Kapital Bank 2022-ci ilin III rübünün nəticələrini elan edib

posted in: Xəbər | 0

Kapital Bank III rüb nəticələriKapital Bank-ın aktivləri 1 oktyabr 2022-ci il tarixinə 7,7 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 3,2 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 oktyabr 2022-ci il tarixinə 6,2 milyard manat olub.

Bankın 1 oktyabr 2022-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 705 milyon manat, adi və imtiyazlı səhmlər isə 245 milyon manat təşkil edir.

Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 112 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


 

İş və istirahət günlərinin yeri dəyişdirildi

posted in: Xəbər | 0

noyabr qeyri-iş günləriAzərbaycanda gələn ay 4 gün ardıcıl iş olmayacaq. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla 2022-ci il noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib.

Bu, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi daşıyır.

Qeyd edək ki, Azərbaycanda 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Noyabrın 6-sı bazar gününə təsadüf etdiyindən, qeyri-iş günüdür. Beləliklə, noyabrın 6,7,8 və 9-da ölkədə qeyri-iş günü olacaq.


İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında

“Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsinə  dəyişiklik edilməsi  barədə”  Azərbaycan  Respublikasının  2006-cı  il  8  dekabr tarixli  194-IIIQD  nömrəli  Qanununun  tətbiq  edilməsi  haqqında” Azərbaycan  Respublikası  Prezidentinin  2006-cı  il  18  dekabr tarixli  489  nömrəli  Fərmanının  2-ci  hissəsinə  əsasən  Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

İş  və  istirahət  günlərinin  ardıcıllığını  təmin  etmək  məqsədilə 2022-ci  il  7  noyabr  iş  günüilə  5  noyabr  istirahət  gününün  yerləri dəyişdirilsin.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 18 oktyabr 2022-ci il

Mənbə: nk.gov.az


 

Xarici ölkə vətəndaşı Azərbaycanda VÖEN açdıra bilərmi?

posted in: Xəbər | 0

Azərbaycanda VÖEN açdırmaqMən xarici ölkə vətəndaşıyam. Azərbaycanda yaşayış icazəm var. Bilmək istərdim ki, Azərbaycanda VÖEN (və ya onun yerli ekvivalenti) ala bilərəmmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sahibkarlıq fəaliyyətinə başladıqları tarixə qədər olduğu yer üzrə vergi orqanına müraciət etməklə vergi orqanlarında qeydiyyata düşə bilərlər. Bunun üçün onlar vergi orqanına “Fiziki şəxsin uçota alınması üçün ərizə” və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazənin surətini təqdim etməlidirlər.

Əsas: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33 və 34-cü maddələri.

Mənbə: vergiler.az


Əsas vəsaitlərə görə ödənilən ƏDV əvəzləşdirilirmi?

posted in: Xəbər | 0

Əsas vəsaitlərə görə ödənilən ƏDVYanacaqdoldurma məntəqəsi yanacaq daşımaq üçün dəyəri 50000 manat olan yanacaq daşıyan maşın alıb. Həmin maşına  görə 9000 manat ƏDV ödənilib. Ödənilmiş ƏDV əvəzləşdirilə bilərmi? Maşın əsas vəsait kimi uçota alınarkən ödənilmiş ƏDV onun ilkin uçot dəyərinə əlavə edilməlidirmi?

Suallara cavab olaraq Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmayıbsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Buna əsasən, kapital xarakterli xərclər çəkilməklə alınmış əsas vəsaitlərə görə ödənilmiş ƏDV məbləğləri Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələblərinə uyğun olaraq əvəzləşdirilir.

Eyni zamanda, aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Əvəzləşdirilmiş ƏDV məbləği isə aktivin dəyərinə əlavə edilmir.

Bu hallarda Vergi Məcəlləsinin 143-cü və 175-ci maddələrinə istinad edilir.

Mənbə: vergiler.az


Ümidsiz borc məbləği hansı halda gəlirdən çıxıla bilər?


1 462 463 464 465 466 467 468 2. 387