» » » Məhkəmə iclasında cərimələnməmək üçün bunları bilmək lazımdır

Məhkəmə iclasında cərimələnməmək üçün bunları bilmək lazımdır

posted in: Xəbər | 0
birbank biznes

cərimə tətbiqiMəhkəmə iclasında 50 min manatadək cərimələnməmək üçün bunları bilmək lazımdır

Konstitusiyaya görə dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir və məhkəmə hakimiyyəti Azərbaycan Respublikası məhkəmələri tərəfindən həyata keçirilir. Onu da qeyd edək ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. (maddə 129)

Məhkəməyə gələn şəxslər üçün məhkəmə prosesi ilə bağlı qaydalara əməl edilməsi mütləqdir. Əks halda məhkəmə tərəfindən şəxsin barəsində cərimə tətbiq edilə bilər. Bu yazıda məhkəmə prosesi zamanı cərimədən uzaq olmaq barədə qeyd edəcəyik.

Məhkəmə tərəfindən cərimə tətbiq edilə biləcəyi halları təqdim edirik.

  • Məhkəmə iclası zamanı şahidin, zərər çəkmiş şəxsin, iddiaçının, cavabdehin və ya iş üzrə iştirak edən başqa fiziki şəxslərin sədrlik edənin sərəncamına tabe olmamasına görə 50-150 manatadək məbləğdə cərimə edilir.

İnzibati işlər üzrə

  • Məhkəmə proses iştirakçısından məhkəmə iclasına şəxsən gəlməyi tələb edə bilər. Məhkəmə bu tələbə əməl etməyən proses iştirakçısına 50 manatdan 100 manatadək məbləğdə cərimə olunacağı barədə xəbərdarlıq edir. Üzrsüz səbəbdən gəlmədiyi hallarda, məhkəmə proses iştirakçısını cərimə edə bilər.
  • Məhkəmə tərəfindən müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər.

Cinayət işləri üzrə

  • Hakimə (məhkəmə tərkibinə) etiraz məhkəmə baxışını ləngitmək məqsədi ilə edilmişsə, yaxud etirazın dəlilləri uydurma olarsa (həqiqətə uyğun deyildirsə), etiraz etmiş şəxs məhkəmənin qərarına əsasən 220 manat miqdarında cərimə edilə bilər.
  • məhkəmə iclasında qaydanı kobud surətdə pozan şəxslər barəsində əvvəlcə edilmiş xəbərdarlıqdan sonra məhkəmənin qərarı əsasında 55 manatadək miqdarda cərimə tətbiq edilə bilər.

Borcun tələb edilməsinin bilinməyən, lakin faydalı üsulu – icra qeydi


Mülki işlər üzrə

  • Əgər etiraz məhkəmə prosesini ləngitmək məqsədi ilə edilmişsə və ya etirazın dəlilləri uydurma olaraq həqiqətə uyğun deyildirsə, bu halda, etirazı vermiş tərəf 110 manatadək cərimə edilə bilər.
  • Tələb olunan sübutu təqdim etmək vəzifəsi məhkəmə tərəfindən üzürsüz hesab edilən səbəblərə görə yerinə yetirilmədikdə, sübutların olduğu şəxs 2000 manatadək miqdarda cərimə olunur.
  • Məhkəmə sənədini ünvan sahibinə çatdırmaq üçün qəbul etməkdən imtina edən və ya onu səhlənkarlıq nəticəsində ünvan sahibinə çatdırmayan orqanlar, vəzifəli şəxslər, yaxud məhkəmə sənədinin çatdırılması tapşırılmış digər şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada 20 manat miqdarında cərimə edilir.
  • Məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər.
  • Sədrlik edən məhkəmə iclasında qaydanı kobud surətdə pozan və ya məhkəməyə açıq surətdə hörmətsizlik edən şəxslər barəsində 500 manatadək cərimə tətbiq etməyə haqlıdır.
  • Tərcüməçi, çağırılmış şahid, ekspert və ya mütəxəssis məhkəməyə gəlməkdən və ya öz vəzifəsini icra etməkdən boyun qaçırdıqda, ona 110 manatadək cərimə tətbiq edilə bilər.
  • Məhkəmə, ərizə vermiş şəxslərin bilə-bilə əsassız olaraq şəxsin fəaliyyət qabiliyyətini məhdudlaşdırmaq və ya şəxsi fəaliyyət qabiliyyətindən məhrum etmək üçün vicdansız hərəkətlərini müəyyən etdikdə, məhkəmə xərclərini onlardan tutur və 110 manatadək cərimə edir.

İnzibati cərimənin əməkhaqqıdan tutulması