ƏMAS altsistemində əmək müqaviləsinə xitamla bağlı əmrin hazırlanması necə həyata keçirilir?

posted in: Xəbər | 0

Əmək müqaviləsinə xitam,Əmək müqaviləsinə xitam verilməsi mütləq əmr (sərəncam, qərar) formasında rəsmiləşdirilməlidir. Mövzu ilə bağlı yaranan sualları iqtisadçı ekspert Anar Bayramov aydınlaşdırıb.

Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə Məcəllənin 12-ci fəslində müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda 68, 69, 70, 73, 74 və 75-ci maddələrdə nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin ikinci hissəsində qeyd edilir ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

Maddədən göründüyü kimi, işəgötürən işçinin əmək müqaviləsinə xitam verdikdə onu əsaslandırmalı və əmrin sürətini işçiyə təqdim etməlidir.

Elektron əmək müqaviləsində olduğu kimi əmrin hazırlanması zamanı da ƏMAS altsistemindəki hazır formadan istifadə məcburiyyəti yoxdur. İşəgötürən ya kağız formada hazırladığı, ya da ƏMAS altsistemində yaradılan elektron əmr formasını işçiyə imzalatdıra bilər.

Əmək Məcəlləsinin 84-cü maddəsində xitamla bağlı əmrdə aşağıdakı məlumatların əks olunması göstərilib:

  • müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı;
  • işçinin adı, atasının adı və soyadı;
  • əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı;
  • əmək müqaviləsinin ləğv edilməsinin əsası;
  • həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi;
  • əmək müqaviləsi ləğv edilən gün, ay və il;
  • əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

Yol vergisi üzrə yığımların büdcə gəlirlərində rolu


Maddənin ikinci hissəsində qeyd edilir ki, nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

Müqavilənin tərtibinə gəlincə, Əmək Məcəlləsinin 84-cü maddəsinin 3-cü hissəsində qeyd edilir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.

ƏMAS altsistemində isə aşağıdakı məlumatların daxil edilməsi tələbi mövcuddur:

  • xitamın səbəbi;
  • əmrin nömrəsi;
  • əmrin tarixi;
  • qalan məzuniyyət günlərinin sayı;
  • xitam səbəblərinin ətraflı açıqlaması (bu qrafanın doldurulması mütləq tələb deyil);
  • haqq-hesabın həvalə ediləcəyi şöbənin adı (bu qrafanın doldurlması mütləq tələb deyil);
  • əlavə qeydlər (daxil edilməsi mütləq tələb deyil).

Mənbə: vergiler.az


Çoxuşaqlı ailələrə hansı vergi güzəşti verilir?


 

Xeyriyyə məqsədi daşıyan xərclər gəlirdən çıxılırmı?

posted in: Xəbər | 0

Xeyriyyə məqsədi daşıyan xərclərBir çox vergi ödəyiciləri müxtəlif xeyriyyə fəaliyyətlərinə qoşulur və müəyyən xeyriyyə aksiyalarına maddi dəstək göstərirlər. Maraqlıdır, xeyriyyə məqsədilə ödənilən vəsaitin xərc kimi gəlirdən çıxılmasına icazə verilirmi? Suala iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 109.2-ci maddəsinə əsasən, qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına qadağa qoyulub.

Misal: “BB” MMC xeyriyyə məqsədilə daun sindromlu uşaqların cəmiyyətə inteqrasiyası ilə məşğul olan fonda 30.000 manat ödəniş etməyə qərar verir. Vergi qanunvericiliyi vergi ödəyicisinin bu xeyriyyə fəaliyyəti üzrə xərclədiyi məbləğin gəlirdən çıxılan xərclərə aid edilməsinə yol vermir.

Vergi Məcəlləsindəki bu qadağa sui-istifadə hallarının qarşısını almaq məqsədi daşıyır. Xeyriyyə fəaliyyəti ilə bağlı xərcləmələrə verilən təşviq vergidən yayınma üçün sxemlər yaratmağa yol açmamalıdır.

İdman və mədəniyyət fəaliyyətləri ilə bağlı Vergi Məcəlləsində qüvvədə olan güzəştlər xeyriyyə məqsədlərinə də şamil edilir.

Mənbə: vergiler.az


Çoxuşaqlı ailələrə hansı vergi güzəşti verilir?


 

Vebinar: Vahid bəyannamənin hazırlanması

posted in: Xəbər | 0

vahid bəyannamənin hazırlanmasıTəlimin adı: Vahid bəyannamənin hazırlanması.

Təlimin keçirilmə tarixi: 15.10.2022

Məbləğ: Ödənişsiz

Təlimin növü: Onlayn

Qeydiyyatdan keçmək üçün keçidə daxil olmaqla sorğunu tamamlamağınız xahiş olunur: https://forms.gle

Təlimdə əhatə ediləcək mövzular:
  • Fərdi sahibkar və hüquqi şəxslər üçün vahid bəyannamənin tərtib edilməsi;
  • Gəlir vergisi üzrə vergi güzəştləri və vahid bəyannamədə əks etdirilməsi;
  • MDSS haqqına cəlb edilməyən gəlirlər və vahid bəyannamədə əks etdirilməsi:
    • Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə sığortaedən hesabına ödənilən müavinətin vahid bəyannamədə əks etdirilməsi;
    • Həyat yaşam sığortasına yönləndirilən məbləğlərin vahid bəyannamədə əks etdirilməsi.
  • İşsizlikdən sığorta haqqına cəlb edilməyən gəlirlər və vahid bəyannamədə əks etdirilməsi;
  • İcbari tibbi sığorta haqqına cəlb edilməyən gəlirlər və vahid bəyannamədə əks etdirilməsi;
  • Təqdim edilən vahid bəyannamə ilə bağlı ən çox edilən xətaların və bununla bağlı vergi orqanının təqdim etdiyi uyğunsuzluq məktublarının izahı.

Salman Əbdülrzazadə

İqtisad Universitetində “Biznesin İdarə Edilməsi və Təşkili” ixtisası üzrə bakalavr, Türkiyənin Selçuk Üniversitetində  “Mühasibat uçotu” ixtisası üzrə magistr təhsili almış və hazırda Selçuk Üniversitetində “Mühasibat uçotu” ixtisası üzrə doktorantura təhsili alır.

2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat dərsini tədris etməkdədir. Eyni zamanda “Accounting.az” MMC-də “Mühasibat üzrə aparıcı mütəxəssis” olaraq fəaliyyət göstərməkdədir. Mühasibat ilə bağlı bir çox elmi konfranslarda və seminarların təşkil edilməsində iştirak etmişdir.


 

 

Çoxuşaqlı ailələrə hansı vergi güzəşti verilir?

posted in: Xəbər | 0

vergi güzəştiMən 6 uşaqlı anayam. Öyrənmək istəyərdim ki, iş yerində mən və ya həyat yoldaşım hansı vergi güzəştlərindən faydalana bilərik?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu iş yerində) muzdlu işlə əlaqədar əldə etdiyi gəliri himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.15-ci bəndinə əsasən ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayışlar təqdim edildiyi halda 50 manat məbləğində azaldılır.

Əlavə olaraq Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda 200 manat, illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Mənbə: vergiler.az


Əməkhaqqı hesablanarkən gəlir vergisinə tətbiq edilən güzəştlər


1 464 465 466 467 468 469 470 2. 387