2024-cü il üçün əməkhaqqıdan hansı tutulmalar olacaq?

posted in: Xəbər | 0

əməkhaqqıdan tutulmalar2018-ci ildən başlayaraq hər il olduğu kimi bu il də bu ənənəyə sadiq qalaraq yeni il öncəsi növbəti il üçün işçinin əməkhaqqısından hansı tutulmaların olması barədə məlumatları təqdim edirik.

“Vergi Məcəlləsi”, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Qanun layihələrində əməkhaqqına tətbiq ediləcək yeniliklərin olmamasını nəzərə alaraq 2024-cü ildən əməkhaqqıdan tutulmaların aşağıdakı kimi olacağını demək mümkündür:

Hesablamalar 2022-ci ildən olduğu kimi aşağıdakı qaydada hesablanacaq:

  • Dövlət sektoru və neft-qaz sahəsində əmək müqaviləsi əsasında çalışan şəxslərin əməkhaqlarının 8000 manatdan yuxarı hissənin 0.5%-i, 8000 manatadək isə 2%-i məbləğində;
  • özəl sektorda çalışanlar, mülki-hüquqi müqavilə əsasında çalışanların əməkhaqlarından 8000 manatadək hissənin 2%-i, (2021-ci ildə 1% olmuşdu), 8000 manatdan yuxarı hissənin 0.5%-i məbləğində.

Beləliklə hesablanma formasını təqdim edirik.

1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

Hesablamaları təqdim edirik.

1.1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

Əməkhaqqısı 400 AZN olanlar üçün nümunə

a) gəlir vergisi – tutulmur (8000 AZN-dək)

b) sosial sığorta haqqı – 400 AZN əməkhaqqının 200 AZN hissəsinə görə 3%-i, yəni 6 AZN, 200 AZN-dən yuxarı hissə üçün isə 200 AZN-in 10%-i, yəni 20 AZN, ümumilikdə 6+20=26AZN

c) işsizlikdən sığorta haqqı – 400 AZN-in 0.5%-i = 2 AZN

d) icbari tibbi sığorta haqqı – 2% = 8 AZN

400-(0+26+2+8)=400-36=364

Netto məbləğ 364 AZN olacaq.

1.2) əməkhaqqısı 8000 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əməkhaqqı üzrə

a) gəlir vergisi – 8000 AZN-dən yuxarı məbləğin 14%-i

8100-8000=100 AZN

100 AZN-in 14%-i = 14 AZN

b) sosial sığorta haqqı – 8100 AZN-200 AZN=7900 AZN

200 AZN-ə görə 6 AZN (200 AZN-in 3%-i)

7900 AZN-ə görə 790 AZN (7900 AZN-in 10%-i)

c) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN

d) icbari tibbi sığorta haqqı – 8000 manata görə 2%, yuxarı olan 100 manata görə 0.5%=160+0.5=160.5

8100-(14+790+6+40.5+160.5)=8100-1011=7089 AZN

Netto məbləğ 7089 AZN olacaq.

2) Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

2.1) Əməkhaqqısı 400 AZN olanlar üçün nümunə

a) gəlir vergisi – 400 AZN-in 200 AZN-dən artıq hissəsi üzrə 14%

400-200=200

200-ün 14%-i=28AZN

b) sosial sığorta haqqı – 400 AZN-in 3%-i = 12AZN

c) işsizlikdən sığorta haqqı – 400 AZN-in 0.5%-i = 2AZN

d) icbari tibbi sığorta haqqı – 400 AZN-in 2%-i = 8AZN

400 AZN-(28+12+2+8)=400-50=350

Netto məbləğ 350 AZN olacaq.

2.2) əməkhaqqısı 2500 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əməkhaqqı üzrə

a) gəlir vergisi – 8100 AZN-2500 AZN=5600 AZN

2500 AZN-ə görə həmin məbləğin 14%-i = 350 AZN

5600 AZN-in 25%-i = 1400 AZN

b) sosial sığorta haqqı – 8100 AZN-in 3%-i = 243 AZN

c) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN

d) icbari tibbi sığorta haqqı – 8000 AZN-in 2%-i və 100 AZN-in 0.5%-i = 160.5 AZN

8100-(350+1400+243+40.5+160.5)=8100-2194=5906 manat

Netto məbləğ 5906 AZN olacaq.

Qeyd: Bu normativ sənədlərə heç bir düzəliş olmadıqda hesablama bu qaydada aparılacaqdır.

Müəllif: Praktiki Hüquqşünas | Şəhriyar Həbilov

Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar xitam zamanı olunan ödənişlər

Vebinar: “ƏDV-li alış və satış əməliyyatlarının müxabirləşməsi”

posted in: Xəbər | 0

ƏDV müxabirləşmələriAzərbaycan Mühasiblər Məktəbinin 2023-cü ildə təşkil edəcəyi 8-ci Ödənişsiz vebinar “ƏDV-li alış və satış əməliyyatlarının müxabirləşməsi” mövzusunda olacaq.

Tarix: 08 Dekabr / Saat: 19:15

Qeydiyyatdan keçmək üçün keçidə daxil olmaqla sorğunu tamamlamağınız xahiş olunur: https://forms.gle/XzN1rexapbTpRWxy7

Vebinarın proqramı:

  • Satış əməliyyatları;
  • Satılmış malların silinməsi;
  • Alış və satış zamanı ƏDV;
  • ƏDV nin əvəzləşməsi;
  • ƏDV yə cəlb edilmənin 3 halı.

Təlimçi: Şahin Qurbanov

Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə ve Kredit” üzrə bakalavr (2004-2008), “Maliyyə” ixtisası üzrə isə magistr (2009-2011) məzunudur.

2019-cu ildən etibarən müxtəlif sahələrdə (istehsalat, xidmət, kənd təsərrüfatı, tikinti və s.) fəaliyyət göstərən “Mirleks Group”da Maliyyəçi və eyni zamanda “Caspian Rail MMC” logistika şirkətində Baş mühasib olaraq çalışır.

Daha öncə “MD Design” MMC, “NOBEL İLAÇ SAN. VE TİC. A.Ş.”, “Carlsberg Azerbaijan” kimi müxtəlif şirkətlərdə işləmişdir.

15 ilə yaxındır mühasibatlıq və maliyyə sahəsində fəaliyyət göstərən Şahin Qurbanov “ACCA” üzrə F1, F2, F3 beynəlxalq sertifikatlarının sahibidir. 2018-ci ildən bu günə kimi mühasibat uçotu və 1C mühasibat proqramı üzrə təlimçi kimi fəaliyyətini davam etdirir.


Əlaqə:

Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar xitam zamanı olunan ödənişlər

posted in: Xəbər | 0

Əmək müqaviləsinə hər hansı əlavə şərt və ya dəyişikliyin edilməsi yalnız tərəflərin qarşılıqlı razılığı əsasında baş verə bilər. İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov yeni şərtlərlə razılaşmayan işçinin əmək müqaviləsinə xitam verilərkən ona ödəniləcək ödənişlərin hesablanmasını izah edir: 

İşəgötürən əmək şəraitinin şərtlərini (işçinin xeyrinə olan dəyişikliklərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndində (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) nəzərdə tutulan əsasla xitam verilə bilər.

Misal: 5 günlük iş rejimi ilə çalışır. Müəssisə rəhbərinin 11.03.2021-ci il tarixli müvafiq əmrinə əsasən, 01.05.2021-ci il tarixdən 6 günlük iş rejimi tətbiq olunub. Bu barədə işçiyə 12.03 2021-ci il tarixdən yazılı bildiriş daxil olub. Orta aylıq əməkhaqqı məbləği aylıq 725 manat təşkil edən işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razı olmayıb. Belə olan halda, işçinin əmək müqaviləsinə hansı əsasla xitam verilməli və ona nə qədər ödəniş edilməlidir?

İşçini başqa vəzifəyə keçirmək mümkün olmadığı halda, onun müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “c” bəndinə əsasən xitam verilə bilər. Məcəllənin 77-ci maddəsinin 4-cü bəndinə görə isə xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verilə bilər. Eyni zamanda, Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən, əmək müqaviləsinə Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əməkhaqqının azı iki misli miqdarında müavinət ödəyir.

Xəbərdarlıq müddəti əvəzinə müavinət: 725 manat (orta aylıq əməkhaqqı məbləğində);

İşdənçıxarma müavinəti: 725 x 2 = 1450 manat (orta aylıq əməkhaqqının 2 misli məbləğində).

Cəmi: 725 + 1.450 = 2.175 manat.

Deməli, işçiyə bütövlükdə 2.175 manat müavinət hesablanacaq.

Əgər işçiyə vaxtında xəbərdarlıq olunubsa və işçi xəbərdalıq müddəti ərzində işləyibsə, ona xəbərdarlıq müddəti əvəzinə müavinət ödənilməyəcək.

Vacib məqamlardan biri də ondan ibarətdir ki, orta əməkhaqqının hesablanması qaydasına əsasən, orta əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində işçinin əməkhaqqının cəmini həmin aylardakı günlərinin sayına bölməklə bir günlük əməkhaqqı tapılır. Alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. Lakin əmək müqaviləsinə xitam verildiyi zaman əməkhaqqı saxlanılan iş günləri olmur. Əmək Məcəlləsində isə bununla bağlı bir qayda yoxdur. Ona görə də hesab edirik ki, bu halda orta əməkhaqqının tapılması üçün əməkhaqqı saxlanılan iş günlərinin sayı yerinə istehsalat təqvimindəki orta aylıq iş vaxtı normasına vurmaq məqsədəuyğundur.

Vergi borclarının silinməsindən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi

Kapital Bank-dan Yeni ilə özəl nağd kredit kampaniyası

posted in: Xəbər | 0

Kapital Bank Yeni ilə özəl nağd kredit kampaniyasına start verir. 2023-cü ilin 1-30 dekabr tarixlərini əhatə edəcək kampaniya çərçivəsində nağd kredit əldə edən hər 100-cü müştəriyə kredit ödənişi üçün 100₼ məbləğ hədiyyə ediləcək.

Kampaniyadan yararlanmaq üçün həm onlayn müraciət edə, həm də sizə ən yaxın filiala yaxınlaşa bilərsiniz. Üstəlik onlayn əldə edilən kreditlərə 2%-dək endirim imkanı təqdim olunacaq. Qeyd edək ki, kampaniyadan yalnız bir dəfə yararlanmaq mümkündür.

Kampaniya haqqında ətraflı məlumat: https://kbl.az/kp1alpfe1c

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

ƏDV ödəyicisi başqa təsərrüfat subyekti üzrə sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?

1 359 360 361 362 363 364 365 2. 387