İş heyvanlarının amortizasiyasının vergi və mühasibat uçotunda yeri

posted in: Xəbər | 0

iş heyvanlarının amortizasiyası

Vergi Məcəlləsinin 114.3.4-cü maddəsində iş heyvanları üzrə illik amortizasiya norması 20% müəyyən edilib. İş heyvanlarının amortizasiyasının vergi və mühasibat uçotunda necə əks olunması ilə bağlı suallara sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir.

Mühasibat uçotunun 41 saylı beynəlxalq standartına əsasən, bitki və canlı heyvanlar bioloji aktivlər sayılır. Başqa sözlə, yaşından və ya hansı təyinatla istifadə edilməsindən asılı olmayaraq, hər bir heyvan bioloji aktiv kimi tanınır.

Bundan əlavə, mühasibat uçotunun 41 saylı beynəlxalq standartına əsasən, amortizasiya məsələlərində mühasibat uçotunun 16 saylı beynəlxalq standartındakı (torpaq, tikili və avadanlıqlar) tələblər əsas götürülür.

Deməli, amortizasiyanı mühasibat uçotunun 41 və 16 saylı beynəlxalq standartlarını və Vergi Məcəlləsinin 114.3.4.-cü maddəsini əsas götürərək hesablamaq lazımdır.

Misal: “AA” MMC-nin balansında 10.000 manatlıq iş heyvanları vardır. Bu halda illik amortizasiya 2.000 manat hesablanır: 10.000 x 20% = 2.000 manat.

Bəs bunlar maliyyə və vergi uçotunda, bəyannamələrdə necə əks oluncaq?

Mühasibat uçotunda ilkin dəyər 131.2-ci hesabın debetində, hesablanmış amortizasiya 132.2-ci hesabın kreditində, 8.000 manat qalıq dəyər (10.000-2.000 = 8.000) isə maliyyə vəziyyəti haqqında hesabatda uçota alınacaq. Yəni bioloji aktivlərin qalıq dəyəri maliyyə hesabatlarında torpaq, tikili və avadanlıqlar ilə birlikdə uçota alınmır, ayrıca hesablarda uçota alınır.

İllik mənfəət vergisi bəyannaməsində 8.000 manat həcmində qalıq dəyəri əsas vəsaitlər kimi uçota almaq lazımdır. Yəni iş heyvanları vergi uçotuna ilkin daxil edilərkən əsas vəsaitlər kimi nəzərə alınır, müvafiq qaydada amortizasiya hesablanır və mənfəət vergisi bəyannaməsində əlavə 1-in 1.1.4.-cü sətrində yazılır.

Mənbə: vergiler.az


Vergi ödəyicisi hansı halda sadələşdirilmiş vergi metodunu tətbiq edə bilər?


“2023-cü ildə qüvvəyə minəcək Vergi Məcəlləsinə ediləcək dəyişikliklər” üzrə ödənişsiz vebinar

posted in: Xəbər | 0

Vergi Məcəlləsində dəyişikliklərTəlimin adı:  Vergi Məcəlləsində dəyişikliklər üzrə ödənişsiz vebinar

Tarixi: 17.12.2022

Məbləğ: Ödənişsiz

Təlimin növü: Onlayn

Mövzular: Vergi Məcəlləsində ediləcək dəyişikliklər.


Kurs üçün qeydiyyat linki: https://forms.gle/9doDtA4hAwjgNc5Q9


Təlimçi barədə:

Qənbərov Azər Oqtay oğlu

UNEC-də və Bakı Mühəndislik Universitetində «Vergilər və vergitutma», «Vergi inzibatçılığı», «Vergi Müqavilələri», «Vergi auditi», «Vergi planlaşdırılması», «Rəqəmsal iqtisadiyyat və vergiqoyma» fənlərini tədris edir.

Vergi qanunvericiliyinin tətbiqinə dair 50-dən artıq məqalənin müəllifidir.

Peşəkar Mühasib Sertifikat imtahanını hər iki sektor üzrə müvəfəqiyyətlə vermişdir.

Azərbaycanda ilk dəfə mənfəət vergisinin SAP ERP sistemində avtomatlaşdırılması və vergi uçotu ilə maya dəyərinin, gəlir və xərclərin uçotunun, eləcə də vergi registrlərinin düzgün formalaşması üzrə layihənin rəhbəridir.

Vergi auditi və daxili audit üzrə çoxillik təcrübəyə malikdir.



 

Gələn il Azərbaycanda yaşayış minimumu neçə manat olacaq?

posted in: Xəbər | 0

Ünvanlı yardım, dövlət büdcəsində yaşayış minimumu, Orta əməkhaqqı, maaş, yaşayış minimumu, ehtiyac meyarı, əməkhaqqının artımı, əmək haqqı, emek haqqiMilli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Qanun layihəsi parlamentin dekabrın 9-da keçirilən iclasının gündəliyinə daxil edilib.

Sənədə əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.

Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

Mənbə: vergiler.az


Vergi ödəyicisi hansı halda sadələşdirilmiş vergi metodunu tətbiq edə bilər?

posted in: Xəbər | 0

Vergidən azad gəlirlər, nağdsız ödənişdən imtina, POS-terminallar üçün tələblər, Azərbaycan şirkətinə həmtəsisçi olmaq, nağd qaydada alına bilən mallar, vergi qeydiyyatı , ixrac qeydi , bank hesabı , elektron ticarət , maliyyə lizinqi , kriptovalyuta əməliyyatları , ƏDV məbləği . vergi öhdəliyi , vergiyə cəlb , mtəəsiz və riskli əməliyyatlar, MMC-nin təşkilati-hüquqi forması, müştərək investisiya , ƏDV qeydiyyatı , təsərrüfat əqdləri , yay təcrübə proqramı , maddi yardımlar , ödənilmiş aksizlər , xarab olan mallar , vergiyə cəlb , ipoteka predmeti , əmlak vergisi , sabit qəbz , kasa çeki , vergiyə cəlb , mənzili satarkən vergi , vergi tutulması , xammal və material sərfi, Yay Təcrübə Proqramı , DVX , Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuFərdi sahibkar dibçək əkmək üçün yararlı torpağı əhalidən alış aktı ilə alaraq qablaşdırıb satır və illik satış dövriyyəsi 200.000 manatdan aşağı olur. Bu halda fərdi sahibkar hansı vergiləri ödəməlidir?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Vergi Məcəlləsinin 218.5.9-cu maddəsinin müddəalarından asılı olmayaraq pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi, eyni zamanda, topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.

Sorğunuzda qeyd olunan halda, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadığı halda vergi ödəyicisi sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququna malikdir və əldə olunan ümumi hasilatdan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 97-ci, 101-ci, 102-ci, 218-ci və 220-ci maddələri.

Mənbə: vergiler.az


Turagentlər üçün ƏDV qeydiyyatına düşmək öhdəliyi hansı halda yaranır?


1 456 457 458 459 460 461 462 2. 400