Yeni ildə 7 gün qeyri-iş günü olacaq

posted in: Xəbər | 0

qeyri-iş günü,İş və istirahət günlərinin yerləri dəyişdirilib. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü ilin 4 və 5 Yanvar iş günləri ilə müvafiq olaraq 2023-cü ilin 30 dekabr və 2024-cü ilin 7 Yanvar istirahət günlərinin yerləri dəyişdirilib.

Belə ki, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 Yanvar isə Yeni il bayramıdır. Bu il 30 dekabr şənbə, 2023-cü ilin 31 dekabr və 2024-cü ilin 7 Yanvar tarixləri bazar günlərinə təsadüf edir.

Gələn il Yanvarın 6-sı şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə bir həftə – 31 dekabr 2023-cü il 1, 2, 3, 4, 5 və 6 Yanvar 2024-cü il qeyri-iş günü olacaq.

Yeni ilin ilk iş günü isə Yanvarın 7-də olacaq.

Mənbə: report.az

“Mənfəət vergisi bəyannaməsinin hazırlanması” kursu

Video: “Vergi Məcəlləsinə gözlənilən dəyişikliklər – 2024”

posted in: Xəbər | 0

“Azərbaycan Mühasiblər Məktəbi”nin “Vergi Məcəlləsinə gözlənilən dəyişikliklər – 2024”  mövzusunda təşkil etdiyi ödənişsiz vebinara qoşula bilməyənlər, keçid edərək video yazını izləyə bilərlər. 24 Noyabr tarixində təşkil edilən vebinar “Azərbaycan Mühasiblər Məktəbi”nin 2023-cü ildə təşkil etdiyi yeddinci ödənişsiz vebinar idi.

Vebinarın təqdimatçısı Azər Qənbərov Azərbaycan Dövlət İqtisad Universitetində “Dövlət maliyyəsində vergi siyasəti”, “Vergi inzibatçılığı”, “Vergi müqavilələri”, “Vergi auditi”, “Vergi planlaşdırılması”, “Rəqəmsal iqtisadiyyat və vergiqoyma” fənlərini tədris edir.

Eyni zamanda “Azərbaycan Mühasiblər Məktəbi”ndə vergi üzrə təlimçi, SOCAR Baş ofisində Vergilər Departamentində rəis müavini vəzifələrində çalışır.

Vergi qanunvericiliyinin tətbiqinə dair 50-dən artıq məqalənin müəllifidir. Peşəkar Mühasib Sertifikat imtahanını hər iki sektor üzrə müvəfəqiyyətlə vermişdir. «CİMA və ACCA» üzrə « Diplom Performance Management» və «DİPİFR»  beynəlxalq diplomların sahibidir.

Azərbaycanda ilk dəfə mənfəət vergisinin SAP ERP sistemində avtomatlaşdırılması və vergi uçotu ilə maya dəyərinin, gəlir və xərclərin uçotunun, eləcə də vergi registrlərinin düzgün formalaşması üzrə layihənin rəhbəridir.

Vergi auditi və daxili audit üzrə 15 ildən çox təcrübəyə malikdir.

Vergi üzrə ekspert Azər Qənbərovun təqdimatında, Qanunvericilikdə olan yeni dəyişiklikləri əhatə edəcək “Vergi uçotu üzrə nəzəri-praktiki kurs”a qoşula bilərsiniz. Detallı məlumat üçün keçidə daxil olun.

Qeyd edək ki, Azərbaycan Mühasiblər Məktəbi 2019-cu ildən bəri mühasiblərin ehtiyac duyduğu müxtəlif sahələrdə təlimlər həyata keçirir. Fəaliyyətə başladığımız vaxtdan bu günədək 2000-dən çox tələbə kurslarımızda iştirak etmişdir.

Məktəb, uzunmüddətli təlimlər ilə yanaşı, 1 günlük, ödənişsiz təlimlər də təşkil etməkdədir. Təkcə 2022-ci ildə belə təlimlərin sayı 7 idi. Ödənişsiz təlimləri təşkil etməkdə məqsədimiz mühasiblərin biliklərini inkişaf etdirmək, yenidən hazırlığına dəstək olmaqdır.

Kanalımıza abunə olmaqla, qoşula bilmədiyiniz vebinarları yenidən izləyə bilərsiniz: https://www.youtube.com/@muhasiblermektebi

Mühasibat kursları: https://www.muhasibat.az/muhasibatliq-kursu/

Vergi kursları: https://www.muhasibat.az/vergi-kurslari/

Digər kurslarımız: https://www.muhasibat.az/kurslar/

Əlaqə:

Müəssisə tərəfindən çəkilən təmir xərcləri hansı formada gəlirdən çıxılır?

posted in: Xəbər | 0

Fiziki şəxsə məxsus obyekti icarəyə götürən müəssisə tərəfindən həmin əsas vəsait balansa götürülməyib. İcarə müqaviləsinə əsasən, müəssisə tərəfindən icarə haqqı ilə əvəzləşdirilmədən obyektin bərpası üçün 400 manat təmir xərci çəkilib və icarə haqqı ödənişi zamanı nəzərə alınmayıb. Bu halda müəssisə tərəfindən faktiki çəkilmiş təmir xərcləri hansı formada gəlirdən çıxılır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 115.6-1-ci maddəsinə əsasən, icarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyən xərclər icarəçi tərəfindən kapitallaşdırılaraq təmir edilən əsas vəsaitin aid olduğu kateqoriya üzrə bu Məcəllənin 114.3-cü maddəsində müəyyən edilmiş amortizasiya dərəcəsi ilə amortizasiya olunur.

Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, təqvim ilinin sonuna bu maddə ilə müəyyən edilmiş qaydada hər bir kateqoriya üzrə kapitallaşdırılmış təmir xərclərinin məbləği 500 manatdan az olduqda, həmin məbləğ gəlirdən çıxılır.

Qeyd olunanlara əsasən, müəssisə tərəfindən icarəyə götürülmüş daşınmaz əmlaka görə çəkilmiş və kapitallaşdırılmış təmir xərclərinin məbləği 500 manatdan az olduğundan, gəlirdən faktiki çəkilmiş təmir xərci çıxılır.

Əsas: Vergi Məcəlləsinin 115.6-1-ci maddəsi

Mənbə: vergiler.az

Rüb üzrə gəlir olmadığı halda hesabat verilməlidirmi?

Rüb üzrə gəlir olmadığı halda hesabat verilməlidirmi?

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir.

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 01.01.2023-cü il tarixdən etibarən yalnız hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən əməliyyatlar aparan, habelə vergitutma obyektləri olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilmiş müddətdə təqdim olunmamasına görə vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən, 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmayan vergi ödəyicilərinə vergi hesabatının əsas olmadan müəyyən edilmiş müddətdə təqdim olunmamasına görə maliyyə sanksiyası tətbiq edilmir.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci və 57.1-ci maddələri

Mənbə: vergiler.az

Fiziki şəxsə məxsus əsas vəsaitlərin balansda uçota alınması

1 357 358 359 360 361 362 363 2. 387