanda işə cəlb olunması və əmək hüquqları


Misal: İşçinin əməkhaqqı məbləği 800 manatdır və dövlət müəssisəsində çalışır. Məhkəmə tərəfindən işçinin aylıq əməkhaqqısından 20% aliment tutulması barədə qərar çıxarılıb. Bu halda məcburi tutulmaların aparılmasına və alimentin tutulmasına nəzər yetirək:

Fiziki şəxslərin gəlir vergisi:

800 – 200 = 600 manat.
600 x 14% = 84 manat

Alimentin məbləği:

(800 – 84) x 20 % = 143,2 manat.

Sosial sığorta haqqı:

572,8 x 3 % = 17,18 manat.

İşsizlikdən sığorta haqqı:

572,8 x 0,5% = 2,86 manat.

İcbari tibbi sığorta haqqı:

572,8 x 2 % = 11,46 manat.

İşçiyə çatacaq əməkhaqqı:

800 – (84 + 17,18 + 2,86 + 11,46) – 143,2 (aliment) = 541,3 manat.

Bir sual da budur ki, işçinin iki iş yeri olduqda aliment hər iki iş yeri üzrə ümumi gəlirdən hesablanır, yoxsa əsas iş yeri üzrə gəlirdən?

Ailə Məcəlləsinə əsasən, aliment işçinin əməkhaqqısından və başqa gəlirindən tutulmalı olduğu üçün işçi iki yerdə çalışırsa, aliment hər iki iş yeri üzrə ümumi gəlirdən tutula bilər.

Ver­­gi Mə­­cəl­­lə­­si­­nin 102.1.5-ci və “So­­si­­al sı­­ğor­­ta haq­­qın­­da” Qa­­nu­­nun 15-ci mad­­də­­si­­nə əsa­­sən, ali­­ment gə­­lir ver­­gi­­sin­­dən və məc­­bu­­ri döv­­lət so­­si­­al sı­­ğor­­ta haqqın­­dan azad­­dır. Yə­­ni alimenti alan şəx­­sin gə­­liri 500 ma­­nat, alimentin məbləği 200 ma­­natdırsa, onun ver­­gi tu­­tu­­lan gə­­li­­ri 500 ma­­nat ola­­caq.

Ali­­ment əməkhaq­­qı­­nın tər­­kib his­­sə­­si­­nə da­­xil edi­­lən gə­­lir ol­­ma­­dı­­ğı üçün on­­dan işsiz­­lik­­dən sı­­ğor­­ta haq­­qı və ic­­ba­­ri tib­­bi sı­­ğor­­ta haq­­qı da tu­­tul­­mur­­.

Mənbə: vergiler.az


 

Sahibkarlığın İnkişafı Fondu auditor seçir

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 2022-ci il üzrə maliyyə hesabatlarının kənar auditi ilə bağlı kotirovka sorğusu elan edib.

Sorğuda iştirak haqqı 100 manatdır.

İddiaçılar təkliflərini oktyabrın 20-si, saat 12:00-a qədər Fondun Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə oktyabrın 21-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.

Mənbə: report.az


Fiziki şəxslərdən kənd təsərrüfatı malları hansı qaydada alınmalıdır?

posted in: Xəbər | 0

kənd təsərrüfatı malları“Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5.1 maddəsində qeyd olunur ki, kənd təsərrüfatı məhsullarının istehsalçısı olan vergi ödəyicisi olmayan fiziki şəxslərdən kənd təsərrüfatı məhsullarının qəbulu zamanı ödənişlər nağd qaydada edilə bilər. Bəs kənd təsərrüfatı məhsulu istehsalçısı olmayan fiziki şəxslərdən kənd təsərrüfatı malı nağd ödənişlə alına bilərmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5.1-ci maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərdən kənd təsərrüfatı məhsullarının qəbulu zamanı hesablaşmalar üzrə ödənişlər nağd qaydada həyata keçirilə bilər. Bununla yanaşı, həmin Qanunun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Qeyd olunanlara əsasən, kənd təsərrüfatı malları malların istehsalçı olmayan şəxs tərəfindən təqdim edildikdə ödəmələr Qanunun 3.3-cü maddəsinə əsasən müəyyən olunan hədd daxilində (on beş min və ya otuz min manat) nağd qaydada həyata keçirilə bilər.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 5 faiz dərəcə ilə vergi tutulur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 101-ci, 102-ci, 106-cı, 164-cü, 199-cu, 207-ci, 219-cu maddələri və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu.

Mənbə: vergiler.az


Maliyyə lizinqi ilə alınan aktivlərə görə vergi öhdəliyi


 

1 466 467 468 469 470 471 472 2. 387