Əmək və məzuniyyət haqqının ümumi məbləği 2.500 manatdan çox olduqda vergi hansı dərəcə ilə tutulur?

posted in: Xəbər | 0

Aylıq əməkhaqqı 1.230 manat olan işçiyə növbəti məzuniyyət hesablanan zaman, ay ərzində əmək və məzuniyyət haqqı 2.500 manatdan çox olur. Məsələn, işçi noyabr ayının 1-dən əmək məzuniyyətinə buraxılırsa, məzuniyyət haqqı qanunla oktyabr ayının 25-i və ya sonrakı günlərdə hesablanıb noyabr ayının 1-dək ödənilir və oktyabr ayı üçün hesablanan əmək və məzuniyyət haqqının ümumi məbləği 2.500 manat həddini keçir. Bu halda gəlir vergisi hansı dərəcə ilə hesablanmalıdır?

Dövlət Vergi Xidmətindən bildirilib ki, əmək məzuniyyətinin günləri müxtəlif aylara təsadüf etdiyi halda, məzuniyyət haqqının hər aya düşən hissəsi həmin aylar üçün hesablanan əməkhaqqı məbləği ilə cəmlənməklə, ayrılıqda hər bir ayın muzdlu işdən alınan gəlirlərinə aid edilməklə gəlir vergisinə cəlb olunur və hesabat rübündə aid olduğu ayda göstərilir.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8.000 manatadək olduqda gəlir vergisi 0 faiz dərəcə ilə, 8.000 manatdan çox olduqda 8.000 manatdan çox olan məbləğin 14 faizi həcmində tutulur.

Dövlət və neft-qaz sektorunda çalışan şəxslərin muzdlu işlə əlaqədar əldə etdiyi aylıq gəlirinin (o cümlədən əmək haqqının) 2.500 manatadək olan hissəsindən 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat əlavə edilsin 2.500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə vergi tutulur.

Siz əməkhaqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əmək haqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 98-ci və 101-ci maddələri.

Mənbə: vergiler.az


Torpaq və əmlak vergisi qanunla müəyyən edilmiş vaxtda ödənilmədikdə hansı dərəcə ilə faiz tutulur?

posted in: Xəbər | 0

Bələdiyyə vergisiMənə bələdiyyədən torpaq və əmlak vergisi üzrə borcum olduğunu, borc üçün faiz hesablandığını bildirdilər. Bələdiyyə vergisinin vaxtında ödənilmədiyinə görə faiz hesablanmasının qanuni əsası varmı?

Dövlət Vergi Xidmətindən bildirilib ki, fiziki şəxsin mülkiyyətində olan mənzilə görə yerli bələdiyyə tərəfindən əmlak vergisi həmin əmlakın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən yaşayış sahələrinə münasibətdə əmlakın 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində göstərilən əmlak vergisi dərəcələri ilə, onun tutduğu torpaq sahəsinin hər 100 kvadratmetrinə görə torpaq vergisi isə Vergi Məcəlləsinin 206-cı maddəsində göstərilən torpaq vergisi dərəcələri ilə illik hesablanır.

Bələdiyyələr tərəfindən hesablanmış əmlak və torpaq vergiləri barədə tədiyə bildirişləri hər il üçün illik olmaqla həmin ilin avqust ayının 1-dək fiziki şəxslərə çatdırılır, fiziki şəxslər isə hesablanmış əmlak və torpaq vergilərinin məbləğini bərabər hissələrlə 15 avqust və 15 noyabr tarixlərinədək banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə edilməklə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyir.

Hesablanmış vergi məbləğləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 59-cu, 197-ci, 198-ci, 199-cu, 200-cü, 205-ci, 206-cı, 207-ci və 208-ci maddələri.

Mənbə: vergiler.az


Təmir xərclərinin kapitallaşdırılması necə həyata keçirilir?


Azərbaycanda sadələşdirilmiş vergi üzrə proqnoz 19% artırılır

posted in: Xəbər | 0

vergi öhdəlikləri , sadələşdirilmiş vergi, ictimai iaşə,Azərbaycan hökuməti gələn il sadələşdirilmiş vergi üzrə daxilolmaların 278,6 milyon manat təşkil edəcəyini proqnozlaşdırır.

Bu barədə “2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinə istinadən xəbər verilir.

Sənədə əsasən, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 18,6 % çoxdur.

2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 30 milyard 720,7 milyon manat, xərclərinin isə 33 milyard 300 milyon manat olacağı gözlənilir. Bunlar, 2022-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 5,2 % və 3,1 % çoxdur. Son nəticədə dövlət büdcəsində 2 milyard 579,3 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 16,95 % azdır.

Mənbə: vergiler.az


 

Kənd təsərrüfatı ilə bağlı vergi güzəştləri

posted in: Xəbər | 0

Kənd təsərrüfatı vergi güzəştiAqrar sahənin dəstəklənməsi üçün Vergi Məcəlləsində müəyyən güzəştlər nəzərdə tutulub. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edib.

Həmin güzəştləri diqqətinizə çatdırırıq:

1) Bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər gəlir vergisindən azaddır (Vergi Məcəlləsinin 102.1.11-ci maddəsi).

Tutaq ki, fiziki şəxs ona məxsus torpaq sahəsində becərdiyi narın satışından 400 manat gəlir əldə edir. Bu məbləğ gəlir vergisindən azaddır.

2) Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri 2014-cü il yanvarın 1-dən 10 il müddətinə mənfəət vergisindən azaddır (Vergi Məcəlləsinin 106.1.14-cü maddəsi). Tutaq ki, hüquqi şəxs fermasında saxladığı 3 inəyi bazara çıxararaq 2.200 manata satır. Hüquqi şəxsin bu fəaliyyətlə bağlı əldə etdiyi məbləğ mənfəət vergisindən azaddır.

3) Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfat məhsullarının satışı üzrə dövriyyələr – 2014-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV-dən azaddır (Vergi Məcəlləsinin 164.1.18-ci maddəsi).

Tutaq ki, ƏDV ödəyicisi kənd təsərrüfatı məhsulları istehsal edir. Həmin vergi ödəyicisinin özünün istehsal etdiyi kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyəsi rüb ərzində 40.000 manat olub. Kənd təsərrüfatı məhsullarının istehsalçıları ƏDV-dən azad olunduqlarına görə bu halda18 faizlik ƏDV tətbiq olunmur.


Təmir xərclərinin kapitallaşdırılması necə həyata keçirilir?


4) ƏDV əməliyyatları üzrə azadolma:

  • damazlıq heyvanlann idxalı və satışı (maddə 164.1.29.);
  • toxum və tinglərin idxalı və satışı (maddə 164.1.30.);
  • mineral gübrələrin, pestisidlərin idxalı və satışı (maddə 164.1.31);
  • toxumların yetişdirilməsi, quşçuluq və ançılıq üçün avadanlıqların, o cümlədən laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı (maddə 164.1.32.);
  • kənd təsərrüfatı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı (maddə 164.1.33-2);
  • siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınla, avadanlıqların və texnikalann, habelə kənd təsərrüfatı çexnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı (maddə 164.1.34);
  • kənd təsərrüfatı texnikalarının mülkiyyət hüququnun keçməməsi şərtilə kənd təsərrüfatı istehsalçılarına lizinqə (icarəyə) verilməsi (maddə 164.1.34-1);
  • kənd təsərrüfatı məhsullarının istehsalçılanna aqrotexniki xidmətlərin göstərilməsi (maddə 164.1.34-2.).

5) Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il yanvarın 1-dən 10 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar (maddə 199.9).

Tutaq ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan vergi ödəyicisinin balansında həmin fəaliyyət prosesində istifadə etdiyi 20.000 manatlıq əmlak var. Vergi ödəyicisi həmin əmlaka görə vergi ödəmir.

6) Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi 2014-cü il yanvarı l-dən 10 il müddətinə sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilmir (maddə 219.7).

Tutaq ki, sadələşdirilmiş vergi ödəyicisi olan kənd təsərrüfatı məhsullarının istehsalçısının rüb ərzində kənd təsərrüfatı məhsullarının satışından 30.000 manat əldə edib. Digər məhsuların pərakəndə ticarəti ilə məşğul olan vergi ödəyicisi 2 faiz vergi hesablamalıdır. Ancaq gəliri kənd təsərrüfatı məhsullarının satışından əldə edildiri üçün o, sadələşdirilmiş vergidən azaddır. Bununla yanaşı, kənd təsərrüfatı istehsalçısı olan vergi ödəyicisi gəlirləri haqqında məlumatı sadələşdiirlmiş vergi bəyannaməsində əks etdirməlidir.

Mənbə: Anar Bayramov. “Vergi uçotu” kitabı.

Mənbə: vergiler.az


 

1 460 461 462 463 464 465 466 2. 387