Birbank Biznes-də “Maestro” tarifi 65% endirim qazandırır

posted in: Xəbər | 0

Birbank Biznes-in əsas bank əməliyyatları və məhsullarını özündə birləşdirən qənaətcil məhsulu “Maestro” biznes sahibləri  üçün çox sərfəlidir. Ölkənin bank sektorunda ilk olan bu məhsul vasitəsilə müştərilər biznes ehtiyaclarına  uyğun əməliyyatları və xidmətləri istənilən həcmdə və sayda seçərək, tarif paketlərini özləri yarada bilərlər.

Maestro tarifinə qoşulan hər bir sahibkar standart tariflərlə müqayisədə bank xərclərinə orta hesabla 65%-dək endirim almaq imkanından yararlana bilər.

Qeyd edək ki, müştərilər aşağıda qeyd olunan əməliyyat və xidmətlər vasitəsilə bizneslərinə uyğun tarif paketlərini formalaşdıra bilərlər.

  • Respublikadaxili milli valyutada köçürmələr;
  • Respublikaxarici köçürmələr;
  • Əməkhaqqı kartlarına mədaxil;
  • Valyuta mübadiləsi;
  • Biznes və Sahibkar kartları vasitəsilə ATM-dən məxaric;
  • Cari hesabdan QR vasitəsilə nağdlaşdırma;
  • Əməkhaqqı, Biznes və Sahibkar kartlarının sifarişi və ünvana çatdırılması.

“Maestro” tarifinin digər bir unikallığı da ondan ibarətdir ki, biznes sahibləri məhsulu banka gəlmədən, xidmətlər üzrə illik ödənişi Birbank Biznes vasitəsilə etməklə əldə edə bilər.  Bununla da müştərilər il ərzində müvafiq əməliyyatları ödənişsiz şəkildə həyata keçirə və digər güzəştlərdən yararlana bilərlər.

Bundan əlavə, “Maestro” tarifi biznes sahiblərinə seçdikləri bank xidmətlərindən asılı olaraq Biznes, Sahibkar və Əməkhaqqı kartlarını və bu kartların çatdırılması xidmətini, həmçinin müəyyən sayda valyuta mübadiləsi hədiyyə edir.

Sahibkarlara vaxta və xərclərə qənaət etmək imkanı verən “Maestro” tarifi haqqında ətraflı məlumat və sifariş üçün https://bir.bank/bbbmt saytında hesabınıza daxil olmağınız və “Tariflər” bölməsində “Maestro” tarifi bölməsinə keçid etməyiniz və ya 896 məlumat mərkəzinə zəng etməyiniz kifayətdir.

Hansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər?

Birbank-dan Novruza özəl “Hədiyyəli çərşənbələr” kampaniyası

posted in: Xəbər | 0

21-27 fevral 2024-cü il tarixlərində Birbank Cashback Mastercard taksit kartını onlayn olaraq əldə edən müştərilər 1 aprel 2024-cü il tarixinədək “Hotel” və “Aviabilet” kateqoriyaları üzrə ilk birdəfəlik 100 AZN və üzəri nağdsız əməliyyatları həyata keçirərək 30 AZN qazanacaq.

Qazanılan məbləğ ödəniş edildikdən dərhal sonra müştərinin keşbek hesabına əlavə ediləcək. Onu da qeyd etmək lazımdır ki, fürsətlər taksit, POS terminal və onlayn ödənişlərə şamil olunur.

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.

Hansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər?

Türkiyə və Azərbaycan arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair yeni Saziş imzalanıb

posted in: Xəbər | 0

Məlum olduğu kimi, ikiqat vergitutmanın aradan qaldırılması haqqında müqavilələr beynəlxalq iqtisadi əlaqələrin inkişafında xüsusilə mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu müqavilələr bir dövlətin sərmayəçilərinin digər dövlətdə fəaliyyətləri zamanı vergitutmanın prinsiplərini müəyyənləşdirməklə, həmin sərmayəçilərə əlverişli şəraitin yaradılması, bununla da xarici sərmayələrin cəlb edilməsi və xarici iqtisadi fəaliyyətin təşviqi baxımından böyük önəm daşıyır. Azərbaycan Respublikası müstəqillik dönəmindən bu günə kimi 56 ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq saziş imzalayıb ki, bunlardan 54-nün tətbiqinə başlanılıb.

Türkiyə və Azərbaycan arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş 1994-cü ildə imzalanıb. Ötən dövr ərzində ölkələr arasında artan iqtisadi əlaqələr, beynəlxalq vergitutma tendensiyasında baş verən əsaslı dəyişikliklər, hər iki ölkə tərəfindən ikiqat vergitutmanın aradan qaldırılması haqqında Model Konvensiya layihələrinin yenidən hazırlanması yeni Saziş layihəsi üzrə danışıqların aparılmasını zəruri edib.

Bununla bağlı, cari ilin 7-9 fevral tarixlərində Türkiyə Respublikasının Ankara şəhərində Azərbaycan və Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında yeni saziş layihəsi üzrə danışıqlar baş tutub.

Danışıqların nəticəsi olaraq fevralın 19-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek imzalayıblar.

İmzalanmış yeni saziş həm Azərbaycan iqtisadiyyatına Türkiyə investisiyalarının cəlb edilməsi, həm də bir dövlətin müəssisələrinin və fiziki şəxslərinin digər dövlətdə iqtisadi fəaliyyətlə məşğul olduqları zaman onlar üçün əlverişli vergi mühitinin yaradılması baxımından əhəmiyyətli hesab edilir.

Mənbə: vergiler.az

Azərbaycan daha bir ölkə ilə ikiqat vergitutmanı aradan qaldırır

Hansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər?

posted in: Xəbər | 0

2024-cü ildən Vergi Məcəlləsində edilən dəyişikliklərdən biri də bəzi xərclərin gəlirdən çıxılması ilə bağlıdır. Bəs hansı hallarda həmin xərclər vergi ödəyicilərinin gəlirlərindən çıxıla bilər? Bu suala vergi məsələləri üzrə mütəxəssis Xəyal Feyzullayev aydınlıq gətirir:

2023-cü ilin sonunadək qüvvədə olan Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən, əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-proflaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmirdi. Lakin 1 yanvar 2024-cü ildən qüvvəyə minən Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən, Məcəllənin 119.2-ci maddəsində nəzərdə tutulmuş xərclər istisna olmaqla, işçilərin və onların ailə üzvlərinin sosial xarakterli xərclərinin və əyləncə xərclərinin gəlirdən çıxılmasına yol verilmir. Bu isə o deməkdir ki, hər bir sahibkar işçilərlə bağlı rəsmi şəkildə çəkdiyi mənzil və yemək xərclərini müəyyən hədlər daxilində öz gəlirlərindən çıxa biləcək. Qeyd olunan hədlər isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bundan başqa, Vergi Məcəlləsinin 109.4-cü maddəsində qeyd olunur ki, sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi ödəyicisinin xərcləri bu cür fəaliyyət çərçivəsində çəkilirsə, müvafiq olaraq əyləncə və sosial xərclər gəlirdən çıxılır. Yəni əgər vergi ödəyicisinin gəlirləri bu fəaliyyətdən formalaşırsa, bu halda əyləncə və yemək xərclərinin tam şəkildə gəlirdən çıxılmasına icazə verilir.

Misal olaraq turizm xidmətlərini göstərə bilərik. Tutaq ki, turizm şirkətinin xidmətləri sırasına turistlər üçün əyləncələrin təşkil olunması, onların yeməklə təmin olunması da daxildir. Belə hallarda şirkətin bu yöndə çəkilən xərcləri həmin fəaliyyət növünə uyğun olduğu üçün həmin vergi ödəyiciləri yemək və əyləncə xərclərini gəlirlərindən çıxa bilərlər.

Mənbə: vergiler.az

Azərbaycan daha bir ölkə ilə ikiqat vergitutmanı aradan qaldırır

1 345 346 347 348 349 350 351 2. 397