» » » Sosial sığorta haqlarının subsidiyalaşdırılması və digər yeniliklər

Sosial sığorta haqlarının subsidiyalaşdırılması və digər yeniliklər

posted in: Xəbər | 0

Sosial sığorta haqlarının subsidiyalaşdırılmasıMilli Məclisdə oxunuşa təqdim edilən və qanunvericilikdə düzəlişləri nəzərdə tutan “Sosial sığorta haqqında” Qanuna əlavələr edilməsi barədə sənədə əsasən əhəmiyyətli sayılacaq müvafiq düzəlişlərin aşağıdakı kimi olması gözlənilir:

  • Məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması anlayışı əlavə ediləcək. Subsidiyalaşdırılma sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının qanunla nəzərdə tutulan hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına kompensasiyası məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sığortaedənlərə (sığortaolunanlara) ödənilən əvəzsiz maliyyə vəsaitidir.
  • Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər üçün minimum aylıq əməkhaqqının 3 faizi miqdarında ödəniləcək. Onu da qeyd edək ki, həmin sığorta haqqının göstərilən şəxslər tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” alınarkən ödənilməsi nəzərdə tutulur. Bu tələblər 01.01.23-dən 01.01.26-cı il tarixədək qüvvədədir.
  • Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məcburi dövlət sosial sığorta haqqının subsidiyalaşdırılması mexanizmi tətbiq ediləcək.
  • Belə ki, həmin ərazilərdə fəaliyyət göstərən qeyri-dövlət sektoru üzrə neft-qaz sahələrində fəaliyyəti olmayan sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının aşağıdakı hissəsi dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılacaq. Maliyyə və avtonəqliyyat vasitələri ilə yük daşıma sahələrində fəaliyyət göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılar (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) istisna olacaq.

A) Bu şəxslər üzrə faiz dərəcələri aşağıdakı kimi nəzərdə tutulur.

2023-cü il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək – 100 faizi miqdarında;

2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-dək – 80 faizi miqdarında;

2029-cu il yanvarın 1-dən 2031-ci il yanvarın 1-dək – 60 faizi miqdarında;

2031-ci il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək – 40 faizi miqdarında

  • hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi
  • işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi
  • Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində fərqli dərəcələrlə ödənilən şəxslər

B) Sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında ödənilən şəxslər – 100%.


Ölkədən çıxarıla bilən milli və xarici valyuta