Sosial sığorta haqlarının subsidiyalaşdırılması və digər yeniliklər

posted in: Xəbər | 0

Sosial sığorta haqlarının subsidiyalaşdırılmasıMilli Məclisdə oxunuşa təqdim edilən və qanunvericilikdə düzəlişləri nəzərdə tutan “Sosial sığorta haqqında” Qanuna əlavələr edilməsi barədə sənədə əsasən əhəmiyyətli sayılacaq müvafiq düzəlişlərin aşağıdakı kimi olması gözlənilir:

  • Məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması anlayışı əlavə ediləcək. Subsidiyalaşdırılma sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının qanunla nəzərdə tutulan hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına kompensasiyası məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sığortaedənlərə (sığortaolunanlara) ödənilən əvəzsiz maliyyə vəsaitidir.
  • Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər üçün minimum aylıq əməkhaqqının 3 faizi miqdarında ödəniləcək. Onu da qeyd edək ki, həmin sığorta haqqının göstərilən şəxslər tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” alınarkən ödənilməsi nəzərdə tutulur. Bu tələblər 01.01.23-dən 01.01.26-cı il tarixədək qüvvədədir.
  • Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məcburi dövlət sosial sığorta haqqının subsidiyalaşdırılması mexanizmi tətbiq ediləcək.
  • Belə ki, həmin ərazilərdə fəaliyyət göstərən qeyri-dövlət sektoru üzrə neft-qaz sahələrində fəaliyyəti olmayan sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının aşağıdakı hissəsi dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılacaq. Maliyyə və avtonəqliyyat vasitələri ilə yük daşıma sahələrində fəaliyyət göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılar (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) istisna olacaq.

A) Bu şəxslər üzrə faiz dərəcələri aşağıdakı kimi nəzərdə tutulur.

2023-cü il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək – 100 faizi miqdarında;

2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-dək – 80 faizi miqdarında;

2029-cu il yanvarın 1-dən 2031-ci il yanvarın 1-dək – 60 faizi miqdarında;

2031-ci il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək – 40 faizi miqdarında

  • hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi
  • işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi
  • Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində fərqli dərəcələrlə ödənilən şəxslər

B) Sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında ödənilən şəxslər – 100%.


Ölkədən çıxarıla bilən milli və xarici valyuta


Alınan mal üçün mağazadan kassa çeki verilməmişdirsə, istehlakçı nə etməlidir?

posted in: Xəbər | 0

Kassa çekiMən saat almışam, saatın kassa çeki yoxdur. Saatı eyni dəyərdə başqa bir saatla dəyişmək istəyirəm. Lakin satıcı bunun mümkün olmadığını bildirir. Nə etməliyəm?

Dövlət Vergi Xidmətindən bildirilib ki, istehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər.

Həmçinin, Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə rəsmi qaydada Dövlət Vergi Xidmətinə, istehlakçı hüquqlarınızın pozulması ilə bağlı isə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərsiniz.

Mənbə: vergiler.az


 

Yaşayış minimumu, ehtiyac meyarı və minimum əməkhaqqı 2023-cü ilədək

posted in: Xəbər | 0

Ünvanlı yardım, dövlət büdcəsində yaşayış minimumu, Orta əməkhaqqı, maaş, yaşayış minimumu, ehtiyac meyarı, əməkhaqqının artımı, əmək haqqı, emek haqqiAzərbaycan Respublikası qanunvericiliyində minimum əməkhaqqı, yaşayış minimumu və ehtiyac meyarı məbləğləri hər il üçün mühüm əhəmiyyət kəsb edir və öz-özlüyündə bir çox münasibətlərin tənzimlənməsində tətbiq edilir. Bu səbəbdən də bu məbləğlərin tətbiq edilmə müddətləri və artım ardıcıllığına diqqət yetirməyi vacib hesab edirik.

Mövzuya keçməzdən əvvəl qeyd edək ki, 1992-ci il dekabrın 1-də ölkə üzrə minimum əməkhaqqı məbləği 150 manat (1500 rubl) müəyyən edilmişdi.

Minimum əməkhaqqının 2004-cü ildən indiyə kimi olan artım tempini təqdim edirik.

  • 2004-cü il iyulun 1-dən 100000 manat (yeni məzənnə ilə 20 AZN)
  • 2005-ci il yanvarın 1-dən 125000 manat (yeni məzənnə ilə 25 AZN)
  • 2007-ci il fevralın 1-dən 50 manat
  • 2008-ci il sentyabrın 1-dən 25 faiz artırılaraq 75 manat
  • 2010-cu il sentyabrın 1-dən 85 manat
  • 2011-ci il dekabrın 1-dən 10 faiz artırılaraq 93,5 manat
  • 2013-cü il sentyabrın 1-dən 105 manat
  • 2017-ci il yanvarın 1-dən 116 manat
  • 2018-ci il yanvarın 1-dən 130 manat
  • 2019-cu il martın 1-dən 180 manat
  • 2019-cu il sentyabrın 1-dən 250 manat
  • 2022-ci il yanvarın 1-dən isə 300 manat məbləğində müəyyən edildi.

Ehtiyac meyarının 2007-ci ildən indiyə kimi olan artım tempini təqdim edirik (ehtiyac meyarı ünvanlı dövlət sosial yardımı üçün nəzərdə tutulur)

  • 2007-ci il üçün ehtiyac meyarının həddi 2007-ci il yanvarın 1-dən — 35 manat, 2007-ci il iyulun 1-dən — 40 manat
  • 2008-ci il üçün ehtiyac meyarının həddi 2008-ci il yanvar ayının 1-dən 45 manat, 2008-ci il iyul ayının 1-dən 55 manat
  • 2009-cu il üçün ehtiyac meyarının həddi 60 manat
  • 2010-cu il üçün ehtiyac meyarının həddi 65 manat
  • 2011-ci il üçün ehtiyac meyarının həddi 75 manat
  • 2012-ci il üçün ehtiyac meyarının həddi 84 manat
  • 2013-cü il üçün ehtiyac meyarının həddi 93 manat
  • 2014-cü il üçün ehtiyac meyarının həddi 100 manat
  • 2015-ci il üçün ehtiyac meyarının həddi 105 manat
  • 2016-cı il üçün ehtiyac meyarının həddi 105 manat
  • 2017-ci il üçün ehtiyac meyarının həddi 116 manat
  • 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat
  • 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat
  • 2020-ci il üçün ehtiyac meyarının həddi 170 manat
  • 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat
  • 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat
  • 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat olması nəzərdə tutulur.

Yaşayış minimumunun 2007-ci ildən indiyə kimi olan artım tempini təqdim edirik.

(Yaşayış minimumu aztəminatlı ailələrin rifahının yüksəldilməsi konsepsiyasının və Dövlət Proqramlarının hazırlanmasında və digər hallarda tətbiq edilir.)

  • 2007-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına orta hesabla — 64 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün — 70 manat, pensiyaçılar üçün — 49,7 manat, uşaqlar üçün — 52,4 manat məbləğində müəyyən edilsin.
  • 2008-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına orta hesabla 70 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 79 manat, pensiyaçılar üçün 55 manat, uşaqlar üçün 59 manat
  • 2009-cu il üçün yaşayış minimumu ölkə üzrə 84 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 92 manat, pensiyaçılar üçün 65 manat, uşaqlar üçün 69 manat
  • 2010-cu il üçün yaşayış minimumu ölkə üzrə 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat
  • 2011-ci il üçün yaşayış minimumu ölkə üzrə 95 manat, əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat
  • 2012-ci il üçün yaşayış minimumu ölkə üzrə 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat
  • 2013-cü il üçün yaşayış minimumu ölkə üzrə 116 manat, əmək qabiliyyətli əhali üçün 125 manat, pensiyaçılar üçün 94 manat, uşaqlar üçün 93 manat
  • 2014-cü il üçün yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat
  • 2015-ci il üçün yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat
  • 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat
  • 2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat
  • 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat
  • 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat
  • 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat
  • 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat
  • 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat
  • 2023-cü il üçün yaşayış minimumunun isə ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində olması nəzərdə tutulur.

 

2023-cü il üzrə yaşayış minimumu nə qədər olacaq?

posted in: Xəbər | 0

2023-cü il üzrə yaşayış minimumuÖlkədə vətəndaşların yaşayışını təmin etmək üçün dövlət minimum standartlar müəyyənləşdirir. Yaşayış minimumu isə tam olaraq Azərbaycan Respublikasının qanunvericiliyinə görə minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarətdir. Bəs minimum istehlak səbətinə nə daxildir?

“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, minimum istehlak səbəti aşağıdakılara görə hesablanır:

  • ərzaq məhsullarının minimum toplusu
  • fərdi və ailəvi istifadə olunan qeyri-ərzaq mallarının minimum toplusu – geyim, ayaqqabı və dəftərxana ləvazimatları, təsərrüfat, mədəni-məişət, sanitariya əşyaları, dərmanlar və s.
  • xidmətlərin minimum toplusu – mənzil-kommunal, nəqliyyat, rabitə, məişət, təhsil, mədəni-maarif, müalicə-istirahət xidmətləri və s.

Bilindiyi kimi, ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu eyni zamanda əmək haqqının minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsində rol oynayır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır .Beləliklə, praktikadan yola çıxaraq desək, uşağa görə alimentin ödənilməsində də yaşayış minimumu nəzərə alınır.

Hal-hazırda Milli Məclisin oxunuşunda olan qanun layihəsinə görə 2023-cü il üçün yaşayış minimumunun ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilməsi nəzərdə tutulur (2023-cü ildə aliment məbləğinin minimum miqdarı). Qeyd edək ki, qanunun 2023-cü il yanvarın 1-dən qüvvəyə minməsi gözlənilir.

Məlumat üçün əvvəlki illərin yaşayış minimumlarının müqayisəli təhlili aşağıdakı cədvəldə əks olunmuşdur:

https://parvizmammadov.az/2023-yasayis-minimumu-ve-aliment/


 

1 465 466 467 468 469 470 471 2. 400