» » » Mühasibat uçotu elm kimi

Mühasibat uçotu elm kimi

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

mühasibat uçotu(Accounting as a Science) – iqtisadi subyektlərə münasibətdə idarəetmə qərarlarının qəbul edilməsini informasiya ilə təmin edən insan fəaliyyətinin bir sahəsi kimi mühasibat təcrübəsinin inkişaf tendensiyalarının izahına, proqnozlaşdırılmasına və formalaşmasına həsr olunmuş elmi biliklərin bir sahəsidir.

Beləliklə, mühasibat uçotunun bir elm kimi rolu üçdür: birincisi, mövcud təcrübənin izah edilməsindən, ikincisi, onun inkişaf tendensiyalarının proqnozlaşdırılmasından, üçüncüsü, bu meyllərin formalaşdırılmasından və nizamlanmasından ibarətdir.

Praktiki fəaliyyət kimi mühasibat uçotu bir neçə minilliklər ərzində, elm kimi isə 19-cu əsrin ortalarından inkişaf etmişdir. Mühasibat uçotunun mahiyyətini insanın elmi fəaliyyətinin konkret növü kimi formalaşdırarkən, iki əsas yanaşmanı ayırd etmək olar: prosedur-metodiki və prosedur-məqsədli.

Ən elementar, sistemləşdirilməmiş və qeyri-rəsmi formada prosedur-metodiki yanaşma artıq italyan mühasiblərinin erkən əsərlərində yer almışdı, xüsusən də onun mahiyyətini mühasibat uçotunu “… işləri lazımi qaydada və lazım olduğu tək görmək” kimi başa düşən Paçolinin kitabında elə bu cür də təqdim olunur.

Ona görə də mühasibat uçotunun bir elm kimi başa düşülməsinə yanaşmanın mahiyyəti müxtəlif təcrübələr nəticəsində yaranmış uçot prosedurunu rəsmiləşdirmək və izah etməkdən ibarət idi. Prosedur-metodiki yanaşmanın kvintessensiyası mühasibat uçotunun normativ nəzəriyyəsi kimi tanınan mühasibat uçotu əsaslarının nəzəri konstruksiyalarının məcmusudur.

Əslində peşənin maraqları əsasında formalaşan bu nəzəriyyə çərçivəsində mühasibat və hesabatlarda nəyin və necə əks olunmalı olduğu, mühasibin riayət etməli olduğu metod və prosedurların sistemləşdirildiyi və bunun sayəsində şirkətdəki real vəziyyəti etibarlı şəkildə əks etdirən hesabatların formalaşdırılmasının mümkün olacağı müəyyən edilir.

Hesab edilir ki, mühasibat uçotunun normativ nəzəriyyəsinin əsasları 20-ci əsrin əvvəllərində Şerom (1846 – 1924) və Q. Nikliş (1876 – 1946) tərəfindən qoyulmuşdur.

Prosedur-məqsədli yanaşma daha sonra – 19-cu əsrin sonlarından, mütəxəssislər mühasibat uçotunun faktiki uçot proseduru üçün deyil, ilk növbədə bu sözügedən sahibkarlıq subyektinin fəaliyyətində hər hansı formada maraqlı olan insanların ehtiyaclarını ödəmək üçün lazım olduğuna diqqət yetirməyə başlayanda inkişaf etməyə başladı.


Müasir mühasib və auditorun peşəkar xüsusiyyətləri


Başlanğıcda mühasibat uçotu nəzəriyyəçiləri bunu yalnız müəssisənin idarəetmə sisteminin təkmilləşdirilməsinə töhfə verən bir sıra metod və vasitələrin məcmusu kontekstində nəzərdən keçirdilər. Bu halda müəsisə rəhbərlərinin maraqları ön plana çıxırdı, onların vəzifəsi isə bildiyiniz kimi, mənfəətin əldə olunmasını təmin etmək üçün şirkətin resurslarından ən səmərəli şəkildə istifadə etməkdir.

XIX əsrin sonu – XX əsrin əvvəlləri dövrü kapital bazarlarının formalaşmasının sürətlənmiş prosesi ilə xarakterizə olunurdu. Buna görə firma sahiblərinin maraqlarına diqqət yetirmək olduqca təbii görünürdü.

Mülkiyyətçini ilk növbədə sərmayə kimi yatırdığı kapital və onun artmı maraqlandırdığından, belə bir məhdudiyyət ona gətirib çıxardı ki, məqsədi müəssisənin əmlakının dəyərini və öz kapitalının miqdarını müəyyən edən mühasibat uçotu müasir elmin bir sahəsi kimi başa düşülməyə başladı.

Mühasibat uçotuna bir elm kimi baxışlar sürətli templərlə təkamül etməyə başladı və artıq 20-ci əsrin üçüncü rübündə neoklassik maliyyə nəzəriyyəsinin inkişafı və onun mühasibat uçotu praktikasına şübhəsiz təsiri ilə əlaqədar olaraq, mühasibat uçotunun nəzəri əsaslarını inkişaf etdirərkən, onu fəaliyyət sahəsi kimi dərk etməyə  başladı ki, bunun nəticələri təkcə əsas şəxslər – idarəedicilər və mülkiyyət sahibları üçün deyil, daha geniş şəxslər dairəsi – o cümlədən kreditorlar, kontragentlər üçün də maraq kəsb etməyə başladı.

Nəticədə 1970-ci illərin sonlarında mühasibat uçotunun nəzəri əsaslarının qurulmasında pozitivist uçot nəzəriyyəsi kimi tanınan yeni bir istiqamət yarandı.

Mahiyyəti göstərişdən ibarət olan normativ nəzəriyyədən, yəni, arzu olunan hesabatın formalaşmasına imkan verən metod prosedurların ümumiləşdirilməsindən (əsas sual – bu hesabatı formalaşdırmaq üçün nə etmək lazımdır?) fərqli olaraq, pozitivist nəzəriyyə əsas diqqəti izaha və proqnozlaşdırmağa yönəldir (əsas sual – biz haradayıq və niyə oradayıq və bizi mühasibat uçotu təcrübəsi sahəsində gözləyir ?).

Bu nəzəriyyə tam şəkildə R. Uots və C. Zimmermanın işləyib hazırladıqları ilə təmsil olunur.

Pozitivistlərin təsiri “dəyər”, “bazar qiyməti”, “ədalətli qiymət”, “risk”, “aktiv bazar” və s. terminlər ilə zəngin olan ən son beynəlxalq mühasibat uçotu və hesabat standartlarında aydın şəkildə özünü göstərir.


Mühasibat uçotu və onun bazar iqtisadiyyatında yeri