Əlavə vergi yoxlaması reyestrdən çıxarışda əks etdirilməlidirmi?

posted in: Xəbər | 0

Vergidən azad gəlirlər, nağdsız ödənişdən imtina, POS-terminallar üçün tələblər, Azərbaycan şirkətinə həmtəsisçi olmaq, nağd qaydada alına bilən mallar, vergi qeydiyyatı , ixrac qeydi , bank hesabı , elektron ticarət , maliyyə lizinqi , kriptovalyuta əməliyyatları , ƏDV məbləği . vergi öhdəliyi , vergiyə cəlb , mtəəsiz və riskli əməliyyatlar, MMC-nin təşkilati-hüquqi forması, müştərək investisiya , ƏDV qeydiyyatı , təsərrüfat əqdləri , yay təcrübə proqramı , maddi yardımlar , ödənilmiş aksizlər , xarab olan mallar , vergiyə cəlb , ipoteka predmeti , əmlak vergisi , sabit qəbz , kasa çeki , vergiyə cəlb , mənzili satarkən vergi , vergi tutulması , xammal və material sərfi, Yay Təcrübə Proqramı , DVX , Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuSəyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanı rəhbəri tərəfindən əlavə vergi yoxlaması keçirilməsi barədə qərar qəbul edilərsə, əlavə vergi yoxlaması da reyestrdə qeydiyyatdan keçməlidirmi? Yoxsa əlavə vergi yoxlaması əvvəlki səyyar yoxlamanın davamı olduğundan buna ehtiyac yoxdur?

Dövlət Vergi Xidmətindən bildirilib ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə məlumatların verilməsi qaydası “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 5-ci hissəsi ilə tənzimlənir. Sorğunuzda qeyd olunan “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında Qərar”ların sahibkarlıq subyektinə təqdim edilən reyestrdən çıxarışda əks etdirilməsi Əsasnamədə nəzərdə tutulmamışdır.

Əsasnamənin 3.4.18-ci bəndində qeyd olunmuşdur ki, yoxlamanın nəticəsi barədə məlumatlar reyestrə daxil edilməlidir. Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi isə yoxlamanın son nəticəsi kimi qiymətləndirilmir. Belə ki, Vergi Məcəlləsinin 49.1-2-ci maddəsinə əsasən, bu Məcəllənin 49.1.3-cü maddəsinə müvafiq olaraq təyin edilən yoxlama əvvəlki səyyar vergi yoxlamasının davamı hesab edilir və yalnız 1 dəfə 60 iş günündən artıq olmamaqla keçirilə bilər. Əlavə vergi yoxlamasının keçirilməsinin nəticəsi üzrə yenidən əlavə vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul edilə bilməz.

Əsas: Vergi Məcəlləsinin 49.1-2-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə.

Mənbə: vergiler.az


Əməkhaqqıdan tutulan icbari tibbi sığorta necə hesablanır?


Dünyanın ən nəhəng audit şirkətləri

posted in: Məqalə, Xəbər | 0

ən nəhəng audit şirkətləri“Böyük dördlük” – auditor və konsaltinq xidmətləri göstərən dünyanın dörd iri şirkət şəbəkəsi: “Deloitte”, “PricewaterhouseCoopers”, “Ernst & Young” və “KPMG”.

Əvvəllər nəhəng firmaların sayı səkkiz idi və onlar birlikdə “Böyük səkkizlik” adlanırdılar. 1989-cu ildə “Deloitte, Haskins and Sells” və “Touche Ross”un “Deloitte & Touche” (indiki “Deloitte”) ilə birləşməsi, eləcə də “Ernst & Whinney” və “Arthur Young & Co[en]-in “Ernst & Young”a birləşməsi baş verdi. 1998-ci ildə “Price Waterhouse” və “Coopers & Lybrand” birləşərək “PricewaterhouseCoopers”i yaratdılar. Nəhayət, 2002-ci ildə “Arthur Andersen”dən müştərilərin kütləvi gedişi baş verdi, şirkət fəaliyyətini dayandırdı və “böyük səkkizlik” “böyük dördlüyə” çevrildi.

2020-ci ilin iyul ayında Böyük Britaniyanın maliyyə hesabatları üzrə Şurası (Financial Reporting Council, FRC) “böyük dördlük”dən olan şirkətlərə audit əməliyyatlarını biznesin qalan hissəsindən ayırmağı əmr etdi. Tənzimləyicinin fikrincə, bu, “audit praktikası ilə məşğul olan şəxslərin, ilk növbədə, ictimai maraqlara uyğun keyfiyyətli auditin təmin edilməsinə diqqət yetirməsini təmin etməklə” auditin keyfiyyətini artıracaq. “Böyük dördlük” şirkətləri 23 oktyabr 2020-ci il tarixinədək restrukturizasiya planlarını təqdim etmiş və onları 30 iyun 2024-cü il tarixinədək həyata keçirməlidirlər.

Şirkət əməkdaşların sayı qazancı 1 əməkdaşın gəliri Mənzil – qərargahı
Deloitte 345 374 50,2 milyard dollar 145 349 Böyük Britaniya
PwC 295 371 45,1 milyard dollar 153 831 Böyük Britaniya
EY 312 250 39,9 milyard dollar 127 971 Böyük Britaniya
KPMG 236 000 32,1 milyard dollar 136 144 Niderland


Əməkhaqqıdan tutulan icbari tibbi sığorta necə hesablanır?

posted in: Xəbər | 0

Əməkhaqqıdan icbari tibbi sığorta haqqının tutulmasıMövzu ilə bağlı iqtisadçı ekspert Anar Bayramovun şərhini təqdim edirik. Əməkhaqqıdan icbari tibbi sığorta haqqının tutulması muzdlu işlə bağlı ödəmə mənbəyində tutulan vergidə olduğu kimi iki kateqoriyaya bölünür:

  • neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sahələr üzrə;
  • neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli, 56 nömrəli qərarı ilə neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları təsdiq olunub. Həmin qərara əsasən, neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sahələr üzrə əməkhaqqıdan icbari tibbi sığortanın hesablanması aşağıdakı şəkildə olacaq:

Qərara əsasən, sığortalı (işəgötürən və ya vergi ödəyicisi) tərəfindən işçinin əməkhaqqısının 8.000 manatadək olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan (işçi) tərəfindən əməkhaqqının 8.000 manatadək olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta üzrə sığorta haqları müəyyən edilib.

Misal 1: Dövlət şirkətində çalışan işçinin 2021-ci ilin yanvar ayı üzrə əməkhaqqısı 800 manatdır. Bu halda həmin işçiyə hesablanacaq icbari tibbi sığorta məbləği 16 manat olacaq.

800 x 2% = 16 manat.

Həmçinin, dövlət orqanı da işçinin əməkhaqqı fondundan 16 manat (800 manat x 2%) məbləğində icbari tibbi sığorta hesablayacaq.

Misal 2: Neft-qaz şirkətində çalışan işçinin 2021-cilin yanvar ayı üzrə əməkhaqqısı 8.600 manatdır. Bu zaman həmin işçiyə hesablanacaq icbari tibbi sığorta məbləği 163 manat olacaq:

8.000 x 2% = 160 manat;

8.600 – 8.000 = 600 manat;

600 x 0,5% = 3 manat;

160 + 3 manat = 163 manat.

Beləliklə, işçinin əməkhaqqısından 163 manat tutulacaq.

Neft-qaz şirkəti də eyni hesablama tətbiq etməklə işçinin əməkhaqqı fondundan 163 manatlıq icbari tibbi sığorta hesablayacaq. İşsizlikdən sığortada olduğu kimi, icbari tibbi sığorta üzrə də həm işəgötürən, həm də işçi üçün eyni faiz dərəcələri və hesablama metodu tətbiq edilir.

Bəs özəl qurumlarda əməkhaqqıdan tutulma necə aparılır?

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə əməkhaqqıdan icbari tibbi sığortanın hesablanması ilə bağlı güzəşt nəzərdə tutulmuşdu. Qanunun keçid müddəasına əsasən, əməkhaqqının 8.000 manatadək hissəsindən ödənilən sığorta haqqının məbləğinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq olunurdu. Bu da o anlama gəlirdi ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə hesablamalarda əməkhaqqının 8.000 manata qədər olan hissəsinə qeyd edilən tarixədək 2 faiz yox, 1 faiz tutulma tətbiq edilirdi.

Mənbə: Anar Bayramovun “Vergi uçotu” kitabı.

Mənbə: vergiler.az


Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ hansı halda yaranır?


Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ hansı halda yaranır?

posted in: Xəbər | 0

Vergidən azad gəlirlər, nağdsız ödənişdən imtina, POS-terminallar üçün tələblər, Azərbaycan şirkətinə həmtəsisçi olmaq, nağd qaydada alına bilən mallar, vergi qeydiyyatı , ixrac qeydi , bank hesabı , elektron ticarət , maliyyə lizinqi , kriptovalyuta əməliyyatları , ƏDV məbləği . vergi öhdəliyi , vergiyə cəlb , mtəəsiz və riskli əməliyyatlar, MMC-nin təşkilati-hüquqi forması, müştərək investisiya , ƏDV qeydiyyatı , təsərrüfat əqdləri , yay təcrübə proqramı , maddi yardımlar , ödənilmiş aksizlər , xarab olan mallar , vergiyə cəlb , ipoteka predmeti , əmlak vergisi , sabit qəbz , kasa çeki , vergiyə cəlb , mənzili satarkən vergi , vergi tutulması , xammal və material sərfi, Yay Təcrübə Proqramı , DVX , Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuVÖEN açdırmışam və göstərdiyim xidmətlərin qarşılığında xaricdən cari hesabıma pul vəsaiti göndərilir. İki sualım var: 1) Neçə faiz vergi ödəməliyəm? 2) Həmin məbləğ üçün vergi tutulmayan limit nəzərdə tutulurmu?

Dövlət Vergi Xidmətindən bildirilib ki, qeyd etdiyiniz fəaliyyəti həyata keçirən şəxs fəaliyyətə başladığı günədək yaşadığı ərazi üzrə vergi uçotuna alınmalıdır.

Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır.

Sorğunuza əsasən, gəlirlərinizin yalnız vergi ödəyicisi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər vergi ödəyicisinə xidmət etdiyiniz üçün, sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır.

Vergi Məcəlləsinin 155.1-ci maddəsinin müddəalarına əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın dəyərinin 18 faizidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 102.1.30-cu, 155-ci, 218.5.10-cu, 218.6.2-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”.

Mənbə: vergiler.az


İş heyvanlarının amortizasiyasının vergi və mühasibat uçotunda yeri


1 455 456 457 458 459 460 461 2. 400