Kapital Bank beynəlxalq Web Summit-də iştirak edir
Son illər ərzində ölkədə rəqəmsallaşmaya önəm verərək, yeni texnoloji həlləri ilk olaraq təqdim edən Kapital Bank 1-4 noyabr 2022-ci il tarixlərində Lissabon şəhərində keçirilən beynəlxalq Web Summit də təmsil olunur. Web Summit dünyanı dəyişən insanları və ideyaları birləşdirən ən böyük texnologiya tədbirlərindən biridir. Tədbirdə Kapital Bank-ın İnnovasiya Proqramının rəhbəri Taryel Ağazadə, həmçinin PAŞA Holding-ə daxil olan digər şirkətlərin nümayəndələri də iştirak edir.
2009-cu ildən indiyədək Web Summit dünyanın ən böyük və ən mötəbər konfranslarından birinə çevrilə bilib. 100 000-dən artıq insanın qatıldığı bu ilki tədbirdə Google, Apple, Amazon və digər qabaqcıl şirkətlərin nümayəndələri spiker, inverstor və mentor qismində iştirak edir. Kapital Bank Azərbaycanın ən böyük maliyyə qurumlarından biri olmaqla Web Summit-də həm öz texnoloji yeniliklərini paylaşacaq, həm də dünyanın məşhur şirkətlərinin təcrübələrini öyrənəcək.
“Biz hazırda dünyanın maliyyə texnologiyaları sahəsində baş verən ən böyük dəyişiklikləri, trendləri və son yenilikləri öyrənmək və bankımızın departament və şöbələrində tətbiq etmək üçün bu tədbirdə iştirak edirik. Dünyanın ən böyük FinTech-ləri, maliyyə texnologiyaları şirkətləri və banklarının təmsil olunduğu tədbirdə hazırda dünyada baş verən yeniliklər və gələcək texnologiyalar barədə fikir mübadiləsi aparırıq. Ümidvaram ki, bu bizə ölkənin maliyyə sektorunun inkişafı istiqamətində yeni fürsətlər qazanmağa imkan verəcək”, – deyə, Kapital Bank-ın İnnovasiya Proqramının rəhbəri Taryel Ağazadə bildirdi.
Qeyd edək ki, Kapital Bank-ın İnnovasiya Proqramı hazırda 3 əsas istiqaməti əhatə edir: daxili innovasiya, xarici innovasiya və innovativ brendinq. Bu istiqamətdə hazırda müəyyən işlər aparılır, region üçün önəmli olan texnoloji həllər tətbiq edilir, həmçinin dünyada olan yeniliklər yerli bazara uyğunlaşdırılır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 112 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.




Təhsil Nazirliyinin keçirdiyi qrant müsabiqəsində qalib olmuşam. Nazirlik tərəfindən bank hesabıma 2500 manat köçürülüb. Həmin vəsaiti son manatınadək təyinatı üzrə xərclərə yönəltmişəm. Burada mənim heç bir gəlirim olmayıb. Mənə vergi, DSMF, tibbi sığorta ödəmələri hesablanıb. Bu, düzgündürmü?
“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri və orta sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri tərəfindən peşəkar mühasib sertifikatının əldə edilməsinin müddətlərinin və ardıcıllığının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 oktyabr tarixli 464 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Açıq tipli səhmdar cəmiyyətinin fiziki şəxs olan səhmdarlarına ödənilən dividenddən 10% ödəmə mənbəyində vergi tutulurmu?